Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Darçınlı rulet
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.
Aplit
Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir. Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Brukit
Brukit — mineral, TiO2 == Haqqında == Brukit - rombik. Kristalları lövhəvari. Ayrılma: {110} üzrə qeyri-mü­kəm­məl. Rəngi sarı, yaxud qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,0. Alp tipli damarlarda, qızıllı və başqa səpintilərdə. Növ müxtəlifliyi: arkanzit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Dalit
Dalit (hind. दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. == Haqqında == Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. == Həmçinin bax == Olivin Süxur Aksessor minerallar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Eolit
Eolit (yun. ἔως – sübh çağı, dan şәfәqi, erkәn vә λίθος – daş sözündәn) – Nə vaxtsa hesab edilirdi ki, eolitlər ən qədim daş alətlər olub, amma indi hesab edilir ki, bunlar geofaktlardır (buzlaşma kimi tamamilə təbii geoloji proseslərin nəticəsində alınmış daş fraqmentlərdir). Eolitlərin tamamilə təbii mənşəyini göstərən daha çox sübutlar aşkar edilmişdir. == Biblioqrafiya == O'Connor, A. ‘Geology, archaeology, and ‘the raging vortex of the “eolith” controversy’, Proceedings of the Geologists' Association, 114 (2003). Terry Harrison (anthropologist), "Eoliths", in H. James Birx (ed), Encyclopedia of Anthropology (Sage, 2006). Roy Frank Ellen, "The Eolith Debate, Evolutionist Anthropology and the Oxford Connection Between 1880 and 1940," History and Anthropology, 22,3 (2011), 277-306.
Halit
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər. == Mənşəyi və yayılması == Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir.
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Coğrafi mövqeyi == Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. == Tarixi == Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Kuliq
Kuliq (pol. kulig — kirşə qatarı) — Polşada atlara birləşdirilmiş kirşələrlə gəzmə adəti, hansındaki bir neçə kirşə qoşumu iştirak edir. Bu özünəməxsus əyləncə növü Böyük pəhrizdən əvvəl son həftədə keçirilir və çox vaxtı tonqal ətrafında musiqi, nəğmə və əyləncə ilə müşayiət olunur, bundan başqa adətə görə, bu vaxt ərzində ət yemək qadağan olunur. Axşamlar kirşə gəzmələri tez-tez məşəl ilə işığlandırılır. XVI əsrdən XX əsrin əvvəllərinə qədər kirşə gəzmələri həm maqnatlar, həm də zadəganlar arasında çox populyar əyləncə növü idi, bununla onlar Polşanın parçalanmasında sonra vətənpərvərlik mərasimini təmsil edirdilər, belə ki kuliqlər Polşa milli adət-ənənəsinin inkişafını simvolizə edərək, düşmənlərə qarşı təşkil olunurdu. Kirşə qatarına ənənəvi olaraq Arlekin adlandırılan bələdçi başçılıq edirdi, onun vəzifəsi marşrutu helə qurmaq idi ki, işğalçılara qarşı birgə silahlı qarşıdurma olarsa bir-biri ilə düşmənçilik edən zadəgan ailələri birləşə bilsinlər. Bu cür kirşə gəzintisi bir neçə gün də davam edə bilərdi. Kuliq zamanı krakovyak, mazurka, polonez və oberek ilə kuyaviyak kimi polyak xalq rəqsləri və polka və drabantlar kimi regional rəqslər oynanırdı. Ancaq vals və ya tanqo kimi xarici rəqslərin oynanılmasına icazə verilmirdi, bunu edən adamı qatardan ata bilərdilər, belə təhdid həmçinin frak geyinənlərə də şamil olunurdu. Müasir zamanda kuliq, bir-birinə ip və ya trosla birləşdirilmiş kirşə gəzintisinə də deyilir və at yerinə traktor və ya avtomobil istifadə olunur.
Kuliç
Kuliç Pasxa çörəyinin rus adıdır. == Tarixi == Şərq slavyanlarında bayram çörəyi hündür olub, üzəri bəzədilirdi.Silindrik formada olması onun kilsə ilə əlaqəsi ilə bağlıdır. == Təsviri == Bu mayalı xəmirdən hazırlanan çörək müxtəlif formalarda olub, yalnız həmişə hündür olmalıdır. Katoliklər mayalı kuliçlərdən başqa şəkərli kuliçlərdə hazırlayırdılar ki, bunu da "babı" adlandırırdılar.Üzəri bəzən kişmişlə, qlazurla və ya şəkər tozu ilə bəzədilir. Dadlandırıcılardan vanil, hind qozundan istifadə edilir. Rusiyanın müxtəlif əyalətlərində kuliçin forması fərqli olur.
Kulot
Kulot (fr. cul sözündən götürülmüşdür = sağrı deməkdir) XIIV-XVIII əsrlərdə fransız zadəgan və əsilzadələrinə məxsus geyim - dizlikli şalvar və ya bric. Kulot geyim dizdən bir qədər aşağıya qədər olan dar bir tuman ya şalvar olub, məxmər, ipək (zadəgan və aristokratlar üçün) və ya adi kətan və yun parçadan (sənətkarlar üçün) eləcə də dəridən (süvarilər, əsgərlər üçün) tikilir.
Lilit
Lilit (ivr. ‏לילית‏‎; lilit, və ya lilith) — yəhudi mifologiyasında xarakter, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur. Mesopotamiya mətnlərində Lilit əksər hallarda şeytan qadın sinfi (Līlīṯu) ilə əlaqəli göstərilir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Yəhudi folkloruna görə üç mələk Liliti məcbur etdilər ki, üstündə o üç mələyin (Sanvi, Sansanvi və Semanqelaf) adları yazılmış gözmuncuğu taxmış ana və uşaqlara zərər verməyəcəyinə dair and içsin. Ben Sira əlifbası Lilitin Adəmin birinci həyat yoldaşı olduğunu bildirən ilk kitabdır. Bu ideya Yaradılış kitabında olan ikiqat ayələrin şərhinə dayanır. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır. İnanca görə Lilit Adəm ilə eyni zamanda və eyni anda yaradıldığına görə Adəm ilə bərabər olduğu fikrində idi, bu səbəbdən də Adəmə tabe olmağı şiddətlə rədd etmişdi, tanrıya qarşı çıxmış və cənnətdən uzaqlaşdırılmışdı. Bundan sonra tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır.
Lulia
Lulia (lat. Lulia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Mullit
Mullit — mineral, Al4[6]Al4[4][O3(O0,5OHF)ïSi3AlO16]. Qatışıqları: Fe3+, Ti. == Haqqında == Mullit - rombik. Habitus prizmatik. Ayrılması {010} üzrə orta. Rəngi rəngsiz, bənövşəyi, qırmızı. Sərtliyi 6. Xüsusi çəkisi 3,03. Lavalar içərisində olan fillit və gil süxurların ksenolitlərində, şlaklarda və odadavamlı məmu­lat­larda rast gəlinir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pulpit
Pulpit (lat. pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizmlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizmlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları, güclənən və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən, eyni zamanda sızıldayan, küt sancılı ağrılar və s. == Səbəbləri == Pulpa sinir lifləri və qan damarları ilə zəngin olan mürəkkəb birləşdirici toxuma quruluşudur. Statistikaya görə, diş xəstəlikləri arasında pulpit kariesdən sonra ikinci yeri tutur, onun bir fəsadıdır.
Çulım
Çulım (qətim türkcə. «qaçan qar») — Rusiya ərazisindən axan çay Obun sağ qolunu təşkil edir. Xakasiya ərazisindən başlayan çay Krasnoyarsk diyarı və Tomsk vilayəti ərszisindən axaraq mənsəbinə tökülür. == Coğrafiyası == Çayın uzunluğu 1799 km, hövzəsinin sahəsi 134 min km² təşkil edir. Çulım çayı. Ağ İyos və Qara İyos çayalının birləşməsindən yaranır. Başlanğıcını Xakasiya ərazisindən Kuzneski Alatau silsiləsindən Malıy Syotik qəsəbəsindən 40 km cənubdan başlayır. Mənbədən Açinsk şəhərinə qədər çay dağlıq ərazilərdən axır. Leqostayevo qəsəbəsi yaxınlığında (Krasnoyarsk diyarı, Novoselskaya rayonu) Lena çayı ilə Çulım arasında məsafə cəmi 7,5 km təşkil edir. Yuxarı axarlarda çayın eni az olsada aşağı axarlarda onun eni 10 km-i keçir.
