Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rothia
Hymenopappus (lat. Hymenopappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Hymenopappus artemisiifolius DC. Hymenopappus biennis B.L.Turner Hymenopappus carrizoanus B.L.Turner Hymenopappus filifolius Hook. Hymenopappus flavescens A.Gray Hymenopappus flavomarginatus I.M.Johnst. Hymenopappus hintoniorum B.L.Turner Hymenopappus mexicanus A.Gray Hymenopappus newberryi I.M.Johnst. Hymenopappus radiatus Rose Hymenopappus scabiosaeus L'Hér.
Rudnıy
Rudnıy (qaz. Рудный) — Qazaxıstanın Kostanay vilayətində yerləşən Tobol çayı üzərində şəhər. 1957-ci ildə dəmir filizi yatağının inkişafı və Sokolovsko-Sarbay mədən və emal zavodunun tikintisi ilə əlaqədar olaraq əsası qoyulmuşdur. == Adı == Son adın 1955-ci ildə Ogonyok jurnalının on dördüncü sayı ilə qurulduğuna inanılır: Hər hansı bir yaşayış məntəqəsinin adının altında nə olduğunu söyləmək çətindir: daha tez -tez bunun üçün çox xarakterik olan bir şeydir; daha az artıq şans müdaxilə edir. Şəhərimizdə hər ikisi var. Sokolovrudstroy trestinin ilk baş mühəndisi VI Bureş, bu barədə necə danışır: "Gələcək şəhərin yerində tikilməyə başlayan kənd, biz inşaatçılar, Rudny adlı". Və bütün sənədlərə yazmağa başladılar. Kombinatovskie yoldaşları, təkbaşına, "Rudnoqorsk" adlandırdılar və sənədlərində də bu şəkildə təyin etdilər. 1955 -ci ilin birinci yarısında, zavodun adı olan tikilməkdə olan müəssisənin direktoru - NF Sandrigailo və güvənli rəhbərimiz Y.M. Qimmelfard, zavodun inşası üçün təxminən dörd ay Moskvada və Alma -Atada keçirdilər. və şəhər.
Ronin
Ronin (浪人, hərf. "dalğaların insanı") – feodal Yaponiyada ağasız qalmış və ya klanı ilə əlaqələrini kəsmiş samuray növü. Samuray ağasının ölümündən sonra roninə çevrilirdi. Miyamoto Musaşi, Sakomoto Ryoma və Yamada Naqamasa ən məşhur roninlər hesab olunurlar. Müasir dövrdə isə Yaponiyada universitetə daxil olmaq cəhdi hələki uğursuz olan lisey məzununu ronin adlandırırlar. == Etimologiya == "Ronin" sözü yapon dilindəki dalğa və insan heroqliflərinin birləşməsindən yaranmışdır. Bu söz özünə aid bir yer tapa bilməyən şəxsi bildirir. Erkən Yaponiya tarixində "ronin" sözü öz torpağını başqa yerdə iş tapmaq üçün tərk edən kəndliləri bildirmək üçün işlədilirdi. Muromaçi dövründən etibarən "ronin" termini komandirlərini və maaşlarını itirmiş samurayları bildirmək üçün istifadə olunmağa başlamışdır. == Tarixi == Odava qəsrinin 1590-cı ildəki süqutundan sonra ölkədə ağasız qalmış samurayların sayının artması Toyotomi Hideyoşinin hakimiyyəti üçün potensial təhlükə yaratmışdır. Bu səbəbdən Hideyoşi tərəfindən ölkədə qılınc ovuna başlanmışdır.
Botnik dənizi
Botnik dənizi - Şimalda Botnik körfəzi ilə Şimali Kvarken boğazı, cənubda Aland dənizi və Arxipelaq dənizi ilə isə Cənubi Kvarken boğazı vastəsilə birrləşir. Bir çox mənbələrdə dəniz Botnik körfəzinin akvatoriyası hesab edilir və dəniz hesab edilmir. Şərqdə Finlandiyanın qərbi, qərbdə isə İsveçin şərq hissəsini yuyur. Dənizin sahəsi 79,000 km² təşkil edir. Maksimum dərinliyi 230 m, orta dərinlik 68 metrdir. Həcmi 4,340 km³, uzunluğu 350 km təşkil edir. Sahillərində Rauma və Rari (Finlandiya), Gövle və Sundsvall (İsveç) şəhərləri yerləşir. Ən iri limanları Umea (İsveç) və Vaasa (Finlandiya).
