Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alan Rikman
Alan Sidni Patrik Rikman (ing. Alan Sidney Patrick Rickman, 21 fevral 1946[…] – 14 yanvar 2016[…], London) - teatr tamaşaları və filmlərdə daha çox antoqonist xüsusiyyətli obrazları ilə yadda qalmış ingilis aktyor olmuşdur. Rikman klassik və modern teatr tamaşaları təqdim edən Kral Şekspir kompaniyasının üzvü olmuşdur. Televiziyada ilk dəfə 1982-ci ildə görünsə də, Kristofer Hemptonun "Təhlükəli əlaqələr" pyesinin 1985-ci il teleadaptasiyasında canlandırdığı Vikomt de Valmont obrazı ilə məşhurlaşmış və bu roluna görə Toni mükafatına namizəd göstərilmişdir. Rikman "Məğlubedilməz" filmində yaratdığı Hans Qruber və "Harri Potter" filmlər seriyasında yaratdığı Severus Sneyp obrazları ilə daha çox diqqət çəkmişdir. Rikman "Robin Hud:Oğrular şahzadəsi" filmində Notingem şerifi, "Həqiqətən, dəlicəsinə, dərindən" filmində Ceymi, Enq Linin "Ağıl və hiss" filmində Kolonel Brendon, "Gerçək sevgi" filmində Harri, "Dəhşətli böyük macəra" filmində P.L. O'Hara, "Qalaktika axtarışında" filmində Aleksandr Deyn, Stiven Sondhaymın myuziklı əsasında çəkilmiş "Suini Todd:Flit-stritdən olan şeytan bərbər" filmində Hakim Turpin obrazlarını yaratmışdır. 1995-ci ildə "Rasputin" filmində yaratdığı Rasputin obrazına görə Qızıl Qlobus, Emmi və Ekran Aktyorları Gildiyasının mükafatına layiq görülmüşdür. "Robin Hud" filmindəki roluna görə, Rikman Britaniya Akademiya Film mükafatını qazanmışdır. Aktyor Tom Byörkun xaç atasıdır. Rikman 14 yanvar 2016-cı ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Fernando Riksen
Fernando Riksen (nid. Fernando Ricksen; 27 iyul 1976, Herlen[d], Limburq[d] – 18 sentyabr 2019, Erdri[d], Nort-Lanarkşir[d]) — niderlandlı futbolçu. == Karyerası == === Klub karyerası === Kerkrade şəhərindən "Rod" klubunun futbol akademiyasının şagirdi olmu.dur. 1993-cü ildə klubun "Fortune" klubunun əsas hissəsində Sittard-dan ilk diviziondan yuxarıya qədər çıxıb. Karyerasında növbəti klub Alkmarski AZ idi. 2000-ci ildə Scottish "Rangers" a 3.6 milyon funt sterlinqə keçdi. 2004/05 mövsümündə klubun ən yaxşı oyunçusu oldu, bəzi matçlarda kapitanın armbandı ilə sahəyə girdi. Həm də Riksen, John Hartson ilə "SchPFA oyunçularına görə ilin oyunçusu" unvanını paylaşdı. 2006-cı ilin yayında Hollandiyalı məşqçi Dik Advocaat onu Zenit-Sankt-Peterburqa dəvət etdi. Başlanğıcda Riksen icarəyə götürüldü və 2006-cı ilin noyabr ayında onun köçürülməsi satın alındı.
Neta Rivkin
Neta Rivkin — 19 iyun 1991-ci ildə İsrailin Petah Tikva şəhərində anadan olmuşdur. İsrailli bədii gimnastdır. 2011 Dünya Çempionatının bürünc, 2011 Avropa Çempionatının isə gümüş medalçısıdır. İsraili 2015-i ildə Avropa Oyunlarında təmsil etmişdir. 2015 Avropa Oyunlarının bürünc medalçısıdır. İsraili 2012 Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Neta Rivkin 19 iyun 1991-ci ildə İsrailin Petah Tikva şəhərində anadan olmuşdur. == Karyerası == Neta Rivkinin ən böyük uğurları 2011-ci ilə təsadüf edir. O həmin il Dünya 3-cüsü və Avropa 2-cisi olmuşdur. Bu uğurdan 1 il sonra Neta İsraili 2012 Yay Olimpiya Oyunlarında təmsil etmişdir.
Reuven Rivlin
Reuven Rivlin (9 sentyabr 1939[…], Qüds) — İsrailin 10-cu prezidenti. == Həyatı == Reuven Rivlin 1939-cu ildə Qüdsdə anadan olub. İxtisasca hüquqşünasdı. Şimon Peres hakimiyyətinin rabitə naziri olub. == Siyasi fəaliyyəti == Reuven Rivlin 2014-cü ildəki prezident seçkilərində sağ mərkəzçi partiya olan "Likud"u təmsil edib. O, 2007-ci ildə də prezidentliyə namizəd olsa da, Şimon Peresə məğlub olub.
RİİN
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Rikan (Urmiya)
Rikan (fars. ريكان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (40 ailə).
Rikki Tompson
Rikki Tompson (ing. Rickey Thompson, 6 fevral 1996, Roli) — görkəmli Amerika aktyor və komediyaçı.
