Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ram Das Ci
Ram Das Ci (1534-1581) — siqhlərin dördüncü qurusudur. 1574-cü ildə quru Amar Dasın ölümündən sonra siqhlərin qurusu olmuşdur. Onun dövründə Amritsar şəhərinin əsası qoyulmuşdur.
Ceffri Raş
Ceffri Roy Raş (ing. Geoffrey Roy Rush; 6 iyul 1951[…]) — avstraliyalı kino və teatr aktyoru. Bir "Oskar", iki "Qızıl Qlobus" və üç "BAFTA" daxil olmaqla müxtəlif mükafatlara layiq görülmüşdür. Onun çəkildiyi məşhur filmlərə "Shine", "Aşiq Şekspir", "Elizabeth", "Quills", "Frida", "Karib dənizinin quldurları", "Kralın nitqi", "Ən yaxşı təklif" və s. daxildir.
Odeya Raş
Odeya Raş (ivr. ‏אודיה רש‏‎, ing. Odeya Rush; 12 may 1997, Hayfa, İsrail) — İsrailli-Amerikalı aktrisa, model və rejissor. The Giver (2014), Goosebumps (2015) və Dumplin (2018) filmlərində baş rolları ilə tanınır == Həyatı == Odeya Raşinek İsrailin Hayfa şəhərində Ashkenazi yəhudi ailəsində anadan olub. Atası Shlomo Raşinek İsraildə anadan olmuşdur və onun polyak-yəhudi anası (Greenfeld nee) Maia halbuki Rusiyada anadan olmuşdur, İsrailə köçmüşdür.. Adı "Odeya", ibrani dilində "Allaha şükür" deməkdir. Hayfada səkkiz yaşında bir əsər yazdı və ifa etdi. Atası Alabamada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışmağa getdiyi üçün doqquz yaşında ikən ailəsi ABŞ-a köçdü. Ora gələndə Ruş yalnız İvrit dilində danışa bilirdi. Yaşadığı Alabama, Birminghamdakı NE Miles Yəhudi Günü Məktəbində iştirak etdi.
Ras-Naudibu
Ras-Nuadibu (ərəb. رأس نواذيبو‎) — Afrikanın qərbində uzunluğu 70 km olan ensiz yarımada. Uzqar nöqtəsi Kap-Blan və ya Kabo-Blanko burnu adlanır. Ən hündür nöqtəsi 27 metrdir. Hələ koloniyalaşma zamanı yarımada iki hissəyə bölünmüşdü:şimal və cənub. 1900-cü ildə nəhayət son sərhəd qəbul edilir. Qərb hissə İspaniyanın müstəmləkəsi Rio-de-Ora, şərq hissə isə Fransız Qərbi Afrikanın ərazisi elan edilir. Yarımadanın Qərbi Saxaraya aid hissəsi hazırda heç bir ölkə tərəfindən nəzarət edilmir. [[Mərakeş hissədən bölgə mina sahələri iıə bağlanmışdır. Bu sahə Mərakeş səddindən başlayaraq (21°21′99″ ş.e.) Mavritaniyaya aid posta qədər uzanır (21°17′66″ ş.e.
Ras Tarxan
Ras Tarxan (VIII əsr — ?) — Xəzər xaqanlığının xaqanı, sərkərdəsi. == Həyatı == Ras Tarxan 764-cü ildə Cənubi Qafqaza yürüş etmişdi. 764-cü ildə xəzərlər yenidən Ras Tarxanın başçılığı altında Qafqaziyaya hücum edirlər. Bununla bağlı İbn-əl-Əsir qeyd edir ki, 764–765-ci illərdə türklərə başçılıq edən Xarəzmli Astarxan müsəlmanların üzərinə hücuma keçib çoxsaylı müsəlman və zimmiləri əsir götürərək Tiflisi tutur. Türklərlə müharibəyə Mansur Cəbrayıl ibn-Yəhyanı və Zərba ibn-Abdullahi göndərir, özləri bir qədər döyüşdükdən sonra qaçır, əsgərlərinin böyük əksəriyyəti isə öldürülür. Ət-Təbəri onun adını As-tarxan, Gevond Raş-tarxan, əl-Yəqubi isə Ras-tarxan yazır. === Yəzid ibn Üseyd ibn Zafir əs-Sulaminin xəzər padşahının qızı ilə evlənməsi haqqında hekayət === Müəllif deyir: Xəlifə əl-Mənsurun məktubunu alandan sonra Yəzid xəzərlərin hökmdarı olan Taatur adlı xaqanın yanına öz adamlarını onun qızı üçün elçi göndərir. Qızın adı Xatun idi. Xəzərlərin padşahı öz razılığını verdi. Yəzid ibn Üseyd Xatunla evlənərək, qızına görə atasına 100 min dirhəm verdi.
