Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Radok gölü
Radok — Antarktidanın şərqində yerləşən şirinsulu göl. Göl Biver gölündən 5 km cənub-qərbdə, Aramis silsiləsindən isə 24 km cənub-şərqdə yerləşir. Antarktidanın ən dərin gölü hesab edilir. Onun dərinliyi 362 metrdir. Göl ilk dəfə 1956-cı ildə Avstraliya Millli Antaktika Araşdırma ekspedisiyası tərəfindən xəritəyə salınmışdır. Adı ekspedisiyanın qlyasiologiya proqramına böyük dəstəyi olan Melburn Universitetində məruzə oxuyan meteoroloq Uve Radokun şərəfinə adlandırılmışdır. Göl Antarktidanın dəqiq şəkildə müəyyənləşən ən dərin gölü olmaqla yanaşı həm də indiyənə kimi məlum olan yeganə şirinsulu göldür. Gölün sahilində buzlaq dili mövcuddur..
Radlk.
Lüdviq Radlkofer (alm. Ludwig Radlkofer‎ 12 dekabr 1829 — 16 fevral 1927) — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru.
Radon
== Radon (Rn) == Radon (Ra)- D. İ. Mendeleyevin elementlərin dövri sistemində 86-cı element. Radonun başlıca mənbəyi torpaq, tikinti materialları və yeraltı mənbədən olan sular hesab olunur. Quruda onun fon konsentrasiyası 10 Bk/m³ təşkil edir. Bk – bekkerel – radioaktivlik ölçüsü olub, 1 dəqiqə ərzində radioaktiv parçalanmanın sayıdır, 1 Bk 1 saniyə ərzində bir radioaktiv parçalanmaya uyğun gəlir. Radonun mənzilə əsas daxil olma yolu – binanın özülünün (bünövrəsinin) altından onun infiltrasiya olunmasıdır, o, özüldə olan çat və yarıqlarla, həmçinin zirzəmi və divarlardan sızılaraq keçir. Mənzilin daxilində radonun konsentrasiyası adətən açıq sahədəkindən yüksək olur, odur ki, insan orqanizminə onun əsas hissəsi, havası yaxşı təmizlənməyən mənzillərdə daxil olur. Radon mənzillərdə tikinti materiallarından, dağ süxuru və qruntdan hazırlanmış döşəmə, divar və tavandan, həmçinin mənzildəki materiallarından, sudan və yandırılan yanacaqdan toplanır. Radonun miqdarı tikinti materiallarının xassəsindən və ərazinin geoloji xüsusiyyətindən asılıdır. Radonun konsentrasiyası, xüsusən havası yaxşı dəyişilməyən evlərin birinci mərtəbəsində kürsülü və zirzəmi mənzillərdə yüksək olur. Rütubətlik radonun ayrılmasını artırır.
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
Radek Matula
Radek Matula — Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ilə qədər)
Radik İsayev
Əbdürrəhim İsayev (keçmiş adı: Radik) (26 sentyabr 1989; Axtı rayonu, Dağıstan MSSR, Rusiya SFSR) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. 2016-cı ildə Olimpiya Oyunlarının, 2015-ci ildə Dünya Çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2014-cü ildə isə Avropa Çempionatının qalibi olmaqla, dörd nüfuzlu turnirdə çempion olan yeganə Azərbaycan idmançısıdır. İsayev 2014-cü ilin mayında Azərbaycanda baş tutan Avropa Çempionatının qalibi olmaqla, birinci ciddi uğuruna imza atdı. Bir il sonra — 2015-ci ildə isə Rusiyada baş tutan Dünya Çempionatının qızıl medalını qazanmaqla, 14 ildən sonra bu idman növü üzrə Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı oldu. Həmin ilin iyununda isə o, Azərbaycanda baş tutan Avropa Oyunlarında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2016-cı ildə isə İsayev ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşündə Niger nümayəndəsi Abdulraza İssufu üzərində 6:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın qalibi oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadaların qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. 2018-ci ildə Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının qalibi olmaqla, Niyaməddin Paşayevdən sonra 2 dəfə həmin turnirin qızıl medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. Karyerası ərzində 66 beynəlxalq turnirdə mübarizə aparan İsayev, onların 15-də qızıl medala, 14-də gümüş medala, 16-da isə bürünc medala sahib olub.
