Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Rıbak
Aleksandr İqoreviç Rıbak (belar. Аляксандр Ігаравіч Рыбак; d. 13 may 1986, Minsk, Belorusiya SSR) — Belarus-Norveç müğənnisi, bəstəkarı, skripkaçısı və aktyoru. O, "Fairytale" mahnısı ilə Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və nəticədə 387 xalla ölkəyə müsabiqədə üçüncü qalibiyyətini qazandırmışdır. Avroviziyanın keçmiş səsvermə metodu ilə Rıbakın topladığı səs müsabiqədə rekord göstərici olmuşdur. Onun Fairytales adlı debüt albomu doqquz Avropa ölkəsində Top 20-yə daxil ola bilmiş, Rusiya və Norveçdə isə birincilikdə qərarlaşmışdır. Rıbak 2012 və 2016-cı illərdə Avroviziyada interval aktlarında yer almışdır. O, "That's How You Write a Song" mahnısı ilə Norveçi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Aleksandr Rıbak 13 may 1986-cı ildə Belarusun paytaxtı Minskdə anadan olmuşdur. Onun anası Nataliya Valentinovna Rıbak klassik pianoçu və atası İqor Aleksandroviç Rıbak isə klassik skripkaçıdır.
Dieqo Ribas
Dieqo Ribas (28 fevral 1985, Braziliya) hücumameyilli yarımmüdafiəçi. Hal-hazırda Fənərbaxça PFK-da forma geyinir.
Bibai
Bibai (yap. 美唄市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Dibac
Dibac — İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,504 nəfər və 680 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.
Dibək
Dibək (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Dibək (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd.
Ditak
Ditak — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Likak
Likək və ya Likak — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Bəhməi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 12,226 nəfər və 2,201 ailədən ibarət idi.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Revak
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Ribes
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Rəbab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Oriba
Anemonoides (lat. Anemonoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Aiolon Lunell Nemorosa Ruppius ex Nieuwl. === Heterotipik sinonimləri === Anemonanthea Gray Arsenjevia Starod. Oriba Adans. Tamuria Starod.
Anatoli Rıbakov
Anatoli Naumoviç Rıbakov(rus. Анато́лий Нау́мович Рыбако́в; 14 yanvar 1911[…] və ya 1 (14) yanvar 1911, Derjanovka[d], Çerniqov quberniyası[d] – 23 dekabr 1998[…], Nyu-York, Nyu-York ştatı) — Rusiya yazıçısı. == Həyatı == Anatoli Rıbakov 14 yanvar 1911-ci ildə yəhudi ailəsində anadan olmuşdur. 1930-cu ildə Moskva Nəqliyyat mühəndisləri institutuna daxil olmuş, lakin komsomoldan və institutdan xaric olunaraq sürgün olunmuşdur. 1941-ci ildən müharibədə müxtəlif cəbhələrdə vuruşmuş, Berlinin alınmasında iştirak etmişdir. Anatoli Rıbakov 1998-ci ildə Nyu-Yorkda vəfat etmişdir. 1947-ci ildə yaradıcılığa başlayan A.Rıbakov gənclər üçün macəra əsərləri olan "Bürünc quş" və s. povestləri qələmə alır. İlk romanı olan "Sürücülər" 1950-ci ildə yazılmışdır. Yazıçı sonrakı illərdə "Yekaterina Voronina", "Ağır qum", "Arbat övladları" və s.
Bayramkənd (Dizak)
Bayramkənd - Yuxari Qarabagın Dizak nahiyəsində kənd adı. == Həmçinin bax == Qarabağ == Ədəbiyyat == Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. “Azərbaycan onomastikası problemlərinə dair”. Bakı, 1986.
Bernhard Riman
Bernhard Riman (ing. Bernhard Riemann; 17 sentyabr 1826[…], Yameln[d] – 20 iyul 1866[…], Verbaniya[d], Pyemont) — alman riyaziyyatçısı. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsində həndəsi istiqamətin əsasını qoymuşdur. O, həndəsəyə istənilən bircins obyektlərin kəsilməz yığımı haqqında təlim kimi baxmış, kəsilən funksiyaları öyrənmişdir. Riyaziyyata Riman fəzası adlanan fəza daxil etmiş və onun nəzəriyyəsini (Riman həndəsəsi) yaratmışdır; diferensial tənliklər nəzəriyyəsi, triqonometrik sıralar, inteqral hesabı sahələrində çalışmışdır. == Həyatı == 1826-cı ildə doğulub. 1866-cı ildə vəfat edib.
Cessi Misak
Cibal Bariz
Cibal Bariz və ya Cebal Barez — İranın Kirman ostanının Ciruft şəhristanının Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,639 nəfər və 576 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Cizak (şəhər)
Cizak – Özbəkistanın şərqində şəhər. Cizak vilayətinin mərkəzi. == Əhalisi == Əhalisi 159,5 min (2007). == Coğrafiyası == Sanzar çayı sahilində, 460 m hündürlükdə, Böyük Özbəkistan yolu üzərindədir. Nəqliyyat qovşağı. Orta Asiyanın ən qədim ticarət məskənlərindən birinin yerində meydana gəlmişdir. == Tarixi == 8-ci əsrdə divarla əhatələnmişdir (dəfələrlə bərpa edilmişdir). Ərəb istilasına dək (8-ci əsr) Ustruşana tarixi vilayətinin iri şəhəri idi. 16-cı əsrdən Buxara xanlığının, sonra Buxara əmirliyinin tərkibində olmuşdur. == Memarlığı == Orta əsr qalalarından Bizlərtəpə, Urdatəpə və Qalatəpənin (11–12-ci əsrlər) xarabalıqları, qədim hamamlar (16–17-ci əsrlər), mədrəsə (1860) qalmışdır.
Cizak vilayəti
Cizak — Özbəkistanda vilayət. Sahəsi 21,2 min km2-dir. Əhalisi 910,5 min (2005) nəfərdir. Vilayətin 12 tumanı, 6 şəhəri, 4 qəsəbəsi var. İnzibati mərkəzi Cizak şəhəridir.
Dibək (Maku)
Dibək (fars. ‎ديبك‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (26 ailə). Kənd əhalisi etnik Azərbaycan türklərindən ibarətdir və şiə müsəlmandırlar.
Dibək (Xoy)
Dibək (fars. ديبك‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (24 ailə).
Fijak (rayon)
Fijak (fr. Figeac) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lo (departament). Suprefektura — Fijak. Rayon əhalisi 2006-cı ildə 52 869 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 34 nəf / km². Rayon sahəsi — 1550 km².