Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. == Əhalisi == Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır. === Şəhidləri === 1. Rafiq Gülmirzə oğlu Ağakişiyev 1964-22.04.1994 2. Qərib Mirzağa oğlu Məmmədov 1974-09.02.1993 3. Hidayət Əziz oğlu Mirzəyev 1943-05.03.1993 4. Ağasəf Ağaşirin oğlu Əmirov 1960-22.04.1994 5.
Ruşuk
Ruse — Bolqar dilində qədim adı Ruşuk, türk dilində Rusçuk olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 146 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista (60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri "Parçalanmış Dunayın Vyanası" adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.
Rusa
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Uşak
Uşak — Türkiyənin Uşak ilinin inzibati mərkəzi. == İstinadlar == Uşakın Əhali Artır: TÜİK-in Mart 2023 Hesabatına Baxış Uşakın Əhali Artır.
Ernst Ruska
Ernst Ruska (alm. Ernst August Friedrich Ruska;‎ 25 dekabr 1906[…], Heydelberq, Almaniya imperiyası – 27 may 1988[…], Qərbi Berlin, Almaniya Federativ Respublikası) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik. == Həyatı == Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi. 1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi. 1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı.
Markus Zusak
Markus Zusak (ing. Markus Frank Zusak (d.23 iyun, 1975) — Avstraliyalı yazıçı. == Həyatı == Zusak, Avstarliyanın Sidney şəhərində anadan olub. Onun anası Liza alman, atası Helmut isə avstraliyalıdır. == Yaradıcılığı == O ən çox, beynəlxalq bestseller olan Kitab Oğrusu və Elçi kitabları ilə tanınır. Zusak, beş kitabın müəllifidir. O 1999-2001-ci illərdə yazdığı ilk üç kitabı olan The Underdog, Fighting Ruben Wolfe və When Dogs Cry kitabları ilə beynəlxalq səviyyədə nəşr olundu və bir çox mükafat qazandı. Birinci kitabı olan The Underdog'un nəşri yeddi il ərzində başa çatdı.
Rusnak (kommuna)
Rusnak (fr. Roussennac, oks. Rocennac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Ruşan bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ruşat Müdərisov
Ruşat Salih oğlu Müdərisov (tatar. Рушат Салих улы Мөдәрисов, rus. Рушат Салихович Мударисов; 24 fevral 1974) — dram aktyoru, 1993-cü ildən "Nur" Ufa Dövlət Tatar Teatrının aktyoru, Başqırdıstan Respublikasının Xalq artisti (2019). == Həyatı == 24 fevral 1974-cü ildə BMSSR-in Buzdək rayonunun Sabay kəndində anadan olmuşdur. Ruşatın atası Saleh mahnı oxumağı sevirdi, anası isə qarmon çalırdı. Uşaqlıqdan Ruşat, atası kimi, müğənnilik ilə məşğul idi, həvəskar məktəb teatr qrupunun fəal iştirakçılarından idi. Rayonda və kənddə keçirilən mədəni tədbirlər, konsertlər, müxtəlif şou və müsabiqələrdə iştirak etmişdir. Məzun ilində təzədən açılan Nur Teatrı üçün xüsusi kursa yazıldı. Ufa Dövlət İncəsənət İnstitutu teatr fakultəsinin aktyorluq şöbəsinin ilk xüsusi qrupunu bitirmişdir, o qrup ilk tatardilli kurs idi. İkinci kursdan (1993-cü il) kollektiv tamaşalarda iştirak etməyə başladı.
Sulpan (Urşak)
Çulpan (başq. Сулпан, rus. Чулпан) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 16 km. ən yaxın dəmiryol stansiyasından (Söngəkgöl stansiyası): 45 km.
Qustav Husak
Qustav Husak (10 yanvar 1913[…], Dubravka[d], Avstriya-Macarıstan – 18 noyabr 1991[…], Bratislava) — Çexoslovak siyasətçi. 1969–1987-ci illərdə Çexoslovakiya Kommunist Partiyasının birinci katibi; 1975–1989-cu illərdə Çexoslovakiya Prezidenti.
III Rusa
III Rusa Urartu kralı. Ona " Erimena'nın Oğlu" adı verildi , yəni ehtimal ki II Rusanın qardaşı idi. Səltənəti haqqında çox az şey bilinir; adı Armavirdəki böyük bir taxıl anbarı və indi British Museum'da sərgilənən Rusaxinilidə Xaldi məbədindən tapılan bir neçə tunc kalxan üzerinə yazılmışdır.
II Rusa
II Rusa — e.ə.685-ci ildən e.ə.645-ci ilədək hökm sürən Urartu kralı. Kral II Argiştinin oğludur və ondan sonra taxta keçən kraldır. Mixi yazısıyla yazılmış bir kitabədə kralın Zəngiçay üzərində Quarlini şəhərindən İldaruni şəhərinə gedən bir suyolu inşa etdirdiyi yazmaqdadır.
IV Rusa
IV Rusa ( e.ə.55- ci ildə vəfat etmişdir) e.ə. 590-cı ildən 585-ci ilə qədər Urartunun kralı olmuşdur . . Onun adı Karmir Blur yaxınlığında yerləşən bir sıra gil tabletlərdən , o cümlədən öz kral yazılarını daşıyan tabletlərdən xatırlanır . Lakin hakimiyyəti haqqında demək olar ki, heç bir məlumat yoxdur.
