Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koza Mostra
Koza Mostra — 2011-ci ildə qurulmuş Yunan musiqi qrupu. Koza Mostra Yunanıstanı 2013 Avroviziya Mahnı Müsabiqəsində Aqafon İakovidis ilə birlikdə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Koza Nostra
Koza nostra (it. Cosa nostra ) — Siciliyada yaranmış, 1930-cı illərdən Nyu-Yorkda iri İtaliyan-Amerikan mafiya qruplaşması. 1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi Amerikada ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza nostra yarandığı gündən Laki Luçianonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. İkinci dünya müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçianodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün İtalyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş MKİ agenti Edvard Hant isə ölümündən qabaq ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətlində agentlik və mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza nostra 1980-cı illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir.
La Coka Nostra
La Coka Nostra (qısaca LCN) — 2006-cı ildə Nyu-Yorkda qurulan ABŞ hip-hop qrupu. == Haqqında == La Coka Nostra 2005-ci ilin sonlarında heç bir albom yazmaq niyyətində olmadan yaranmışdır. Danny Boy sayəsində qrupa qatılan qrup üzvlərinin hər biri ayrı-ayrılıqda tanınan və sevilən hip-hop sənətçiləridir. House Of Pain qrupundan sonra video prodüserliyi və dəb işlərinə yönələn Danny Boy Bostonda Slaine ilə tanış oldu. Onun yazdıqlarını bəyənən Danny boy bir neçə mahnı yazımı üçün onu Los-Anceles-ə gətirdi. Nəticədə House Of Pain qrupunun köhnə üzvləri, İll Bill ilə Psycho Realm və Special Teamz qruplarının da qatılması ilə yeni bir qrup meydana gəldi. 2008-ci ilin sonlarına yaxın qrup Suburban Noize Records-la kontrakt imzaladı və 14 iyul 2009-cu il tarixində ilk albomunu çıxardı. Danny Boy e-mail vasitəsilə əlaqə qurub işləməyi rədd edib hər kəsin studiyada olmasını istədiyi üçün albomun ərsəyə gəlməsi uzun çəkdi. İll Bill və Everlast-ın solo albomları üzərində işləmələri və konsert turlarının olması da albomun gecikməsində əsas rol oynadı. "A Brand You Can Trust" 15 mahnıdan ibarət olub, politika, uşaq böyütmək, narkomaniya, ölüm və terrorizm kimi gerçək mövzularla əhatə olundu.
Rostral sütun (Sankt-Peterburq)
Rostral sütun (rus. Ростральные колонны) – Sankt-Peterburqun mərkəzində, Vasilevski adasında yerləşən memarlıq abidəsi. XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur. == Tarixi == Rostral sütunlar 1810-cu ildən etibarən, sütunları gəmi rostrları ilə bəzəyən fransız memar Jan Toma de Tomonun layihələri əsasında inşa edilməyə başlanmışdır. Bu cür dizayn ölkənin donanmasının gücünü göstərməklə yanaşı, həm də sütunları məhv edilmiş düşmən gəmilərinin rostrları (lat. Rostra, cəm şəklində lat. Rostrum, gəminin burnu) ilə bəzəmək kimi Qədim Roma adətinə əsaslanır. Sütunun layihəsi üzərində həm dəVoloqod quberniyasında kasıb kəndli ailəsindən çıxmış məşhur bənna Samson Suxanov işləmişdir. Sütun altlığındakı heykəllər İ. Jamberlen və J. Tibo tərəfindən işlənmişdir. Sütunun açılışı 1815-ci ildə baş tutmuş və mayak 1885-ci ilə kimi gecələr və dumanlı havalarda yandırılmışdır.
Nostra Senyora de Meritxell Xəstəxanası
Nostra Senyora de Meritxell Xəstəxanası — Andorradakı yeganə xəstəxana. O, Andorranın himayədarı olan Meritxel xanımının şərəfinə adlandırılıb. == Tarixi == Xəstəxana 1993-cü ildə Eskaldes-Enqordanidə cəmi 5000 m²-lik çox dik bir ərazidə tikilmişdir. 12 mertebede tikilib. Üç aşağı səviyyə 267 avtomobil üçün dayanacaq təmin edir. Üst mərtəbələr S şəkilli xətti blok təşkil edir. Oteldə şəxsi vanna otağı olan 192 tək otaq var. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70-ci ildönümünə həsr olunmuş xəstəxana meydanında incəsənət instalyasiyasının açılışı 2018-ci ilin dekabrında Səhiyyə Naziri Karles Alvares tərəfindən olmuşdur. Yeni radioterapiya şöbəsi xəstəxananın yanında, Avenida Fiter Rossel küçəsindəki avtomobil dayanacağında tikiləcək və ona liftlə qoşulacaq. Xüsusi müalicə üçün xəstələr vertolyotla Barselonaya və ya Tuluzaya göndərilə bilər.
Kontra-Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Kontra Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Aostea
Vernonia (lat. Vernonia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Cacalia Burm.
Costia
Costia (Willk.) — Süsən (lat. Iris) bitki cinsinin sinonimi. Costia (Willk.) — Ayrıqotu (lat. Agropyron) bitki cinsinin sinonimi.