Indigofera rothii
Indigofera rothii (lat. Indigofera rothii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin i̇ndiqofera cinsinə aid bitki növü.
Lqotnıy burnu
Lqotnıy burnu (rus. Льготный ) — Rusiyanın Xabarovsk diyarı ərazisində yerləşən burun. Sahillərini Oxot dənizinin suları yuyur. Yaxınlığında yerləşən şəhərlər: Maqadan, Asaxikava, Sayari.
Mentha rothii
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mikania rothii
Mikania rothii (lat. Mikania rothii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Totnis funtu
Totnis funtu — İngiltərənin Devon qraflığının Totnis şəhərində dövriyyədə olan alternativ regional valyuta . Bu xüsusi inkişaf qrupunun şəhərin inkişafı üçün nəzərdə tutduğu konsepsiyanın bir hissəsidir. == Tarixi == Totnis funtu ideyası 2007-ci ilin mart ayında Totnisin iqtisadiyyat və yaşama imkanlarını müəyyənləşdirən qrup tərəfindən irəli sürülüb. Qrup bildirirdi ki, "iqtisadi lokalizasiya keçid dövrünün əsas aspektlərindədndir və həm yerli iqtisadiyyatı mıhkəmləndirir, həm də pulların kənara axmasının qarşısını alır". == Gözləntilər == Təşəbbüskarlar yerli funtun tətbiqindən aşağıdakı faydaları gözləyirlər : Dövriyyədə olan pul vasitəsilə yni münasibətlər yaranacaq İnsanlar pulu hara xərclədiklərini düşünəcəklər Yerli ticarət həvəsləndiriləcək Turistlər yerli müəssisələrdən istifadəyə həvəsli olacaqlar == İstifadəsi == 1 Totnis funtu 1 funt sterlinqə bərabərdir. 2008-ci ilin dekabrında Totnis funtu eBay sistemində £ 13,02 satılıb. 2008-ci ilin sentyabrına 70 yerli müəssisə Totnis funtu qəbul edib. == Buraxılışı == Totnis funtu yerli Colourworks firmasında çap edilir.
Yelena Sotnik
Yelena Sotnik (ukr. Олена Сергіївна Сотник, 21 dekabr 1982, Kiyev) — ukraynalı vəkil, siyasətçi, «Samopomoş» partiyasından Ukrayna Radasının VIII çağırış deputatı. == Təhsili == 2005-ci ildə Ukraynanın Milli Daxili İşlər Akademiyasını bitirib, "Hüquqşunaslıq" ixtisası üzrə diplom alıb. Eyni ildə "Bələdiyyə İdarəşiliyi Akademiyasını" fərqlənmə diplomu ilə bitirir "Menecer-iqtisadçı" ixtisasına yiyələnir. 2011—2012-ci illərdə Ukrayna siyasi araşdırmalar məktəbində təhsil alır (Avropa İttifaqının Ukraynadakı layihəsi). 2012-ci ildə M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin «Psixologiya» fakultəsini bitirir. == Karyera == 1999—2001: "Faktlar və Şərhlər" qəzetinin sosial siyasət və təhsil bölməsinin müxbiri. 2004: «Svema» müəssəsinin Şostka şəhərindəki baş hüquq konsulu. 2005: "SD LTD" ASC-nin hüquq şöbəsinin müdiri. 2006: «Solodko və Həmkarları» hüquq bürosunun icraçı direktoru.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Salix rothii
Külvari söyüd (lat. Salix cinerea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır. Yarpaqlarının uzunluğu 4-12 sm, eni 1-3 sm-dir, tərsinə yumurtaşəkilli və ya uzunsov ellipsşəkillidir, qaidəyə tərəf daralmışdır, uc tərəfi sivri, üst tərəfi bulanıq-yaşıl, alt tərəfi boz-yaşıl olub, damarları qabarıq, hər iki tərəfi qısa keçətüklüdür və ya yalnız alt tərəfində damarların yanları tüklüdür, kənarları хırda mişardişlidir. Yeni açılan zaman təхminən 2 sm uzunluqda, ipək kimi, yanları içəri qatlanmışdır.
