Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Promina
Promina (xorv. Promina) — Xorvatiyanın cənubundakı icma, Şibensko-Knin əyalətinin bir hissəsidir. İcmanın inzibati mərkəzi Oklay şəhəridir. Zaqora rayonunda yerləşir. == Əhalisi == Promina icmasının (bələdiyyəsi) tərkibinə kəndlər də daxildir. 2011-ci ilin siyahıalınmasına görə, oranın əhalisi bu qədərdir:1991-ci il əhalinin siyahıya alınmasına görə Promin icmasında 2574 sakin yaşaıyrdı ki, onların 85%-ı xorvatlar, 14%-ı serblər idi. == Görkəmli şəxsləri == İvan Aralika (d. 1930) — Xorvatiya yazıçısı və dramaturqu.
Proxodna mağarası
Proxodna mağarası (bolq. Проходна) – Bolqarıstanın Loveç vilayətinin Lukovit bələdiyyəsinin Karlukovo kəndinin yaxınlığında, İskar dərəsində yerləşən karst mağarası. Mağara tavanındakı Tanrının gözləri adlı iki gözəbənzər dəliyi ilə məşhurdur. == Haqqında == Proxodna mağarası Karlukova dərəsində yerləşən məşhur görməli yerlərdən biridir. Həmin region Bolqarıstanda ən böyük karst regionlarından biridir və speleologiya üçün populyar məkandır. Dördüncü dövrdə formalaşan Proxodna mağarası 262 metr uzunluğundadır və Bolqarıstandakı ən uzun mağara keçididir. Mağaranın iki girişi var və girişlər qarşı tərəflərdə yerləşir. Girişlər, uyğun olaraq, Böyük giriş və Kiçik giriş adlanır. Kiçik giriş 35 metr hündürlüyündə, Böyük giriş 42,5-45 metr hündürlüyündədir. Mağaranın adı bolqar dilindən tərcümədə "Keçid mağarası" deməkdir.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü, 2012-ci il XIV Yay Paralimpiya Oyunlarının qalibi. == Həyatı == Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. == Karyerası == === 2004-cü il Afina Olimpiadası === Natali Filina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub. === 2012-ci il London Paralimpiadası === Daha sonra gözündə müəyyən problemlər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.
Romina Pauer
Romina Pauer (2 oktyabr 1951[…], Los-Anceles, Kaliforniya) — dünyaca məşhur ABŞ-italyan müğənni, aktrisa və rəssamı,aparıcı. == Həyatı == Romina Pauer 2 oktyabr 1951-ci ildə Hollivudda zəngin ailədə doğulub. Onun atası məşhur Hollivud aktyoru Tayron Pauer, anası isə aktrisa Linda Kristian idi. Romina uşaqlıqdan qeyri-adi vokal istedadı olan çox gözəl bir qız idi.[kimə görə?] Onu şahzadə kimi böyütmüş, hər istəyini yerinə yetirmişdilər. Anası inanırdı ki, Romina aktrisa olacaq və onun özünə müyəssər olmayan bir karyera quracaq. 1956-cı ildə valideynləri boşandıqdan sonra, o və kiçik bacısı Taryn anası ilə müxtəlif yerlərdə, əsasən Meksikada və İtaliyada yaşayırdı, Romina Pauer ilk təhsilini İngiltərədəki kollecini bitirir. Musiqiyə marağı 1950-ci illərdən etibarən Amerikalı musiqiçilərə, 1960-cı illərdən Meksikanın Mariachi qruplarına və İtalyan musiqilərini daha çox sevən Romina Paueri Pauer Beatles və Bob Dylan'ı kəşf etdi və Doğum günü hədiyyəsi olaraq bir gitara hədiyyə etdilər, Romina həmin gitaranı öyrədikdən sonra məhz ilk mahnılarınıda həmin gitarada yazdı.O, 14 yaşından etibarən əsasən italyan dilində bir neçə filmdə, o cümlədən 1968-ci ildə Marquis de Sade'nin eyniadlı romanı əsasında çəkilən rejissor İsa Frankonun "Justine" filimdə Justine obrazı ona daha çox uğur gətirdi.1960-cı illərdəki filmlərdə çıxış edən müğənni və aktrisa Romina Pauer Al Bano Karrizi ilə tanış oldu.1970-ci ildə təkcə İtaliya üçün deyil, bütün dünya üçün ən gözəl və istedadlı cütlük olan Al Bano Karrizi ilə Romina Pauer evlənirlər. Romina Pauer iki qızını təklkdə böyüdən və bütün kişilərə nifrət edən anasının təsiri altına düşməməyi bacarır,Amerika stereotiplərindən də imtina etməyi və qadının tamamilə ərinə, ailə başçısına tabe olduğu möhkəm katolik ailəsi qura bilir. Və İtaliyada Rominanı "özümüzünkü" adlandıraraq ona çəp baxmaqdan əl çəkirlər. Axı onlar ideal cütlük idilər.Xanım şeirlər yazır, əri isə mahnı bəstələyirdi.1975-ci ildə onlar İtaliya, Almaniya, Avstriya, İspaniya, Fransa, Yunanıstan, Latın Amerikası, Şərqi Avropa və SSRİ-də tanındılar və sevildilər , müxtəlif dillərdə bir çox albomları çıxdı.Onların ən böyük hitləri "Felicità", "Sharazan", "Tu soltanto tu", "Ci sarà", "Sempre sempre" və "Libertà" mahıları oldu.Romina Puaer və həyat yoldaşının musiqilərinin motivləri əsasında 7 film çəkilib.Filmlərin əksəriyyərində o, və əri baş rollarda çəkilib.1970-ci ildə onların ilk övladları – qızları İleniya, üç ildən sonra oğlu Yari, sonra qızları Kristel və sonbeşikləri Romina dünyaya gəlir.
Pomona (Kaliforniya)
Pomona — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər.