ASAN Radio

ASAN RadioAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində BakıAbşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır.

ASAN Radio
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 peykinin əhatə dairəsi
Dil Azərbaycan dili
Baş qərargah Bakı, Azərbaycan, A. M. Şərifzadə küç. 157
Yaranma tarixi 24 dekabr 2015
Sahibi Azərbaycan dövləti
Rəhbərlik Emin Musəvi
Sayt ASAN radio

Yaradılması[redaktə | mənbəni redaktə et]

ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi.[1] 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib.[2] Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu.[3] 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız BakıAbşeron rayonları ərazisində yayımlanırdı.[4] ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.[5]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

ASAN Radionun yaradılmasında məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, dövlət strukturlarına etimadın gücləndirilməsidir.[6] Radio Azərbaycan dilində yayımlanır.[7] Radionun fəaliyyəti Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.[8]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ülviyyə R. Əli. ""ASAN radio" 100 FM test yayıma başladı" (az.). Oxu.az. 24 dekabr 2015. İstifadə tarixi: 2016-04-28.
  2. ""Asan radio" fəaliyyətə başlayır" (az.). publika.az. 9 sentyabr 2015. 2016-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  3. ""ASAN FM" radiosunun rəhbəri məlum oldu" (az.). Trend.az. 5 oktyabr 2015. 2015-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  4. Yeganə Əsgərova. "Azərbaycanda yeni radio yayıma başladı" (az.). Anspress.com. 9 sentyabr 2015. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  5. "ASAN radionun formalaşdırılması başa çatdı" (az.). Anspress.com. 26 yanvar 2016. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  6. ""ASAN radio" test yayımına başlayıb" (az.). Azertag.az. 24 dekabr 2015. 2019-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  7. Elmir Murad. "Azərbaycanda daha bir radio fəaliyyətə başlayır" (az.). Trend.az. 23 noyabr 2015. 2016-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  8. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsi haqqında əsasnamə" (az.). vxsida.az. 2017-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]