Dan yeri Orta əsr qəbirstanlığı — Yaşayış yerinin yаxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sinə daşları-sənduqələr dövrümüzədək qalmışdır. Düzbucaqlı forması sənduqənin yalnız bir üzü istisna edilməklə digər tərəfləri zəngin bəzədilmişdir. Cızma, döymə və oyma üsulu ilə zəngin nəbati təsvirlərlə bəzədilmiş sənduqənin üzərinə ərəb əlifbası ilə yazı həkk edilmişdir. Kitabə Quran ayələrindən və mərhumun adı, olum və ölüm tarixinə aid məlumatlardan ibarətdir[1].