Radik İsmayılov
İsmayılov Radik Arzuman oğlu (9 oktyabr 1979, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti, "ARB 24" telekanalının icraçı direktoru (2020), Sosiologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlamış, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirmiş və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil almış, 2001-ci ildə magistratura pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirmiş, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini olmuş, 2016-cı ildən CBC telekanalının redaktoru, ARB 24-də baş redaktor vəzifəsində çalışmışdır. 2020-ci ildə "ARB 24" telekanalının icraçı direktoru təyin olunmuşdur. 22 iyul 2020-ci ildə "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Zoli Adok
Zoli Adok (Macarca:Zoltán Ádok; 22 mart 1976, Seqed) — Macarıstan müğənnisi. == Həyatı == Zoli Adok 1976-cı il martın 22-də Macarıstanın Szeged şəhərində anadan olmuşdur. Macarıstanı 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. “Dance with Me” (Azərbaycanca:"Mənimlə rəqs elə") adlı mahnı ilə Avroviziyada iştirak edən müğənni yarımfinalda cəmi 16 xal toplayaraq finalda iştirak etmək imkanını itirmişdir. 2008-ci ildə “Tanclepes” adlı albomu buraxan müğənni öz ölkəsində həmçinin aktyor kimi də tanınır.
Haim Yosef Zadok
Haim Yosef Zadok (ivr. ‏חיים יוסף צדוק‏‎; 2 oktyabr 1913[…] – 15 avqust 2002, Almaniya Federativ Respublikası) — İsrail hüquqşünası, ədliyyə naziri və siyasətçisi idi. == Həyatı == Zadok 1913-cü ildə Avstriya-Macarıstan (indiki Ukrayna) Şərqi Qalisiya bölgəsindəki Rava-Ruskada anadan olmuşdur. Varşava Universitetində fəlsəfə və yəhudi təhsili almışdır. Polşadakı Gordonia gənclər hərəkatının və "Poale Zion Federasiyası" Partiyasının üzvü idi. 1935-ci ildə Məcburi Fələstinə köç etdi və Haqana və Yəhudi Yaşayış Polisinə qoşuldu. İbrani Universitetində hüquq təhsili almış və hüquqşünas kimi təsdiqlənmişdir. 1948-ci il ərəb-İsrail müharibəsi zamanı Baş Hərbi Prokurorluğunda vəkil kimi İDF-yə qoşuldu. 1949-cu ildə Baş prokurorun müavini kimi Ədliyyə Nazirliyinin qanunverici şöbəsinə qatıldı, 1952-ci ilə qədər işlətdi.
ARDSK
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı. == Fəaliyyəti == statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir; statistika sahəsinin inkişafını təmin edir; iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır; statistik vahidlərin dövlət registrini aparır; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Ardov
Badoo
Badoo — 2006-cı ildə rusiyalı sahibkar Andrey Andreev tərəfindən qurulmuş tanışlıq mərkəzli sosial şəbəkəsidir. Baş ofisi Limasolda, Kiprdə və Londonda və digər ofisləri isə Böyük Britaniyada, Malta, Rusiya və ABŞ-də yerləşir. O, 190 ölkədə fəaliyyət göstərir və 47 fərqli dildə mövcuddur ki, bu da onu dünyanın ən çox istifadə edilən tanışlıq şəbəkəsinə çevirir. Proqram iOS, Android və internetdə mövcuddur. Badoo əsas xidmətlərdən ödənişsiz istifadə oluna bilən freemium modelində işləyir. == Tarixi == Badoo rusiyalı sahibkar Andrey Andreev tərəfindən təsis edilib və 2006-cı ilin noyabrında Moskvada işə salınıb. O vaxtdan bəri ən populyar tanışlıq saytları arasında yer alır. 2016-cı ildə 21 ölkədə ən çox yüklənən tanışlıq proqramı idi.2011-ci ildə Wired Badoo-nu Braziliya, Meksika, Fransa, İspaniya və İtaliyada "kütləvi fenomen" kimi təsvir etdi.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Radar
RADAR (ing. radar, qısaca olaraq radio detection and ranging sözlərindən – məsafəni müəyyən edən və radioaşkarlayıcı) – radarlayıcı stansiya – radaralama üsulu ilə müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur. İlk dəfə 1936 -1938 - ci illərdə Böyük Britaniyada, ABŞ - da və keçmiş SSRİ - də istifadə olunmuşdur. == Radarlamanın əsasları == Obyektlərin yerinin təyin edilməsi, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi üçün elektromaqnit dalğalarının əks olunması və özünə məxsus şüalanması kimi xassələrindən istifadə olunur. Radiotexnikanın fəzada şüalandırılan elektromaqnit dalğalarının birbaşa əks olunması, sınaraq əks olunması və özünəməxsus şüalandırılması nəticəsində müxtəlif obyektlərin yerinin və koordinatlarının, habelə hərəkət göstəricilərinin təyin edilməsi ilə məşğul olan bölməsi radarlama adlanır. Obyektlərin yerinin aşkarlanması, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu və ya sistemə müvafiq olaraq radar stansiyası və ya radar sistemi deyilir. Fəzanın müəyyən edilmiş ərazisində obyektin mövcudluğuna, koordinatlarına və hərəkət göstəricilərinə dair məlumat mənbəyi obyektdən gələn radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma xüsusiyyətlərinə görə radar müşahidəsini üç yerə bölürlər. Elə bu qədər də radar stansiyası və radar sistemi var. == Müşahidə növləri == Radar müşahidəsinin I növündə radar tərəfindən şüalandırılan radarlama siqnallarının obyektdən əks olunması xassəsindən istifadə edilir.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Rafik
Rafik — Kişi adı. Rafik Zexnini — peşəkar Norveç futbolçusu. Rafik Məmmədov — Texnika üzrə fəlsəfə doktoru. Rafik Məmmədov (coğrafiyaçı) — Rafik Əl-Həriri — Digər Rafik (Xaybulla) — Xaybulla rayonunda kənd.
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır. Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər.
Ardon
Ardon rayonu — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. Ardon (şəhər) — Şimali Osetiya Respublikasında şəhər Ardon (çay) — Şimali Osetiyada, Şimali Qafqazda çay, Terek çayının sol qolu.
ASAN Radio
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır. == Yaradılması == ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi. 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib. Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu. 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı. ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.
Amadok burnu
Amadok burnu (Nos Amadok \'nos a-ma-'dok\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Bransfild boğazı sahillərindən cənubda yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun E.ə 415–384-cü illərdə Frakiya hökmdarı olan Amadokun adını daşıyır. == Yerləşməsi == Burun Elefant burnundan 2 km şimal-qərbdə, Klark nunatakından 1.8 km cənub-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L. L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L. L. Ivanov.
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Ardon (çay)
Ardon (Oset. Æрыдон "dəli çay") Şimali Osetiyada, Şimali Qafqazda çay, Terek çayının sol qolu. == Coğrafiya == Çayın uzunluğu 102 km, hövzəsinin sahəsi 2700 km²-dir. Ardon çayı, Mamisondon, Nardon, Adaykom və Tsmiakomdon çaylarının axması nəticəsində yaranır ki, bu da öz növbəsində Baş Qafqaz silsiləsinin buzlaqlarından əmələ gəlir. Ardon çayı Şimali Osetiya qoruğunun ərazisindən axır. Dağətəyi Osetiya düzənliyinə girməzdən əvvəl Ardon çay dərin Alagir dərəsindən axır. Daha sonra Şimali Osetiyada Rokski aşırımı ilə cənubu birləşdirən Trans-Qafqaz magistral yolunda dərədən keçir. Digər Hərbi Osetiya yolu Mamison keçidindən Gürcüstanın Oni şəhərinə keçir. Ardon çayının dərəsində və onun qollarında, qurğuşun-sink filizlərinin Sadon yatağı və Buron, Sadon, Yuxarı Zqid, Mizur və Xolst yaşayış şəhərləri yerləşir. Aşağı Zaramaq kəndindən Baddon çayının axmasına qədər təxminən 16 km uzunluğunda çayın kənarında, mövcud və tikilməkdə olan Zaramaq Su Elektrik Stansiyası var.
Ardon (şəhər)
Ardon (Osetin. Ӕрыдон) Şimali Osetiya Respublikasında şəhərdir. Ardonski rayonunun inzibati mərkəzidir. Bələdiyyəni "Ardon şəhər qəsəbəsi" təşkil edir. == Coğrafiya == Ardon şəhəri Osetiya yamacında, Ardon çayının sol sahilində və Tarqaydon qolunda, Vladiqafqazdan 35 km şimal-qərbdə yerləşir. Şəhərdə mülayim kontinental iqlim üstünlük təşkil edir. Ən isti ay iyul ayı hesab olunur, ortalama temperatur 20.4 ° C, ən soyuq ay yanvar ayıdır.Şəhərdə orta temperatur 9.4 ° C təşkil edir. Hər il şəhərdə təxminən 512 mm yağış yağır. == Tarixi == 1824-cü ildə Elizavetinski və Konstantinovski hərbi yaşayış məntəqələri arasındakı yol Terekin sol sahilinə köçürüldü. Onu qorumaq üçün Ardon da daxil olmaqla bir sıra yeni məkanlar inşa edildi.
Ardon rayonu
Ardon rayonu (oset. Æрыдоны район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ardon şəhəridir. == Coğrafiya == Ardon rayonu respublikanın mərkəzi hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Rayonun sahəsi - 377.08 km². Respublikanın aşağıdakı rayonları ilə həmsərhəddir: cənub-şərqdə Priqorodnı, cənubda Alagirski, qərbdə Digor, şimal-qərbdə Kirov, şərqdə isə Pravoberejnı. Rusiya Federasiyasının və ya xarici dövlətlərin subyektləri ilə sərhədləri olmayan respublikanın yeganə daxili rayonudur. Rayondan axan ən əhəmiyyətli çaylar: Ardon, Fiaqdon, Terek, Suadaqdon, Saudon, Dur-Dur və s. == Əhali == Urbanizasiya Şəhər şəraitində rayon əhalisinin 60,88 % yaşayır. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: == Təhsil == 11 orta məktəb; 18 məktəbəqədər müəssisə; 2 əlavə təhsil məktəbi; 3 orta ixtisas təhsili müəssisəsi.
Avto Radio
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır. Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.