Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Necefet-pehtet
Necefet-pehtet (q.misir nDft pHtt — "Aşağı terebint ağacı",yun. ἡ Λύκων πόλις — "Canavar (çaqqal) şəhəri") — Yuxarı Misirin XIV nomu (əyaləti). Nomun mərkəzi Kus şəhəri olmuşdur. Həmin ərazinin totemi inək sayılır. Əsas tanrısı inək buynuzlu (sonradan tac kimi təqdim edilən) gözəl cazibədar qadın obrazında təsvir edilmiş Hathordur. Hathor kultunun mərkəzi Dendera şəhəri olmuşdur və buradan da "Denderanın sahib(əs)i" epiteti yaranmışdır. İlk əvvəl regional əhəmiyyət kəsb etsə də sonradan bu kult bütün Misiri əhatə etmişdir.
Piktet-Spenqler reaksiyası
Piktet-Spengler reaksiyası — β-aril- etilaminin aldehid və ya keton ilə kondensasiyaya məruz qaldığı və sonra həlqənin bağlandığı kimyəvi reaksiyadır. Reaksiya ilk dəfə 1911-ci ildə Amé Piktet və Teodor Spenqler (22 fevral 1886 – 18 avqust 1965) tərəfindən kəşf edilmişdir.[1] Ənənəvi olaraq protik həlledicidə turşu katalizatoru qızdırma zamanı istifadə olunurdu[2], lakin sonradan reaksiyanın aprotik mühitdə daha yüksək məhsuldarlıqla getdiyi öyrənilmişdir.[3] Piktet-Spenqler reaksiyasını Mannix reaksiyasının xüsusi halı hesab etmək olar. Bu reaksiyanın hərəkətverici qüvvəsi turş mühitdə aldehid və aminin kondensasiyası nəticəsində yaranan iminium ionunun elektrofilliyidir. Bu, əksər hallarda turşu katalizatoruna ehtiyacla izah edilir, çünki imin həlqəsi bağlanmaq üçün kifayət qədər elektrofil deyil, lakin iminium ionu bu reaksiyaya daxil olur. Piktet-Spenqler reaksiyası həm sənayedə, həm də biosintezdə geniş istifadə olunur. Aşkar olunduğu gündən bəri alkaloid və üzvi sintez sahələrində əhəmiyyətli bir reaksiya olaraq qalmışdır, burada bir çox β-karbolinlərin alınmasında istifadə edilmişdir. Təbii Piktet-Spenqler reaksiyası adətən striktosidin sintaza kimi bir fermentindən istifadə edir. Bioloji xammal kimi amin turşusu triptofan və müxtəlif aldozalar istifadə olunur. İndol və ya pirol kimi nukleofil aromatik həlqələr mülayim şəraitdə yüksək məhsul verir, fenil qrupu kimi daha az nukleofil aromatik həlqələr isə daha az məhsul verir və ya daha yüksək temperatur və qüvvətli turşu tələb edir. Piktet-Spenqler reaksiyası, tetrahidroizoxinolini meydana gətirən xlorid turşusunun katalizatorluğu ilə fenetilamin və dimetoksimetanın reaksiyasıdır.
Epiktet
Epiktet (yun. Έπίκτητος, təq. 50, Hierapolis – 138) — yunandilli Roma filosofu, stoaçılıq məktəbinin ardıcılı. Öz fəlsəfəsində daha çox praktiki müdriklik haqqında danışan Epiktet, eramızın 50-138-ci illəri arasında yaşayan, yeni stoizmin (Roma stoizmi) nümayəndələrindən biridir. Fəlsəfəsində “yaxşı həyat nədir?” sualına cavab axtarırdı. Neronun mühafizəçilərindən birinin köləsi olan Epiktet ən nəhayətində azadlığını əldə etməyi bacarmış və ən özünəmxəsus düşüncə xadimlərindən biri olmuşdu. == Həyatı == I əsrin başlanğıcında (təqribən 50-ci ildə) Frigiyanın Hierapolis şəhərində dünyaya gəldiyi zənn edilir. Romada Epafroditon adlı bir kəsin qulu idi. Orada stoacı filosof Musonius Rufusun dərslərində olur. Azad edildikdən sonra özünü fəlsəfəyə həsr edir.