La-Roş-de-Ram
La-Roş-de-Ram (fr. La Roche-de-Rame, oks. La Ròcha de Rama) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. L'Arjantyer-la-Besse kantonuna daxildir. INSEE kodu — 05122. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 823 nəfər təşkil edirdi. == İqtisadiyyatı == Kalsium və stronsium istehsal edən bir zavod var. 2007-ci ildə əmək qabiliyyətli 483 nəfər (15-64 yaş) arasında 336 nəfər iqtisadi cəhətdən fəal, 147 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.6%, 1999-cu ildə 68.0%).
Ras-əl-Ayn
Rəsulayn (bəzi mənbələrdə Rəsuleyn və ya Ras-əl-Ayn; ərəb. راس العين‎‎, klass. süry. ܪܝܫ ܥܝܢܐ) və ya Səre Kaniye (kürd. Serê Kaniyê‎) — Suriyanın Əl-Həsəkə mühafəzəsində şəhər, eyniadlı rayonun inzibati mərkəzi. Cəzirədə yerləşən ən qədim şəhərlərdən biri olan Rəsulaynda ən azı neolit dövründən (təqribən e.ə. VIII minillikdən) bəri məskən salınmışdır. Sonrakı dövrlərdə qədim aramilərin Sikkan, romalıların Resayna və Bizansın Feodosiopolis şəhəri olaraq tanınan Rəsulayn bir neçə dəfə məhv edilmiş və yenidən tikilmişdir. Şəhər orta əsrlərdə müxtəlif müsəlman sülalələr arasındakı qızğın döyüşlərin məkanına çevrilmişdir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Rəsulayn Suriya (Fransa) ilə Türkiyə arasında bölünmüş, şəhərin Türkiyəyə verilən şimal hissəsi Ceyranpınar adlandırılmışdır.
Ras-əl-Cins
Ras-əl-Cins burnu — Omanın ən ucqar şərq nöqtəsi. Ərəbistan dənizinə daxil olan Oman körfəzində yerləşir. yaxınlığılnda yerləşən ən böyük şəhər — Sur, ən yaxın ada — Masira, ən yaxın dağ — Əş-Şam.
Ras Xafun burnu
Ras-Xafun (somali Xaafuun) — Afrikanın şərqində 40 km uzunluğuna malik burun. Afrika materikinin şərq ucqar nöqtəsidir. Hind okeanı sahilində yerləşən burun Somali ərazisində yerləşir. İlk dəfə Osmanlılar tərəfindən məskunlaşılmışdır. == Müasir Xafun == Hazırda Xafunda 2500 balıqçı yaşayır. 2004-ci ildə Hind okeanında baş vermiş sunami burunda yerləşən şəhərə böyük ziyan vurmuşdur. Xüsusi ilə burnun qərb hissəsi dəniz səviyyəsindən cəmi 2 metr hündür olduğundan 813 ev dağılmış, 432-si isə ciddi ziyan görmüşdür. 19 cəsəd tapılsa da, 140 nəfər səssiz-səmirsiz itkin düşmüşdür. Ərazinin böyük hissəsi suyun altında qalsa da burnun əsas hissəsi mövcudluğunu qoruyur. == Mənbə == Новостное агентство Хафуна Arxivləşdirilib 2012-02-13 at the Wayback Machine About Archaelogy entry on Opone Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine Hafun tsunami videos Arxivləşdirilib 2008-05-17 at the Wayback Machine Статья Би-би-си о последствиях цунами (ing.) Hermann M. Fritz and Jose C. Borrero, «Somalia Field Survey after the December 2004 Indian Ocean Tsunami» Arxivləşdirilib 2008-12-02 at the Wayback Machine, Earthquake Spectra, Vol.