47 ronin
47 ronin və ya Ako qisası — XVIII əsrin əvvəllərində Yaponiyada baş vermiş tarixi hadisə. Əhvalatın tarixçəsi 47 roninin (ağasını itirmiş samuray) öz ağalarının qisasını almasından bəhs edir. == Səbəb == 1701-ci ildə Yaponiyanın Ako bölgəsində yaşayan Asano adlı zədəgan Kira adlı yüksək rütbəli məmurun qəbulunda olarkən təhqirə məruz qalmış, o isə cavabında Kiraya hücum etmişdi. Dövlət məmuru zədəganı məhkəməyə vermiş, lakin ədalət bərpa olunmadan, ilk təqsirkar yox, Asano barədə seppuku hökmü oxunmuşdu. Asano hökmü yerinə yetirir. Asanonun nahaq ölümündən sonra ronin vəziyyətinə düşmüş 47 vassalı (samuray) nəyin bahasına olur-olsun, hətta hamısını ölüm cəzası gözləsə belə, onun qisasını almağa and içir. == Qisas əməliyyatının həyata keçirilməsi == 47 ronin arasında ağlı və qoçaqlığı ilə seçilən Oyşi bu işə rəhbərlik edir. O, heç kimdə şübhə oyanmasın deyə, roninlərə dağılışıb, ayrı-ayrı yerlərdə fərqli həyat tərzi yaşamaq əmri verir. Onlardan bəzisi kahin, bir neçəsi tacir kimi yaşamağa başlayır. Oyşi özü isə arvadından boşanaraq, paytaxt Kiotoya köçüb, cavan bir qızla yaşayır və hər gün sərxoşluq edir.
Mit Romni
Mit Romni (ing. Willard Mitt Romney; 12 mart 1947, Detroyt, Miçiqan) — 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru olmuşdur. 2012-ci il ABŞ Prezident Seçkisində ABŞ Respublikaçılar Partiyasının əsas namizədlərindən hesab olunur. == Həyatı == Uillard Mitt Romni 1947-ci il martın 12-də Miçiqan ştatının Detroyt şəhərində, "American Motors" korporasiyasının baş direktoru Corc Romninin ailəsində anadan olub. Üç dönəm Miçiqan şatının qubernatoru vəzifəsinə seçilmiş Corc Romni prezident Riçard Niksonun administrasiyasında şəhər inkişafı və tikinti naziri postunu tutub. Mitt Romni özü də karyerasına biznes sektorundan başlayıb, "Bain Capital" investisiya şirkətinin qurucusu və rəhbəri olub (1984–2001). Dini inancı mormonizm olan, mormonların Brihem Yanq (Brigham Young University) və Harvard universitetlərindəki təhsilini humanitar elmlər bakalavrı, hüquq doktoru və işgüzar idarəçilik magistiri dərəcələri ilə bitirmiş Mitt Romni Son Günlərin Müqəddəsləri Kilsəsinin dini məhəllələr birliyinə də rəhbərlik edib. Mitt Romni siyasətə 1994-cü ildə qatılıb – Massaçusets ştatının Senatına seçkilərdə iştirak edib və 7 milyon dollardan çox vəsait xərclədiyi bu kampaniyada rəqibi Ted Kennediyə məğlub olub. 2002-ci ildəki qubernator seçkisi isə ona qələbə gətirib və beləliklə, Mitt Romni 2003–2007-ci illərdə Massaçusets ştatının qubernatoru vəzifəsində çalışıb. 2008-ci ildə keçirilmiş prezident seçkisində respublikaçıların namizədi olmaq uğrunda mübarizə aparıb, sonra mübarizədən çəkilərək Con Makkeynin namizədliyini dəstəkləyib.
Rodni Uilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. == Həyatı == Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Rodni Vilyams
Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru. == Həyatı == Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur. Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı. İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir. Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.
Ronni Koleman
Ronald Din Koleman (və ya Koulman, ing. Ronald Dean Coleman) — peşəkar bodibilder, bir çox reytinqli yarışların və Mister Olimpiya müsabiqəsinin səkkizqat qalibi. Bütün zamanların ən məşhur bodibilderlərindən biri hesab olunur. == Bioqrafiyası == Ronald Din Koleman 13 may 1964-cü ildə Luiziana ştatının Monro şəhərində anadan olmuşdur. Daha sonra ailəsi qonşu Bastrop şəhərinə köçmüşdür. Ronninin anası Cessi Benton fiziki cəhətdən çox zəif qadın idi və Ronnini dünyaya gətirən zaman ölüm təhlükəsini belə yaşamışdır. Yeni dünyaya gəlmiş Ronninin ölçüləri həkimləri belə qorxuya salmışdır. Ronni 12 yaşında olan zaman artıq onun fenomen genetik quruluşu diqqəti cəlb edirdi: boy — 180 sm, çəki — 80 kq. Koleman 1986-cı ildə Qremblinq Dövlət Universitetini (GSU) bitirmiş və mühasibat uçotu ixtisasına yiyələnmişdir. Ronni iki il fastfud restoran şəbəkələrində mühasib işləmişdir.
