Pisten

Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur. Qırğız mədəniyyətindəki Mıstan ilə də əlaqəli ola bilər. "Mıstan Kempir" çirkin bir küpəgirən qarını və ya bir nəhəng anasını ifadə edər.

Mistan[redaktə | mənbəni redaktə et]

Mistan - türk və altay xalq mədəniyyətində və mifologiyasında cadugər mənasını verər. Pitsen/Pisten ilə əlaqəli bir varlıqdır. Mastan (Mustan, Mıstan) və ya Misten (Mistən) də deyilir. Çirkin sifətli yaşlı bir qadındır. İnsanların qanını sorar və ya qaçırdıb yer. Mastan (Mistan) Kempir adlı bir nəhəng anasından bəhs edilir, onu nəhəng cadugər olaraq anlamaq mümkündür.

Mitə[redaktə | mənbəni redaktə et]

Mitə - türk, tatar və altay xalq mədəniyyətində bit cadugəri. Bitə və ya Pitə də deyilir. Pitsen/Pisten ilə əlaqəli bir varlıqdır. Üstü başı pislik içindədir. Qoca bir qadın qılığındadır. Bəzən 12-13 yaşlarında bir uşağa çevrilər. İnsanların arasında gəzərək gənc və saf qızları aldadıb evinə aparır və onlara başındakı bitləri və birələri təmizlədər. İnsan ayağı dəyməmiş meşələrdə və dağlarda yaşayır. Qızların düz qapağından qanlarını əmər və bir neçə gün sonra öldüklərində onları yer. Ətrafına uyuz xəstəliyi ilə bit və birə saçar. İnsanlar tərəfindən aldadılaraq bilmədiyi yerlərə getməməyə vurğulayan bir xarakterdir. Söz, bitmək, yox olmak mənalarını da ehtiva edər. Bit sözündən törəmişdir, bitli deməkdir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Biç/Mic/Pis) kökündən törənmişdir. Biçin / Meçin / Pisin / Pistin sözləri meymun mənasını verər. Söz mənası olaraq basmaq, basdırmaq felləri ilə əlaqəli olabilir.

Mənbə[redaktə | mənbəni redaktə et]