[[Kateqoriya:Əlifba sırasına görə musiqi qrupları|Rikki e Poveri (it. Ricchi e Poveri)]]
Rikki e Poveri (it. Ricchi e Poveri) | |
---|---|
Əsas məlumatlar | |
Üslub | Pop |
Fəaliyyət illəri | 1967-ci ildən |
Ölkə | İtaliya |
Leybl | Apollo/RCA, Fonit Cetra, Baby Records/CGD, EMI, BMA, DM Produzioni / Sony |
Heyət | Ancela Brambati, Ancelo Sotcu |
Keçmiş üzvlər | Franko Qatti, Marina Okkyena |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rikki e Poveri (it. Ricchi e Poveri) — məşhur İtalyan musiqi pop qrupu. Qrup 1967-ci ildə Genuyada yaranıb. Onların ilk ictimai çıxışı 1968-ci ildə "L'ultimo amore" mahnısı ilə oldu. Qrup İtaliyanı 1978-ci ildə 1978 Avroviziya Mahnı Müsabiqəsində "Questo amore" mahnısı ilə təmsil edir və 12-ci yeri tutur. 1981-ci ildə Marina Okkyena solo karyerasını qurmaq üçün qrupdan ayrılır. Rikki e Poveri 1970-ci ildən bəri bir neçə dəfə Sanremo Musiqi Festivalında iştirak edir və nəhayət 1985-ci ildə "Se m'innamoro" mahnısı onlara festivalda qalibiyyət gətirir. 2020-ci ildə qrupun 50-ci ildönümünü qeyd etmək üçün onlar yenidən Sanremo festivalında kvartet şəklində birlikdə çıxış edirlər.