I Rusa
I Rusa (e. ə. VIII əsr – e.ə. 714) — Urartu hökmdarı (E.ə. 735 – 713). II Sardurinin oğlu == Həyatı == Özündən əvvəlki Urartu hökmdarı, atası II Sardurinin dövründə artıq Urartu dövləti assurlarla mübarizədə xeyli zəifləmişdi və hətta bir çox vilayətlər Urartunun siyasi təsir dairəsindən çıxmışdı. Bu ərazilər Assuriyanın hakimiyyəti dairəsinə alınmışdı. Eyni zamanda, Urmiyyə gölü hövzəsində Urartu ağalığı ləğv edilmişdi. bu vəziyyətdən istifadə edən Manna öz torpaqlarını qaytarmaq uğrunda mübarizəyə qalxmışdışdı. I Rusa Urartu dövlətininqüdrətini qaytarmaq üçün cəhd göstərdi, lakin güclü Assuriya dövlətinə bata bilmədi.
Rusa alfredi
Rusa alfredi (lat. Rusa alfredi) — zambar cinsinə aid heyvan növü.
Rusa mariannus
Rusa mariannus (lat. Rusa mariannus) — zambar cinsinə aid heyvan növü.
Rusa timorensis
Rusa timorensis (lat. Rusa timorensis) – zambar cinsinə aid heyvan növü.
Rusa unicolor
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
Uşak ili
Uşak ili — Türkiyədə il.
Taur Matan Ruak
Taur Matan Ruak (port. José Maria Vasconcelos; tetum José Maria Vasconcelos; 10 oktyabr 1956, Osso-Una[d], Baukau bələdiyyəsi[d]) — 22 iyun 2018-ci ildən etibarən Şərqi Timor Baş naziri vəzifəsini icra edən şərqi timorlu siyasətçi. 2011-ci ildə ordudan ayrılaraq 2012-ci il prezident seçkilərində müstəqil namizəd olaraq iştirak etdi və 2012-ci ilin aprelində keçirilən səsvermənin ikinci turunda qalib gəldi. == Həyatı == 1975-ci il dekabrın 7-də İndoneziya Şərqi Timoru işğal etdi, Taur Matan Ruak isə yenicə qurulan Fretilon ordusu ilə birlikdə dağlara çəkildi. O, Dili, Ayleu, Mobisse, Osso, Venilale, Uato-Lari və şimal-şərq sahilindəki Laqada İndoneziya ordusuna qarşı döyüşlərdə iştirak etdi və qələbə çaldı. General-mayor Ruakın ilk rəsmi Falintil təyinatı 1976-cı ilin sonunda oldu. 1976-cı ildə 1979-cu ilədək iki şərq hərbi sektorunda, Orta Şərq Sektoru və Şərqi Noktada təyinat aldı. Daha sonra, rota komandiri oldu. Taur Matan Ruak və ordusu ertəsi gün Monte Lequmau bazasında yenidən toplaşdı və 22 noyabr 1978-ci ildə Matebian dağını ələ keçirdi. Komandir Nikolau Lobatu 1978-ci ilin dekabrında missiya əsnasında, 31 mart 1979-cu ildə İndoneziya Ordusu tərəfindən Vikeke bölgəsində əsir alındı.
Burak Aksak
Burak Aksak (d. 12 sentyabr 1985, İstanbul) — türkiyəli yazar, rejissor və aktyor. İlk təhsilini Yedikule'de və orta təhsilini Koca Mustafa Paşa Liseyində tamamladı. Hal hazırda Eskişehir Anadolu Universitetində İctimai İdarəetmə Fakültəsində təhsil alır. 2006-cı ildə o, təqaüd qazanmış və Platon Film Məktəbinə daxil olmuşdur. Ekol Drama İncəsənət Məktəbində Kamera üçün aktyorluq edir. Kariyerini televiziya üzərinə əmisi Selçuk Aydemir ilə başlamış və TRT ilə "Ramazan Güzeldir" idarə etmişdir. Leyla və Mecnun seriyası nəşrdən çıxarıldı və "Ben de Ozledim" filmində ssenarist kimi işləməyə davam etdi. O, BKM tərəfindən hazırlanan və 9 yanvar 2015-ci ildə nümayiş etdirilən :Bana Masal anlat" filmin ssenari müəllifi və rejissorudur. O, 2013-cü ildən etibarən aylıq "OT Magazine" jurnalında yazır.
Aksak
Aksak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. İrəvan xanlığı dövründə bir mahal bu kəndin adı ilə Seyidli-Axsaqlı (Ayrım elinin Seyidli qolunun adı) adlanırdı. XIX əsrin II yarısında bu mahal İrəvan quberniyasının İrəvan qəzasının tərkibində idi. Axsaqlının əsl adı Aksakludur. Kəndin adı isə Türkiyədə orta əsrlərdə Aksakqala nahiyəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində XIX əsrdə Anqar-Saq (Əngər-sak), Sarsaxlı (Sarı-Saklı), Seyid-Axsaqlı, Talış dağ silsiləsində Mirzə-Saq dağ adı və Pir-Sak toponimləri ilə sıra təşkil edir. Türk dillərində rəng bildirən ak və sak — "içməli su" sözlərindən ibarətdir.
Arsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Brüsk
Brüsk (fr. Brusque, oks. Brusca) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamare kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12039. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 75 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 314 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arası) arasında 107 nəfər iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə bu 62.6%).
Buşaki
Buşaki (ərəb. بوسحاقي‎) istinad edə bilər: == İnsanlar == Sidi Buşaki — Əlcəzairli müsəlman ilahiyyatçı. Məhəmməd Səghir Buşaki - Əlcəzairli siyasətçi. Şahnaz Buşaki — Əlcəzairli basketbolçu. == İşləyir == Buşaki siyasi hüquqlar üçün petisiya - Fransa işğalı altında olan Əlcəzairlilərin siyasi hüquqları üçün petisiya.