Epitet
Epitet (yun. ἐπίθετος epithetos-qoşma, əlavə deməkdir) — məcazi məna bildirir məsələn:qızıl əllər,acı dil == Epitet bədii ədəbiyyatda == Epitet termini Azərbaycan dilinə bədii təyin kimi də tərcümə olunur və işlədilir. Epitet qabartma ilə bənzətmənin qarışığıdır. Epitet şeir dilində işlənən söz birləşmələrinin tərkibində olur, təyin etdiyi sözün ifadə etmək istədiyi əlamət və xüsusiyyətlərini, çalarlarını bildirir. Məsələn, ay üzlü söz birləşməsində ay sözü epitetdir, gözəl insanın üzünü aya bənzədir. Epitet həmişə digər ad sözə aiddir və onu konkretləşdirir və bu yolla dünyanın və insanın obrazını, ədəbi mənzərəsini yaratmağa xidmət edir. Əgər ay üzlü ifadəsi kifayət etmədikdə təhkiyəçi epitetə ikinci, üçüncü və s. epitet qoşur: ay üzü alma. Burada alma epiteti işıqlı üzdə qızartı əlamətləri olduğunu bildirir.Epitetləri ən çox izah etdiyi sözləri özünün hansı çalarları ilə aydınlaşdırmasına görə təsnif edirlər. Sözün işarə təbiəti onun digər sözləri aydınlaşdırma rolunda unikal xüsusiyyətlərini üzə çıxarır.
Paştet
Paştet (alm. Раstеtе‎) == Ərzaqlar == 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. == Hazırlanma qaydası == 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Pisten
Pistən
Audemars Piguet
Audemars Piguet — İsveçrə lüks saat şirkəti. == Tarixi == 1875-ci ildə Le Brassus sakinləri Edvard-Auguste Piguet və Jules-Louis Audemars tərəfindən qurulmuşdur.
Harold Pinter
Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[…], London, Birləşmiş Krallıq – 24 dekabr 2008[…], London, Birləşmiş Krallıq) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005). == Həyatı == Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi. Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu. İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı.
Horatio Pintea
Horatio Pintea (11 noyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Horatio Pintea Kanadanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Jean Piaget
Jan Vilyam Fris Piaje (fr. Jean William Fritz Piaget; 9 avqust 1896 — 17 sentyabr 1980) — uşaqlar ilə apardığı epistemologiya tədqiqatları ilə tanınan İsveçrəli inkişaf psixoloqu və filosof. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Patet lao
Patet Lao (laos ປະເທດລາວ, Pa thēt Lāo, hərf. Lao milləti), rəsmi olaraq Laos Xalq Azadlıq Ordusu — Laosda XX əsrin ortalarında yaradılmış kommunist siyasi hərəkatı və təşkilatı. Qrup 1975-ci ildə, Laosda vətəndaş müharibəsindən sonra siyasi hakimiyyəti ələ keçirməkdə son nəticədə uğur qazanmışdır. "Patet Lao" həmişə Vyetnam kommunistləri və Şimali Vyetnam ilə yaxından əlaqəli idi. Vətəndaş müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən effektiv şəkildə təşkil edilmiş, təchiz edilmiş və hətta rəhbərlik edilmişdir. Vyetnam müharibəsində antikommunist qüvvələrə qarşı vuruşmuşdular. Nəhayət, bu termin Laos kommunistlərinin ümumi adı olmuşdur. Hərəkata hərbi yardımın ən mühüm mənbəyi Çin idi. Mao Tszedunun əmri ilə Xalq Azadlıq Ordusu onları 115,000 silah, 920,000 qumbara və 170,000,000 güllə təmin etmin, 700-dən çox hərbi zabitinə təlim keçmişdir. "Patet Lao"nun "Laos Vətənpərvər Cəbhəsi" (laos Neo Lao Hak Xat) adlı siyasi qanadı 1956-cı ildən başlayaraq çoxsaylı koalisiya hökumətlərində xidmət xidmət etmişdir. 1960–1970-ci illərdə "Patet Lao" Laosda vətəndaş müharibəsi dövründə kral hökuməti ilə vuruşmuşdur.