Morqan Nikin itməsi
Morqan Çantel Nik (ing. Morgan Chauntel Nick; d. 12 sentyabr 1988, ABŞ, Arkanzas, Alma - itkin düşdü 9 iyun 1995, ABŞ, Arkanzas, Alma) – Kiçik Beysbol Liqası oyununda oğurlanmış amerikalı qız. Morqanın anası insanlara itkin düşmüş övladlarını tapmağa kömək edən Morqan Nik Fondunu yaratmaqla tanınmışdır. == İtkin düşməsi == 9 iyun 1995-ci ildə Morqan Nik və anası Kollin Nik Arkanzas ştatının Alma şəhərində Kiçik Beysbol Liqası oyununa getdilər. Saat 10:30 radələrində Morqan anasından dostları ilə birlikdə işıldaböcəyi tuta biləcəyini soruşdu. Əvvəlcə anası tərəddüd etdi, lakin sonda icazə verdi. O, sonuncu dəfə dostları tərəfindən 10:45 radələrində anasının maşının yanında tək başına ayaqqabılarından qumu boşaldarkən göründü. Dostları isə ondan bir neçə metr kənarda ayaqqabılarını təmizləyirdilər. Morqanın dostları ayaqqabılarını geyinərkən Morqanla söhbət edən xoşagəlməz bir adam gördüklərini bildirdilər.
Rikki e Poveri
[[Kateqoriya:Əlifba sırasına görə musiqi qrupları|Rikki e Poveri (it. Ricchi e Poveri)]] Rikki e Poveri (it. Ricchi e Poveri) — məşhur İtalyan musiqi pop qrupu. Qrup 1967-ci ildə Genuyada yaranıb. Onların ilk ictimai çıxışı 1968-ci ildə "L'ultimo amore" mahnısı ilə oldu. Qrup İtaliyanı 1978-ci ildə 1978 Avroviziya Mahnı Müsabiqəsində "Questo amore" mahnısı ilə təmsil edir və 12-ci yeri tutur. 1981-ci ildə Marina Okkyena solo karyerasını qurmaq üçün qrupdan ayrılır. Rikki e Poveri 1970-ci ildən bəri bir neçə dəfə Sanremo Musiqi Festivalında iştirak edir və nəhayət 1985-ci ildə "Se m'innamoro" mahnısı onlara festivalda qalibiyyət gətirir. 2020-ci ildə qrupun 50-ci ildönümünü qeyd etmək üçün onlar yenidən Sanremo festivalında kvartet şəklində birlikdə çıxış edirlər. == Heyət == Ancela Brambati (it.
Riki Martin
Enrike Martin Morales (isp. Enrique Martín Morales; 24 dekabr 1971, San-Xuan), daha çox Riki Martin adı ilə tanınır. Latınamerikan qrupu olan Menudo ilə fəaliyyətə başlamışdır. 1991-ci ildə solo-kariyeraya başlamışdır. Riki 8 studiya albomu buraxmışdır ki, bütün dünya üzrə bu albomların satış sayı 65 milyonu keçmişdir. Həmçinin Riki Martin xeyri məqsədləri üçün "Riki Martin fondu"nu (ispan: Fundacion Ricky Martin) yaratmışdır. == Həyatı == Riki Martin 24 dekabr 1971-ci ildə Puerto – Rikonun paytaxtı San Xuan şəhərində psixoloq Enrike Martin Neqoni və buxqalter Nereydi Moralesin ailəsində doğulmuşdur. Valideynləri onun iki yaşı olanda ayrılmışdılar. Rikinin doğma Erik və Daniel Martin adlı iki qardaşı, Vanessa Martin adlı bir bacısı, ögey Fernando və Anhel Fernandez adlı iki qardaşı var. Riki katolik ailəsində böyümüşdü və çox sakit və sözə qulaq asan uşaq idi, amma Menuda qrupuna qoşulana qədər… == Musiqi fəaliyyətinin başlanması == Riki (o zaman Enrike) musiqi fəaliyyətinə 13 yaşında, 1984-cü ildə məşhur latınamerikan qrupu Menuda ilə başladı.
Riki Puç
RiKard "Riki" Puç Marti (isp. Ricard Puig Martí; 13 avqust 1999, Matadepera, İspaniya) — La Liqa təmsilçilərindən olan Barselona klubunda mərkəz yarımmüdafiəçisi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur.
Nikki, Rikki, Dikki və Don
Nikki, Rikki, Dikki və Don (ing. Nicky, Ricky, Dicky & Dawn) - Maykl Feldman tərəfindən təkmilləşdirilən, Sentyabr ayının 13-də, 2014-cü ildə ilk dəfə Nickelodeon telekanalında efirə verilən uşaqlar üçün nəzərdə tutulmuş teleserialdır. Teleserialın ulduzları Brian Stepanek, Allison Munn, Aidan Gallagher, Keysi Simpson, Meys Koronel, Lizzi Qrin, Gabrielle Elyse, və Kayla Simmonsdur. == Epizodları == == İstehsalat == Teleserial ilk mövsüm üçün 13 epizod olaraq düşünülmüşdü, lakin sonradan epizodların sayı 20-yə çatdı. 2014-cü ildə Noyabrın 18-də ikinci mövsümün yayımlanması üçün çəkilişlər başladı və May ayının 23-ü Nickelodeon kanalında 2-ci mövsümün ilk epizodu efirə buraxıldı. Bundan sonra 2016-cı ildə aprel 26-da Lizzi Qrin öz Twitter hesabında, 3-cü mövsüm çəkilişlərinin başladığı elan edir. 3-cü sezon Yanvar ayının 7-də efirə çıxır. 2017-ci il Noyabr ayının 15-də isə reytinqlərin 2 dəfədən çox düşməsini görən Nickelodeon 4-cü sezonun bu teleserial üçün son olacağını bildirir. 2018-ci il 4 Avqust teleserialın buraxılışı bitir.