Rıbnıy yarımadası

Rıbnıy yarımadasıTaymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür.

Rıbnıy yarımadası
Yerləşməsi
74°22′56″ şm. e. 86°30′37″ ş. u.
Akvatoriya Kara dənizi
Ölkə  Rusiya
Rıbnıy yarımadası xəritədə
Rıbnıy yarımadası
Rıbnıy yarımadası

Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir.

Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir[1]. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.


  1. "Rıbnıy yarımadasının xəritəsi". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-24.