Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.
Rişta | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Rişta |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.[1][2].
Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır. Sürfənin sonrakı inkişafı suda gedir. Burada onlar aralıq sahib olan siklop tərəfindən udulur. Çox kiçik olduğuna görə mikrofilyariya adlanan sürfə siklopun bədən boşluğunda l-1,5 ay müddətində inkişafinı davam etdirərək, 1 mm-ə qədər böyüyür. İnsan qaynanmamış suyu içdikdə siklopu da udur və parazitə yoluxur. Sürfə insan orqanizmində mürəkkəb miqrasiya edərək, aşağı ətrafların dərialtı hüceyrələrinə daxil olur. Beləliklə, riştanın inkişafı üçün iki sahib: insan və siklop tələb olunur. insan əsas sahib, siklop isə aralıq sahibdir. Riştanın törətdiyi xəstəlik drakunkuloz adlanır. [3]. Rişta birləşdirici toxumada parazitlik edir və dərialtı yaralar-irinlilər əmələ gətirir. İrinlikdə, adətən yumaq kimi bükülmüş dişi qurd yerləşir. Demək olar ki, onun bütün bədəni saysız-hesabsız rüşeymlə dolu olan nəhəng balalıqla tutulmuşdur. Erkəklər çox kişik ölçüdədir (2sm). İrinliklər əsasən ayaqlarda, bəzən əllərdə və bədənin digər hissələrində əmələ gəlir. Yarılmış irinlikdən yumaq kimi bükülmüş riştanın ucu çıxır; irinlik açıldıqdan azca sonra dişi, çoxlu miqdarda sürfə doğur ki, onlar da yaradan xaricə çıxırlar. Sürfələrin sonrakı inkişafı suda gedir. Rişta ilə xəstələnmənin təhlükəsi, parazit parçalandıqda irinliyin çirklənməsi iləizah olunur. Bu zaman riştanın möhtəviyyatı yaraya tökülür, şiddətli ağrı verir və fleqmona (birləşdirici toxumanın irinli iltihabı) əmələ gətirir.[4]
Riştaya ən çox tropik ölklərdə və Orta Asiyanın bəzi yerərində rast gəlmək olar.[5] Rişta tropik ve subtropik qurşaqda, iranda, Hindistanda, tropik Afrikada, Orta Asiyanın bəzi rayonlarında (Buxara) geniş yayılmışdır.[6]