Bu məqaləni vikiləşdirmək lazımdır. |
Romina Pauer (2 oktyabr 1951[1][2][…], Los-Anceles, Kaliforniya[3]) — dünyaca məşhur ABŞ-italyan müğənni, aktrisa və rəssamı, aparıcı.
Romina Pauer | |
---|---|
ing. Romina Power | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Romina Francesca Power |
Doğum tarixi | 2 oktyabr 1951[1][2][…] (73 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Atası | Tayron Pover |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, film prodüseri, sahibkar, sosial fiqur[d], televiziya aktrisası, mahnı yazarı[d], aparıcı, kinorejissor |
Fəaliyyət illəri | 1965-ci ildən |
Janr | pop musiqisi |
Albom şirkətləri | Parlophone |
rominapower.guru | |
Vikianbarda əlaqəli mediafayllar |
Romina Pauer 2 oktyabr 1951-ci ildə Hollivudda zəngin ailədə doğulub. Onun atası məşhur Hollivud aktyoru Tayron Pauer, anası isə aktrisa Linda Kristian idi. Romina uşaqlıqdan qeyri-adi vokal istedadı olan çox gözəl bir qız idi.[kimə görə?] Onu şahzadə kimi böyütmüş, hər istəyini yerinə yetirmişdilər. Anası inanırdı ki, Romina aktrisa olacaq və onun özünə müyəssər olmayan bir karyera quracaq. 1956-cı ildə valideynləri boşandıqdan sonra, o və kiçik bacısı Taryn anası ilə müxtəlif yerlərdə, əsasən Meksikada və İtaliyada yaşayırdı, Romina Pauer ilk təhsilini İngiltərədəki kollecini bitirir.
Musiqiyə marağı 1950-ci illərdən etibarən Amerikalı musiqiçilərə, 1960-cı illərdən Meksikanın Mariachi qruplarına və İtalyan musiqilərini daha çox sevən Romina Paueri Pauer Beatles və Bob Dylan'ı kəşf etdi və Doğum günü hədiyyəsi olaraq bir gitara hədiyyə etdilər, Romina həmin gitaranı öyrədikdən sonra məhz ilk mahnılarınıda həmin gitarada yazdı. O, 14 yaşından etibarən əsasən italyan dilində bir neçə filmdə, o cümlədən 1968-ci ildə Marquis de Sade'nin eyniadlı romanı əsasında çəkilən rejissor İsa Frankonun "Justine" filimdə Justine obrazı ona daha çox uğur gətirdi.1960-cı illərdəki filmlərdə çıxış edən müğənni və aktrisa Romina Pauer Al Bano Karrizi ilə tanış oldu.1970-ci ildə təkcə İtaliya üçün deyil, bütün dünya üçün ən gözəl və istedadlı cütlük olan Al Bano Karrizi ilə Romina Pauer evlənirlər. Romina Pauer iki qızını təklkdə böyüdən və bütün kişilərə nifrət edən anasının təsiri altına düşməməyi bacarır, Amerika stereotiplərindən də imtina etməyi və qadının tamamilə ərinə, ailə başçısına tabe olduğu möhkəm katolik ailəsi qura bilir. Və İtaliyada Rominanı "özümüzünkü" adlandıraraq ona çəp baxmaqdan əl çəkirlər. Axı onlar ideal cütlük idilər. Xanım şeirlər yazır, əri isə mahnı bəstələyirdi.1975-ci ildə onlar İtaliya, Almaniya, Avstriya, İspaniya, Fransa, Yunanıstan, Latın Amerikası, Şərqi Avropa və SSRİ-də tanındılar və sevildilər, müxtəlif dillərdə bir çox albomları çıxdı. Onların ən böyük hitləri "Felicità", "Sharazan", "Tu soltanto tu", "Ci sarà", "Sempre sempre" və "Libertà" mahıları oldu. Romina Puaer və həyat yoldaşının musiqilərinin motivləri əsasında 7 film çəkilib. Filmlərin əksəriyyərində o, və əri baş rollarda çəkilib.1970-ci ildə onların ilk övladları – qızları İleniya, üç ildən sonra oğlu Yari, sonra qızları Kristel və sonbeşikləri Romina dünyaya gəlir. 1976-cı ildə onların ailə dueti İtaliyanı Avroviziyada təmsil edir və 7-ci yeri tutur. 1982-ci ildə isə San-Remo festivalında məşhurluqlarının pik həddinə çatırlar. Cütlük bütün dünyanı qastrola çıxır, Sovet İttifaqı da kənarda qalmır. Hətta Leninqradda ən gözəl hitlərinin plastinkalarını da yazdırırlar. Bir-birinin ardınca yazılan albomlar, beynəlxalq müsabiqələrdə prizlər, şöhrət və bütün dünyaya səpələnmiş milyonlarla pərəstişkarın məhəbbəti – bunu ancaq arzulamaq olardı, ancaq təəssüf, xoşbəxtlik əbədi olmur. 1995-ci ildə Al Bano və Romina son albomlarını yazdırırlar, bir ildən sonra isə Al Bano artıq San Remoda "Е’ la mia vita" ("Bu mənim həyatımdır") avtobioqrafik mahnısı ilə tək çıxış edir. Mahnının sonunda o, diz üstə çökür. Bütün dünya əmindir ki, o, bununla Rominadan əfv diləyir. 1999-cu ildə Al Bano Karrizi və Romina Pauer rəsmən boşanırlar. Al Bano mahnılar yazmaqda davam edir, Romina isə həyatını 180 dərəcə dəyişdirir. Romina ən bahalı rayonunda özünə gözəl malikanə alır, təsviri sənətlə məşğul olur, teleşoularda iştirak edir, kitablar, ssenarilər yazır, sənədli filmlər çəkir. Romina qəlbən olduğu kimi zahirən də gözəl qalıb. Sanki zaman onun gözəlliyinə qıymayıb. Kübar tabloidləri onu 25 yaşlı rəssam Conatan Bişopla birlikdə olduğunu yazırlar. Onları bir neçə dəfə çimərlikdə birlikdə görüblər. Hazırda aparıcı, aktrisa və yazıçı kimi həyatına davam edir.[4]
Solo
Romina Pauer və Al Bano