Rovnı adası
Rovnı adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Penjin körfəzinin şərqində, Putnaya çayının mənsəbinə yaxın, Pekinniki çayının mənsəbindən isə qərbdə, Kamçatka yarımadasının qərb sahillərinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Adanın uzunluğu 2,2 km, eni 1,4 km-dir. Maksimal hündürlüyü 208 metrdir. Regional bioloji təbiət abidəsidir. Ada 50 min cüt quşun yuvaladığı bir məkandır. Ümumilikdə burada 10 növ quş yuva qurur. Adi ağkəkil kamçatka dioyarının qırmızı kitabına daxil edilmişdir. Ada ləkəli suiti, adi saqqallı suiti və halqaşəkilli suitilərin yatağını təşkil edir.
Rönyi (Alye)
Rönyi (fr. Reugny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03213. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 263 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 155 nəfər (15-64 yaş) arasında 116 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,8%, 1999-cu ildə 74.9%). Fəal olan 116 nəfərdən 111 nəfər (60 kişi və 51 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi. 39 hərəkətsiz olan 4 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. == Elmi faktlar == Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Tenciku Ronin
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
5 Ronin
5 Ronin – 2018-ci ildə yaradılmış Türkiyə kiberidman klubu. 2018–2020-ci illərdə Bursaspor Esports kimi çıxış etmişdir. == Tarixi == Klub 2018-ci ildə "Bursaspor" klubunun kiberidman şöbəsi kimi yaradılmış və "Bursaspor Esports" kimi çıxış etməyə başlamışdır. 2020-ci ildə müstəqil klub olaraq "5 Ronin" adlanmağa başlamışdır. == League of Legends == Klub 2018 mövsümündə Türkiyə Çempionluq Liqasında yarışmağa başlamışdır. Yay splitində debüt edirək turniri 6-cı yerdə tamamlamışdır. 2019 mövsümünün qış splitində 18 oyunda cəmi 1 qələbə qazanmış və sonuncu yeri tutmuşdur. 2020 mövsümündə komanda yeni adla çıxış etməyə başlamış, lakin qış splitini sonuncu yerdə başa vurmuşdur. Yay splitində komanda ən böyük uğuruna imza ataraq finala çıxmış, lakin "SuperMassive" klubuna 2–3 hesabı ilə məğlub olmuşdur. 2021 mövsümündə ümumiyyətlə pley-offa çıxmağı bacarmamışdır.
Roini İsmayılov
Roini Arzuman oğlu İsmayılov (13 dekabr 1994) — Azərbaycan futbolçusu, Azərbaycan İkinci Liqasında çıxış edən "Zaqatala" PFK-nin yarımmüdafiəçisi. == Erkən həyatı == Roini Arzuman oğlu İsmayılov 13 dekabr 1994-cü ildə anadan olmuşdur. Əslən ingiloydur. Roini İsmayılov 2004-cü ildə, Gürcüstanda yaşadığı dövrdə ölkədə keçirilən futbol turnirlərinə qoşulmuşdur. O, 2008-ci ildə "Simurq" PİK-nin uşaq qruplarında fəaliyyətini davam etdirmişdir. == Karyerası == Roini İsmayılov 2011-ci ildə "Simurq"un əvəzedicilərinə cəlb olunmuş və peşəkar futbol karyerasına başlamışdır. O, 2012-də zədələnmiş və 8 ay futboldan uzaqlaşmışdır. Azərbaycan Topaz Premyer Liqasının 2013/2014 mövsümünün 5-ci turunun oyunlarında Roini İsmayılov iki dəfə xəbərdarlıq alaraq meydandan kənarlaşdırıldığı üçün AFFA klubu 100 manat cərimələmişdir. 2014-cü ildə "Rəvan" FK-yə transfer olmuşdur, 6 aydan sonra "Neftçala"ya keçmişdir. İsmayılov komanda ilə ilk dəfə 2014/2015-ci illər mövsümündə Kamal Quliyevin başçılığı altında I Divizionda çempion olmuşdur.