Piter Ekroyd
Piter Ekroyd (ing. Peter Ackroyd;5 oktyabr 1949[…], London) — İngilis bioqrafı, yazıçı və London tarixinə və mədəniyyətinə xüsusi maraq göstərən tənqidçidir. İngilis tarixi və mədəniyyəti ilə bağlı romanlarına və Uilyam Bleyk, Çarlz Dikkens, T.S.Eliot, Çarlz Çaplin və Ser Tomas Mor tərcümeyi -hallarına görə Somerset Moem və iki Whitbread Mükafatı qazandı. İstehsal etdiyi işlərin həcmi, üslub çeşidi, fərqli səsləri qəbul etmə qabiliyyəti və araşdırmasının dərinliyi ilə tanınır. 1984 -cü ildə Kral Ədəbiyyat Cəmiyyətinin üzvü seçildi və 2003 -cü ildə Britaniya İmperiyası ordeni komandiri təyin edildi. == Həyatı == === Erkən həyat və təhsil === Ekroyd, Londonda anadan olub və atası bir gün evdən çıxaraq geri qayıtmır. Anası və nənəsi tərəfindən Roma Katolik evinə qoyulan yazıçı Şərqi Actonda bir bələdiyyə mülkündə böyüdü. İlk dəfə yeddi yaşında gey olduğunu öyrəndi. O, Kembricdəki Müqəddəs Benedikt kollecində, İlinq və Kler kollecjərində də təhsil almışdır. 1972 -ci ildə Yale Universitetində Mellon elmi işçisi idi.
Piter Filips
Piter Filips (d. 1560, Devon, Britaniya İmperiyası - ö. 1628, Brüssel, Belçika) — ingilis bəstəkar, orqançı və keşiş.
Piter Hiqqs
Peter Ware Higgs (29 may 1929[…], Nyukasl-apon-Tayn – 8 aprel 2024, Edinburq) — İngilis nəzəri fizikaçı, Edinburq Universitetindən təqaüdçü olmuş professor idi. Hiqqs ən çox özü və bir neçə nəzəri fiziki tərəfindən varlığı qarşıya qoyulan Hiqqs bosonu ilə tanınırdı. 14 mart 2013-cü ildə Tanrı hissəciyi (Hiqqs bosonu) tapdıqdan sonra, 8 oktyabr 2013-cü ildə Alfred Nobel adına verilən Nobel Fizika Mükafatını Fransua Enqler ilə birlikdə qazandı. O, 2024-cü il 8 apreldə öldü.
Piter Hüqo
Piter Hüqo (afrik. Pieter Hugo) — CAR fotoqrafı.
Piter Kapaldi
Piter Duqan Kapaldi (ing. Peter Dougan Capaldi; 14 aprel 1958, Qlazqo) — Şotland aktyor, rejissor və ssenari müəllifi. Oskar və BAFTA mükafatlarının laureatı. 2013-cü ildən bəri «Doktor Kim» serialında on ikinci Doktorun rolunda oynayır.
Piter Kaşinq
Piter Kuşinq (ing. Peter Cushing; 26 may 1913[…] – 11 avqust 1994[…], Kenterberi, Kent qraflığı) — İngiltərə aktyoru.
Piter Mensa
Peter Mensah (27 avqust 1959, Qana, Akkra) — Qana əsilli ingilis aktyor. == Həyatı == 1959-cu ildə Qananın paytaxtı Akkra şəhərində dünyaya gəlmişdir.Ailəsi mənşəcə Aşanti qəbiləsinə.Mühəndis atası,yazıçı anası və iki bacısı ilə İngiltərənin Hertfordşir şəhərinə köçmüşdür.11 yaşında isə Kanadaya köçmüşlər.Ən çox tanınan rolları Günəşin Göz Yaşları,300 spartalı,Spartak:Qan və Qum,Spartak:Arenanın Tanrıları və Spartık:İntiqam filmlərində olmuşdur.Onun sonuncu və ən çox tanıdan Starz kanalının yayımladığı Spartak seriyasındakı Onemey rolu olmuşdur.
