Razoom

Razoom — gənc musiqiçi.

Razoom
Ramil Akberov
Doğum tarixi (32 yaş)
Doğum yeri Rusiya, Moskva - Puşkino
Milliyyəti Rus / Azərbaycanlı
Fəaliyyəti Musiqi / Solo
Saytı www.razoommusic.com

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramil Akberov 1990-cu ildə iyun ayının 4-ü Moskva vilayətinin Puşkino şəhərində anadan olub.

Musiqi kariyerası[redaktə | mənbəni redaktə et]

1996-2005 illərdə Puşkino şəhərində 1 saylı musiqi məktəbinin skripka fakültəsini bitirib.

Azərbaycana gəlməsi[redaktə | mənbəni redaktə et]

2007-ci ildə Azərbaycana, Bakı şəhərinə gəlib. Və burada dilimizi öyrənib. Daha sonra isə musiqiçi kimi fəaliyətinə başlayıb.

Efirlərdə görünməsi[redaktə | mənbəni redaktə et]

2009-cu ildə ilk dəfə efirə çıxıb və bu "Space Kanal"ındakı "Mən də Varam" adlı veriliş olub. Razoom o verilişdə bir çox musiqi növlərinin təmsilçiləri ilə də yaxından tanış olub.

"Orange Versace" qrupunda fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2010-cu ilin sonlarında Timur Alibalayev adlı dostu ilə Orange Versace adlı qrupu yaradırlar. Qrup sosial şəbəkələrdə çox tanınır. «Paco Rabanne», «How Can I Fly», «Hi, Hey Baku» klipləri ilə qısa zamanda məşhur olur.

Konsert çıxışları[redaktə | mənbəni redaktə et]

17 mart 2011-ci ildə Razoom "Orange Versace" qrupu tərkibində ilk solo konsertlərini keçirir. Konsertin məkanı olaraq "La Villa Lounge Bar & Restauraunt" seçilir. Daha sonra isə 2-ci konserti və yeni klipin təqdimatını "Sherlock's Beach" adlı məkanda keçirirlər.

Hal-Hazırda[redaktə | mənbəni redaktə et]

Hal-hazırda isə Razoom solo fəaliyyət göstərir. Yerli musiqiçilərdən Vüsal Həsənovla işləyir. Və yeni solo albomu üzərində çalışır.


Sosial Şəbəkələrdə[redaktə | mənbəni redaktə et]