İllit
Hidromikalar - minerallar, H3O, OH, H2O ilə zənginləşmiş mikalar: hidrobiotit, hidromuskovit, hidrofloqopit, illit. Hidromikalar tərkib və xassələrinə görə biotit, muskovit və vermikulitin arasında aralıq mövqe tutur. Vermikulitə nisbətən daha yaxşı köpürlər. Gillərin adi komponentləri, dəniz və kontinental çöküntülərin terrigen və autigen minerallarıdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Raxit
Raxit (ing. rickets) – osteomalyasiyada olduğu kimi sümük və qığırdağın mineralizasiyasının qazanılmış və ya anadangəlmə səbəbdən pozulması və qeyri-mineral sümük matriksin (osteoid) toplanması baş verir. OP-dən fərqli olaraq mineral sümüyün sümük matriksinə nisbəti enir. Epifizlərin bağlanmasına qədərki dövrdə yaranan patologiyadır və bu böyüklərin osteomalyasiyasına uyğundur. Etioloji səbəblər (Vit D defisiti və ya rezistentliyi, və ya parathormonla bağlı olmayan fosfatların böyrəklərdə mübadiləsinin pozulması). Klinika: sümüklərdə ağrı və deformasiya, proksimal əzələrdə zəiflik, "ördək" yerişi, boyun ləngiməsi, hipotoniya, apatiya, normal əzələ fermentləri.
Qulat
Qulat-i Şiə və ya Qaliyyə — şiə teologiyasında bəzi Əhli-beytdən olan insanlara ilahilik aid edən və ya əsas şiələr tərəfindən "ifrat" olaraq təyin olunan ifrat qrupları (məzhəbləri) təsvir etmək üçün istifadə edilən bir termindir. Onu müəllihə də adlandırırlar. Sonrakı dövrlərdə bu termin 12 İmamçılar, Zeydilər və bəzən də mötədil İsmaililər tərəfindən qəbul edilməyən şiə qrupları üçün istifadə edilmişdir. İmamət əqidəsinə qarşı ifrat fikirlərə malik olan şiələrə bağlı qruplar və özlərini müsəlman kimi göstərən, Əliyə və onun nəslindən olan imamlara ilahilik və ya peyğəmbərlik aid edənlər üçün istifadə edilmişdir. == Sözün mənşəyi == "Qaliyyyə" mötədillik həddini aşanlara verilən addır. Həddini aşmaq mənasında olan "gülüv" kökündən olan cəm isimdir və "mötədillik xəttini aşanlar" mənasındadır. Bu kökdən əmələ gələn "Qulat, eh'ul-gülüv, əshab'ül-gülüv" birləşmələri də eyni məna daşıyır. == İnanclar == İmamiyyə ifratçılıq üçün üç xüsusiyyət müəyyən etmişdir; Hulul, reinkarnasiya və ibaha. == Qaliyyə məzhəbləri == İlk qurulan Qulat məzhəbi "Abdullah ibn Səba" adlı yəmənli bir yəhudi tərəfindən qurulan Səbailik idi.
Ayşe Kulin
Ayşe Kulin (26 avqust 1941, İstanbul) — Türk roman yazarı. == Həyatı == Ayşe Kulin 26 avqust 1941-ci ildə İstanbulda anadan olmuşdur. Yazdığı bioqrafik əsərləri və romanları ilə ən çox oxunan yazarlardan birinə çevrilmiş və bir çox mükafatlara layiq görülümüşdür. Üslubundakı axıcılıq və açıqlıq yazarın kitablarının ssenariləşdirilib ekranlaşdırılmasının əsas səbəbidir. Arnavutköy Amerika Qız Kollecinin Ədəbiyyat fakultəsini bitirib. Bir çox qəzet və dərgilərdə redaktor və jurnalist kimi işləyib. Həmçinin də, uzun illər boyu televiziya, reklam və filmlərdə səhnə prodüseri və ssenarist kimi çalışmışdır. == 1984–1996-cı illər == Hekayələrdən ibarət ilk kitabı "Üzünü günəşə tərəf döndər" 1984-cü ildə işıq üzü görüb. Kitabdakı "Gülizar" adlı hekayə "Sınıq gəlincik" adı ilə 1986-cı ildə ekranlaşdırıldı və Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldü. 1996-cı ildə Münir Nureddinin yaşamını əks etdirən "Şirin bir sakitlik" adlı kitabı nəşr olundu.