Piter Morton
Piter Morton (7 avqust 1947, Çikaqo, İllinoys) — amerikalı iş adamı. O, İsaak Tiqrett ilə birlikdə Hard Rock Cafe-nin həmtəsisçisidir. == Həyatı və təhsili == Piter Morton Morton Steakhouse-un banisi Arni Mortonun oğludur. Onun atası yəhudi əsilli idi. O, 1969-cu ildə Denverskiy Universitetdən məzun olub. Onun əkiz bacısı Pem Mortondur. Ögey qardaşı Maykl Morton isə restoran sahibi və biznesmendir. O, Fi Siqma Delta Cəmiyyətinin üzvüdür. == Karyera == Mortonun ilk Hard Rock Cafesi Londonda Hyde Park Corner-ın yaxınlığında açıldı. 1982-ci ildə Morton və onun ortağı İsaak Tiqrett müxtəlif şəhərlərdə kafelərini inkişaf etdirməyə razı olduqları zaman qlobal inkişaf başladı.
Piter Naur
Piter Naur (ing. Peter Naur; 25 oktyabr 1928 – 3 yanvar 2016) — danimarkalı alim, kompüter elminin pionerləri == Həyatı == 25 oktyabr 1928-ci ildə Piter Naur Danimarkada anadan olmuşdur. == Fəaliyyəti == Danimarkalı alim, kompüter elminin pionerlərindən biri olan Piter Naur 2005-ci ildə Naur, ilk struktur proqramlaşdırma dili olan Algol-60 dilini yaratdığına görə, proqramlaşdırma dillərinin, həmçinin kompilyatorların layihələndirilməsinə və kompüter proqramlaşdırması sənəti və texnikasına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Mükafatları == Kompüter Pioneer mükafatı (1986) Turing mükafatı (2005) == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Piter Norton
Piter Norton (ing. Peter Norton; 14 noyabr 1943, Aberdin[d], Vaşinqton) — "Norton Commander", "Norton Utilities", "Norton Disk Doctor", "Norton İnternet Security" və digər məşhur proqram məhsullarının yaradıcısı. O, həm də fərdi kompüterlər haqqında "İBM PC-in daxilində", "OS/2-nin daxilində" və "Proqramçının məlumat kitabçası" kitablarının müəllifi kimi tanınır. == Həyatı == Piter Norton 14 noyabr 1943-cü ildə Vaşinqton ştatının Aberdin şəhərində anadan olmuşdur. Oreqon ştatının Portlend şəhərində Rid Kollecini bitirmişdir. Sonra Berklidə riyaziyyat ixtisası üzrə Kaliforniya Universitetinə daxil olub. Gələcək proqramçının kompüterlə ilk tanışlığı çox gənc ikən – sığorta şirkətində mövsümi əməkdaş kimi işləyən zaman baş verib. O, ilk kompüteri olan "IBM PC"-i satışa çıxan kimi əldə edir. Piter Norton kompüterlə işləməyə başlayır və proqramlaşdırmanın incəliklərinə müstəqil şəkildə həvəslə yiyələnir. Universiteti qurtarana yaxın artıq o, Cənubi Kaliforniyada aerokosmik şirkətdə proqramçı işləyirdi.
Piter Parker
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Piter Petiqrü
Piter Petiqrü, Harri Potter seriyasında xəyali personajdır. Harri Potterin atası Ceyms Potterin ən yaxın dostlarından biridir. Eyni zamanda siçana dönüşə bilən bir animaqusdur. Buna görədə onun ləqəbi Qılquyruqdur. Uşaqlıq dönəmində Ceyms Potter və Sirius Blekə heyran olan Petiqrü; Harrini Voldemortdan qorumaq üçün Albus Dambldorun etdiyi Fidelius sehrinin sir tutanı olaraq seçilmişdir. Pitr gedib Potterların yerini Voldemorta demiş, Ceyms və Lilinin ölümünə səbəb olmuşdur. Sirius Blek olanları öyrəndiyində Petiqrünü bir küçədə sıxışdırır. Bunun üzərinə Petiqrü küçənin böyük bir qismini havaya uçurtmuşdur və siçana dönüşmədən öncə bir barmağını qopartıb kanalizasiyaya qaçmışdır. Bu hadisənin ardından illərcə Harri Potterin ən yaxın dostu Ron Uizlinin ev heyvanı Skabbers olaraq yaşamış və beləcə gizlənməyi başarmışdır. On üç il ərzində Uizlilərin ev heyvanı olaraq gizlənmiş olan Petiqrü bütün sehrbazlıq toplumu Sirius Blek tərəfindən öldürülmüş (12 maql ilə birlikdə) olaraq bilinirdi.
Pitot Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.