Lilit

Lilit (ivr.לילית‏‎; lilit, və ya lilith) — yəhudi mifologiyasında xarakter, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur.

Lilit
ivr.לילית‏‎
Cinsi qadın[d]
Əri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lilit - Dante Qabriel Rossettinin əsəri
Şeytan, Adəm və Lilitin heykəltaraşlıq əsəri, Paris

Mesopotamiya mətnlərində Lilit əksər hallarda şeytan qadın sinfi (Līlīṯu) ilə əlaqəli göstərilir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Yəhudi folkloruna görə üç mələk Liliti məcbur etdilər ki, üstündə o üç mələyin (Sanvi, Sansanvi və Semanqelaf) adları yazılmış gözmuncuğu taxmış ana və uşaqlara zərər verməyəcəyinə dair and içsin.[1]

Ben Sira əlifbası Lilitin Adəmin birinci həyat yoldaşı olduğunu bildirən ilk kitabdır[2]. Bu ideya Yaradılış kitabında olan ikiqat ayələrin şərhinə dayanır. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır.

İnanca görə Lilit Adəm ilə eyni zamanda və eyni anda yaradıldığına görə Adəm ilə bərabər olduğu fikrində idi, bu səbəbdən də Adəmə tabe olmağı şiddətlə rədd etmişdi, tanrıya qarşı çıxmış və cənnətdən uzaqlaşdırılmışdı. Bundan sonra tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır. Həvva kişisinin bir parçasından yaradıldığına görə ona tabe olur. Adəm ilə Həvva ilk günahı işləyib cənnətdən qovulduqdan sonra uşaqları olur. Lilit onları qısqanır və bundan sonra Adəmin oğullarından doğulacaq hər körpəni öldürəcəyinə dair and içir.

İnanca görə şər ifritə halına gələn Lilit gecə hava qaraldıqdan sonra yeni körpə doğulmuş evlərə girərək yeni anaların körpələrini boğur. Bu səbəblə bəzi yəhudilər zahı qadını axşam vaxtı evdə tək buraxmırlar və yəhudi inancına görə axşam vaxtı paltar ipinə uşaq bezi asmaq olmaz, çünki bunu görən Lilit o evdə uşaq olduğunu anlaya bilər.

  1. Witchcraft Today by James R. Lewis -pg. 175
  2. "Humm, Alan. Kabbalah: Lilith's origins". 1999-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]