Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Radok gölü
Radok — Antarktidanın şərqində yerləşən şirinsulu göl. Göl Biver gölündən 5 km cənub-qərbdə, Aramis silsiləsindən isə 24 km cənub-şərqdə yerləşir. Antarktidanın ən dərin gölü hesab edilir. Onun dərinliyi 362 metrdir. Göl ilk dəfə 1956-cı ildə Avstraliya Millli Antaktika Araşdırma ekspedisiyası tərəfindən xəritəyə salınmışdır. Adı ekspedisiyanın qlyasiologiya proqramına böyük dəstəyi olan Melburn Universitetində məruzə oxuyan meteoroloq Uve Radokun şərəfinə adlandırılmışdır. Göl Antarktidanın dəqiq şəkildə müəyyənləşən ən dərin gölü olmaqla yanaşı həm də indiyənə kimi məlum olan yeganə şirinsulu göldür. Gölün sahilində buzlaq dili mövcuddur..
Razik Salmanov
Razik Telman oğlu Salmanov (24 yanvar 2000; Gündüzqala, Qusar rayonu, Azərbaycan — 27 oktyabr 2020; Cütcü, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Razik Salmanov 24 yanvar 2000-ci ildə Qusar rayonunun Gündüzqala kəndində Telman Salmanovun ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Razik Salmanov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Razik Salmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Razik Salmanov 27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Qazon
Qazon — bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və Mavritaniya növləri var. Parter qazonu çiçəklik, dekorotiv ağaclıq, guller hs code 0602905000 həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park qazonu park, bağça, bulvar və b. yerlərdə salınır. == Qazona qulluq == === Əkin === Erkən payız, yaz və yazın əvvəli torpaq daha isti və hava daha sərin olduqda əkin, çəmənlik üçün əsas mövsümdür. Əkindən dərhal əvvəl havalandırma köklərin daha dərin böyüməsinə və daha sıx çəmənliyə kömək edə bilər.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Radlk.
Lüdviq Radlkofer (alm. Ludwig Radlkofer‎ 12 dekabr 1829 — 16 fevral 1927) — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru.
Radon
== Radon (Rn) == Radon (Ra)- D. İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
Rafik
Rafik — Kişi adı. Rafik Zexnini — peşəkar Norveç futbolçusu. Rafik Məmmədov — Texnika üzrə fəlsəfə doktoru. Rafik Məmmədov (coğrafiyaçı) — Rafik Əl-Həriri — Digər Rafik (Xaybulla) — Xaybulla rayonunda kənd.
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Rasək
Rasək — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sərbaz şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,931 nəfər və 1,102ailədən ibarət idi.
Rayon
Rayon (fr. rayon — radius, şüa) — böyük yaşayış məntəqəsi. Rayona tabe kəndlər, qəsəbələr, qismən də şəhər və şəhər tipli qəsəbələr vardır.
Razan
Razan (fars. رزان‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 216 nəfər yaşayır (65 ailə).
Razoom
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır. Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər.
Abvil (rayon)
Abvil (fr. Abbeville) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement). Departamenti — Somma. Suprefektura — Abvil. Rayon əhalisi 2013-ci ildə 134 155 nəfərdir. Əhalinin sıxlığı 78 nəfər/ km² təşkil edir. Rayonun sahəsi — 1733 km²-dir.
Ajen (rayon)
Ajen (fr. Agen) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lo və Qaronna. Suprefektura — Ajen. Rayonun əhalisi 2006-cı ildə 114 951 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 113 nəf. / km². Rayon ərazisi — 1013 km².
Alanson (rayon)
Alanson (fr. Alençon) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement). Departamenti — Orn. Suprefektura - Alanson. 2015-ci ildə əhalisinin sayı – 87127 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 56 nəfər / km² təşkil edir. Rayonun sahəsi — 1548,5 km² .
Albervil (rayon)
Albervil (fr. Albertville) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Savoyya. Suprefektura - Albervil. Rayonun əhalisi 2006-cı ildə 108 813 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 44 nəfər / km². Rayonun sahəsi — 2466 km².
Albi (rayon)
Albi ( fr. Albi) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Tarn. Suprefektura - Albi. Rayonun əhalisi 2006-cı ildə 177.880 nəfər təşkil etmişdir. Əhalinin sıxlığı — 65 nəfər / km². Rayon ərazisi — 2732 km².
Ales (rayon)
Ales (fr. Alès) — Fransanın Langedok-Russilyon regionun rayonlarından biri. Departamenti — Qar. Suprefektura — Ales. Rayonun əhalisi 2006-cı ildə 143 284 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 108 nəfər / km² təşkil edir. Rayonun sahəsi — 1322 km².
Altkirş (rayon)
Altkirş (fr. Altkirch) — Fransanın Elzas regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Reyn. Suprefektura - Altkirş. 2012-ci ildə rayonun əhalisi 69 355 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 105 nəfər / km² . Rayon sahəsi — 663 km².
Amber (rayon)
Amber (fr. Ambert) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Püi-de-Dom. Suprefektur - Amber. Rayonun əhalisi 2006-cı ildə 27 458 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 23 nəfər / km². Rayonun sahəsi 1188 km².
Amyen (rayon)
Amyen (fr. Amiens) — Fransanın O-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Somma. Suprefektura — Amyen. Rayon əhalisi 2013-cü ildə 300.657 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 129 nəfər / km². Rayon sahəsi — 2321 km².
Anseni (rayon)
Anseni (fr. Ancenis) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luara-Atlantik. Suprefektura — Anseni. Rayonun əhalisi 2006-cı ildə 55.212 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 70 nəfər / km² . Rayon ərazisi — 791 km².
Ansi (rayon)
Ansi (fr. Annecy) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Savoyya. Suprefektura — Ansi. Rayonun əhalisi 2006-cı ildə 249,501 təşkil edirdi. Əhalinin sıxlığı — 198 nəf. / km². Rayonun sahəsi — 1262 km².