Drosera
Şehçiçəyi (lat. Drosera) — şehçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Həşəratlarla qidalanır. == Növləri == == Həmçinin bax == Drosera dilatato-petiolaris Drosera fulva Drosera praefolia Drosera rosulata Drosera sulphurea Drosera tomentosa == İstinadlar == Şehçiçəyi:The Plant List saytında takson barədə məlumat.
Ekstra
Ekstra – [lat. extra – fövq, xarici, əlavə] 1)əla, xüsusi; 2)hər hansı bir şeyin ən yüksək dərəcəsini bildirən mürəkkəb sözlərin tərkib hissəsi; 3)ən yaxşı, ən yüksək. Ekstraordinat – [lat. extraordinarius, extra – xarici və ordo – sıra] qeyri-adi, həddən artıq fərqli. Ekstravaqant – qeyri-adi, hamı tərəfindən qəbul edilmiş norma və adətlərə uyğun olmayan. Ekstren – [lat. extra – xarici, başqa] 1)tələsik, təcili; 2)fövqəladə, əvvəllər olmayan. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Lontra
Amerika susamuru (lat. Lontra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. == Yayılması == Şimali və Cənubi Amerika ərazilərində yayılıb. == Növləri == Cinsə dörd növ daxildir: Kanada susamuru (Lontra canadensis) Cənub susamuru (Lontra provocax) Uzunquyruq susamuru (Lontra longicaudis) Pişik susamuru (Lontra felina) Əvvəllər Avropa növləri də bu cinsə daxil edilirdi. Hazırda isə müstəqil növdür.
Mostar
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Ostrax
Ostrax (alm. Ostrach‎) — Almaniyanın Baden-Vürtemberq əyalətində bir bələdiyyə. Ostrax bələdiyyəsi Tübingen inzibati dairəsi tərəfindən idarə edilir. Əhalisi 31 dekabr 2010-cu ildə 6714 nəfərdən ibarət idi. Ərazisi 108,93 km²-dir. Rəsmi kodu — 08 4 37 086. Bələdiyyə 9 mahaldan ibarətdir. == Dini == Ostraxlıların əsas dini Katoliklikdir, bələdiyyədə 7 keşiş məhəlləsi fəaliyyət göstərir. == Tarixi == Hərbi tarixdə Ostrax bələdiyyəsi Fransa və Avstriya arasında 21 mart 1799-cu ildə olan döyüşündən sonra yer aldı. == İstinadlar == == Keçidlər == Rəsmi sayt.
Rostok
Rostok Almaniyanın şimal-şərqində yerləşən Meklenburq-Ön Pomeraniya əyalətində yerləşən ən böyük şəhərdir. Şəhərin əhalisi 200.000 nəfərə yaxındır. Almaniya Demokratik Respublikası dağılmazdan öncə şəhərin əhalisi 260.000 nəfərdən çox olsa da, Almaniyanın birləşməsindən sonra əhalinin bir çoxu işsizlik və aşağı həyat səviyyəsi səbəbi ilə Almaniyanın qərb əyalətlərinə köç edib. Rostok şəhəri Baltik dənizi sahilində yerləşir və hər il buraya çoxlu sayda turist gəlir. Varnov çayı şəhərin ortasından axaraq şəhəri iki yerə bölür. Şəhərin ən sıx infrastruktur olan bölgəsi çayın qərb sahilində yerləşir. Şəhərin ən sıx əhali olan bölgələri şəhərin qərbi və cənub-qərbindədir. Rostok şəhəri liman şəhəri olaraq tanınmaqdadır və şəhərin beynəlxalq limanı şəhərin şərqində yerləşir. Bundan başqa Rostokda Avropanın ən qədim universitetlərindən biri olan Rostok Universiteti yerləşir. == Tarixi == 11-ci əsrdə Polabiya slavyanları Varnov çayı sahilində Roztok adlı yaşayış məskəninin əsasını qoyublar, şəhərin Rostok adı da buradan qaynaqlanır.
Rostov
Rostov — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir.
Roştxar
Roştxar— İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Roştxar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,123 nəfər və 1,278 ailədən ibarət idi.
Aosta
Aosta — İtaliyanın Aosta Valley muxtar vilayətinin paytaxtı.
Astra
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Ostya
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər == Hazırlanması == Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Antoon Postma
Antoon Postma (28 Mart 1929 – 22 Oktyabr 2016) — Niderlandlı antropoloq. Ərə getdikdən sonra Hanunuolar arasında yaşamağa başlamışdır. Filippinin Mindoro şəhərində yerləşən manqyan qəbiləsində yaşayırdı. Onun ən böyük işi Laquna Mis Yazılarını ilk dəfə oxumaq olmuşdur. Hanunuolara məxsus olan bu yazıları qorumaq üçün əlindən gələni etmişdir. == İstinadlar == == Xarici keçidlər == Santos, Hector. "Sulat sa Tanso: Antoon Postma's Translation". A Philippine Leaf. 1995. İstifadə tarixi: 2008-07-30.
Bidens rostrata
Bidens rostrata (lat. Bidens rostrata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Boschniakia rossia