Natali Pronina

Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü, 2012-ci il XIV Yay Paralimpiya Oyunlarının qalibi.[1]

Natali Pronina
Natali Pronina 2012-ci il London Paralimpiadasında
Natali Pronina 2012-ci il London Paralimpiadasında
Şəxsi məlumatlar
Tam adı Natali Aleksandrovna Pronina
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (37 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
İdman növü Üzgüçülük
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var.

2004-cü il Afina Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Natali Filina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib.[2] Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub.[2]

2012-ci il London Paralimpiadası

[redaktə | mənbəni redaktə et]

Daha sonra gözündə müəyyən problemlər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı.

XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu. Təsnifat mərhələsinin "A" qrupunda 4:58.06 dəqiqə nəticə göstərən Natali Pronina, ərhələni altı üzgüçü sırasında dördüncü pillədə başa vurdu və final mərhələsinə adladı. Bu mərhələdə isə Natali Pronina 4:52.40 dəqiqə nəticə göstərdi və Paralimpiadanı beşinci pillədə başa vurdu.

Sentyabrın 3-də isə 200 metr məsafəyə fərdi kompleks üsuli ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Natali Pronina 2:36.75 dəqiqə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu. Bununla da Natali Pronina final mərhələsinə vəsiqə qazandı. Həlledici mərhələdə isə Natali Pronina 2:28.45 dəqiqə nəticə göstərdi və Rusiya nümayəndəsi Oxana Savçenhodan sonra 2-ci pillənin sahibi oldu. Bununla da Natali Pronina XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu. Bununla da Pronina Azərbaycanın Paralimpiya Oyunları tarixində medala sahib olan birinci üzgüçü oldu.

Sentyabrın 4-də 100 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Natali Pronina 1:04.96 dəqiqə nəticə göstərdi. Bu nəticəyə əsasən Natali Pronina mərhələni RusiyaPolşa üzgüçülərindən sonra üçüncü pillədə başa vurdu və final mərhələsinə adladı. Final mərhələsində isə Natali Pronina 1:00.00 dəqiqə nəticə göstərdi. Bu nəticəyə əsasən Natali Pronina növbəti dəfə XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu. Pronina həmçinin Azərbaycanın Paralimpiya Oyunları tarixində bir Paralimpiada da birdən çox medala sahib olan birinci idmançı oldu.

Sentyabrın 5-də isə 100 metr məsafəyə arxasıüstə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Natali Pronina 1:12.78 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu. Bununla da Natali Pronina final mərhələsinə vəsiqə qazandı. Həlledici mərhələdə isə Natali Pronina 1:08.46 dəqiqə nəticə göstərdi və Rusiya nümayəndəsi Oxana Savçenhodan sonra 2-ci pillənin sahibi oldu. Bununla da Natali Pronina üçüncü dəfə XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.

Sentyabrın 7-də 50 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Natali Pronina 28.10 saniyə nəticə göstərdi. Bu nəticəyə əsasən Natali Pronina mərhələni Rusiya üzgüçüsü Darya Stuhalovadan 2-ci pillədə başa vurdu və final mərhələsinə adladı. Final mərhələsində isə Natali Pronina 27.54 saniyə nəticə göstərdi. Bu nəticəyə əsasən Natali Pronina dördüncü dəfə XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu. Pronina həmçinin Azərbaycanın Paralimpiya Oyunları tarixində ən çox medala sahib olan idmançı oldu.

Sentyabrın 8-də isə 100 metr məsafəyə brass üsulu ilə üzmə turniri baş tutdu. Bu turnir Natali Proninanın mübarizə aparacağı sonuncu turnir idi. Təsnifat mərhələsinin "A" qrupunda Natali Pronina 1:20.08 dəqiqə nəticə göstərdi və Kipr nümyəndəsi Karolina Pelendritoudan sonra 2-ci pillənin sahibi oldu. Bu nəticəyə əsasən Natali Pronina final mərhələsinə vəsiqə qazandı. Həlledici mərhələ gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Kipr üzgüçüsü Karolina Pelendritou 1:16.38 dəqiqə nəticə göstərdi. Natali Pronina isə əsas rəqibindən 0.20 saniyə daha yaxşı nəticə göstərdi (1:16.16 dəqiqə) və XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu. Pronina həm də Paralimpiya Oyunlarının qalibi olmağı bacaran birinci Azərbaycan üzgüçüsü olsu.

Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Natali Aleksandrovna Pronina "Şöhrət" ordeni ilə təltif edildi.[3]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Natali Aleksandrovna Pronina Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.[4]

  1. Olympedia.org. "Nataliya FİLİNA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 Olympedia.org. "2004 Summer Olympics / Swimming / 100 metres / Breaststroce / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Azərbaycanda paralimpiada sahəsində xidmətləri olan şəxslərin "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 30.09.2022. Archived from the original on 2022-10-10. İstifadə tarixi: 30.09.2022.