Ras Əl-Xayma
Ras Əl-Xayma (ərəb. رَأْس ٱلْخَيْمَة‎, tarixən Culfar) — Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma Əmirliyinin ən böyük şəhəri və paytaxtı. Dubay, Əbu-Dabi, Şarja, Əl-Ayn və Əcməndən sonra BƏƏ-nin altıncı ən böyük şəhəridir. Şəhər bir dərə ilə iki hissəyə bölünür: qərbdə köhnə şəhər və şərqdə Əl-Nəxil. == Etimologiya == Ras Əl-Xayma adı "çadırın burnu" deməkdir. Şəhər adını naviqasiyanı asanlaşdırmaq üçün buraya bir çadır qurulduqdan sonra aldığı bildirilir.
Araş
Araş — kişi ad. Araş (müğənni) — müğənni. Araş Firdovsi — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
OAS
Gizli Silahlı Təşkilat və ya OAS (fr. Organisation Armée Secrète) — XX əsrin 60-cı illərinin əvvəlində Fransada terrorçu hərbi faşist qruplaşması. == Tarixi == Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzair 1962-ci ildə istiqlaliyyət qazandıqdan sonra əsas fəaliyyətinin Fransaya və onunla qonşu ölkələrə çevirən OAS Fransanın demokratik qüvvələrinin təzyiqi ilə tezliklə ləğv edilmişdir. OAS başçıları uzunmüddətli həbs cəzalarına məhkum olunmuş, lakin 1968-ci il amnistiyasına əsasən azad edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Harrison, Alexander. Challenging De Gaulle: The O.A.S and the Counter-Revolution in Algeria, 1954–1962. New York: Praeger, 1989 (ing.). Henissart, Paul.
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qras
Qras (fr. Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
RAM
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
RAİ
RAİ (Radiotelevisione Italiana) - İtaliyanın hökumətə bağlı milli kanalı. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.
RSS
RSS — xəbər, məqalə, bloq və s. bu kimi informasiya mənbələrində olan dəyişikliklərinin təsviri üçün nəzərdə tutulmuş XML-formatının bir növü. RSS formatında müxtəlif mənbələrdən təqdim edilmiş informasiya proqram aqreqatorlar və ya onlayn xidmətlər vasitəsilə yığcam, emal edilmiş şəkildə istifadəçiyə çatdırılır. RSS-in müxtəlif versiyaları mövcuddur: Rich Site Summary (RSS 0.9x) — bu versiyada informasiya zənginləşdirilmiş məlumatla təqdim edilir; RDF Site Summary (RSS 0.9 və 1.0) — mənbə resurslarından istifadə edərək şəkillərlə təsvir edilir; Really Simple Syndication (RSS 2.x) — çox sadə, yığcam informasiya toplusu. == İstifadəsi == Adətən RSS 2.0-ın köməyi ilə saytda yeni çı informasiyanın qısa təsviri verilir və bu informasiyanın tam versiyasına istinad edilir. RSS formatında olan internet-resurs RSS-kanal, RSS-lent və ya RSS-fid (feed) adlanır. Müasir brauzerlər, poçt-klientlər və internet-peycerlər RSS-lentləri icra edə bilir. Bunlara misal olaraq Google Chrome, Safari, Maxthon, Miranda, Mozilla Firefox, Mozilla Thunderbird, Opera, Opera Mini, Microsoft Internet Explorer (7-ci versiyadan başlayaraq) göstərmək olar. Bundan başqa, informasiyanı yığcam və emal edilmiş şəkildə yığan ixtisaslaşmış proqramlar (RSS-aqreqatorı) mövcuddur.
Rap
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Raps
Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb. == Əhəmiyyəti == Yazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur.
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. == Etimologiya == "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. == Tarixçə == Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
Raz
Raz- İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Raz və Cərgəlan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,735 nəfər və 1,282 ailədən ibarət idi.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. == Həyatı == Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. == Karyera == Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə