Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şinus
Şinus (lat. Schinus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinə aid bitki cinsi.
Neoseiulus spineus
Neoseiulus spineus (lat. Neoseiulus spineus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Erigeron ovinus
Erigeron ovinus (lat. Erigeron ovinus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Kuzinellus sentus
Kuzinellus sentus (lat. Kuzinellus sentus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Senecio scitus
Senecio scitus (lat. Senecio scitus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Karolina Svits
Karolina Svits (ing. Carolina Sweets 29 sentyabr 1996, Şampeyn, İllinoys, ABŞ — amerikalı pornoaktrisa.
Püstəyarpaq şinus
Püstəyarpaq şinus (lat. Schinus terebinthifolia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Arealı == Vətəni Cənubi-Şərqi Braziliya, Şimali Argentina və Paraqvaydır. ABŞ-in cənub ştatlarında, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Çində, Cənubi Afrikada, Sakit okean və Karib dənizinin adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7–10 m olan, şaquli budaqlı kiçik ağacdır. Qısa, güclü budaqlı gövdəsi vardır. Yarpaqları uzunsov lansetvari, lələkvari, uzunluğu 10-22 sm-dir, 3-15 xırda yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları oval formalı, uzunluğu 3-6 sm, eni 2-3,5 sm, kənarları dişlidir. Xırda, ağ, çiçəkləri süpürgələrə yığılmışdır. Yumru giləmeyvəlidir, diametri 4–5 mm-dir, 1 toxumludur, qırmızı rənglidir.
Sallaq şinus
Sallaq şinus (lat. Schinus polygama) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Arealı == Peru, Cənubi Braziliya, Uruqvay, Argentina və Çilidə təbii halda yayılmışdır. == Botaniki təsviri == 1-3 m hündürlükdə ağac və ya koldur. Yarpaqları növbəli, sadə, təxminən dərili, lansetvari və ya uzunsovdur. Çiçək qrupları qoltuqda, çiçəkləri sarımtıl, diametri təxminən 0,5 sm, 4-5 ədəd kasayarpaqlı və ləçəklidir. Meyvələrinin diametri 0,3 sm, bənövşəyi və ya qara, yumru giləmeyvəlidir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya və quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Abşeronda, Mərdəkan dendrarisində və Mərkəzi Nəbatat Bağında becərilir.
Sinus (triqonometriya)
Koordinat başlanğıcından verilmiş bucaq istiqamətində buraxılmış şüanın, mərkəzi koordinat başlanğıcında yerləşmiş vahid çevrəni kəsdiyi nöqtənin kordinatına həmin bucağın Sinusu deyilir.
Vitus Berinq
Vitus Berinq — Danimarkalı səyyah. Vitus Berinq, Rusiya Dəniz Donamasında xidmət etmişdir. Xidmət müddətində İvan İvanoviç adı ilə tanınırdı. Berinq, Alyaska ərazisinə ekspedisiya təşkil etmiş ilk səyyahlardan hesab olunur. Gəmilərlə səfər çıxan berinq, Alyaska yaxınlığında yerləşən adada vəfat etmişdir. Sonradan vəfat etdiyi ada Berinq adası adlandırılmışdır. ABŞ və Rusiyanı bir-birindən ayıran Berinq boğazı da səyyahın adına adlandırılmışdır. == Ədəbiyyat == Berq L. S. Otkrıtie Kamçatki i gkspediüii Berinqa. 1725–1742. M.; L., 1946; İstoriçeskie pamətniki vtoroy Kamçatskoy gkspediüii.
Yumşaq şinus
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Sinonimləri == Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
Sinus taxikardiyası
Sinus taxikardiyası — sinoatrial düyündən yaranan elektrik impulslarının sürətinin artması ilə xarakterizə olunan yüksəlmiş sinus ritmi. Yetkinlərdə sinus taxikardiyası dəqiqədə 100-dən çox ürək dərəcəsi kimi müəyyən edilir. İnsanın istirahət zamanı ürək dərəcəsi dəqiqədə 60-90 döyüntüdür. Ürək qanla tam dolmur və qan axınının pozulması baş verir. Normal ürək döyüntüsü yaş və fiziki hazırlıq səviyyəsindən asılıdır: körpələrdə daha yüksək ürək döyüntüsü (dəqiqədə 110-150 vuruş), yaşlı insanlar isə daha aşağı olur. Sinus taxikardiyası, bədənin daha yüksək enerji və oksigen ehtiyaclarını ödəmək üçün ürək döyüntüsünün artdığı yükə normal cavabdır, lakin sinus taxikardiyası da sağlamlıq problemini göstərə bilər. Beləliklə, sinus taxikardiyası həm fizioloji həm də patoloji ola bilər. == Simptomları == Taxikardiya çox vaxt simptomsuz keçir. Bu, əsas xəstəlik vəziyyətinin nəticəsidir və xəstəliyin şiddətinin göstəricisi ola bilər. Ürək dərəcəsi çox yüksək olarsa, mədəciklərin qanla doldurulma müddətinin nəzərəçarpacaq dərəcədə azalması səbəbindən ürək döyüntüsü azala bilər.
Pilonidal sinus
Pilonidal xəstəlik — adətən ombanın yanları arasında və tez-tez yuxarı ucunda bir kist şəklində meydana gələn bir dəri infeksiyası növüdür. == Pilonidal sinus == Pilonidal sinus və ya dermoid sist, türk ədəbiyyatında qıl dönməsi büzdüm nahiyəsində dəriyə açılmış bir və ya bir neçə ədəd dəlik, dəlik(lər) ətrafı bölgədə qızartı, iltihab, şiş və ya abses tipində təzahür edən xəstəlikdir.
Virtus Bolonya BK
"Virtus" (İtalyan dilində:Virtus) - Boloniya şəhəri təmsil edən İtaliya basketbol klubu. == Tarixi == "Virtus" basketbol komandası hələ XIX əsrin sonlarında tələbələrdən ibarət komanda kimi yaranmış, 1927-ci ildə rəsmi klub statusu almış və dərhal Basketbol üzrə İtaliya çempionatında əsas klublardan biri olmuş, dəfələrlə İtaliya çempionatının və ölkə kubokunun qalibi olmuşdur. "Virtus" basketbol komandası Avropa çempionlar kubokunda ilk uğuru 1981-ci ildə qazanmışdır. Həmin il Amerikalı məşqçi Terri Driskollanın rəhbərliyi ilə Virtus komandası finala qədər irəliləmiş, yalnız finalda 1 xal fərqlə İsrailin Makkabi basketbol klubuna (Tel-Əviv) məğlub olmuşdur. Bu turnirdə əsas müvəffəqiyyət "Virtus" basketbol komandasının baş məşqçi Ettore Messinanın vəzifəsinə keçməsi nəticəsində mümkün olmuşdur. Artıq 1998-ci ildə final turunda Yunanıstanın AEK basketbol klubunu (Afina) məğlub edərək Avropa çempionlar kubokunu qazanmışdır. Növbəti ildə də "Virtus" basketbol komandası Avropa çempionlar kubokunun "Jalgiris" basketbol komandası ilə final mərhələsinə çıxsalar da, bu dəfə uğur litvalıların tərəfində olmuşdur. İki ildən sonra, 2001-ci ildə "Virtus" basketbol komandası finalda Vitoriyanın "Tauqres" komandasına qalib gələrək ikinci dəfə Avropa çempionlar kubokuna yiyələndi. 2002-ci ildə "Virtus" final mərhələsində "Panatinaiskos basketbol klubuna məğlub olmuşdur, bu komandanın son nailiyyəti oldu. Bu oyundan sonra komandanını əsas sponsoru olan Ferrero şokolad fabrikinə məxsusu Kinder zavodunun "Virtus" komandasını tərk etməsi nəticəsində ciddi maliyyə problemləri yarandı.
İzabel duş Santuş
İzabel duş Santuş (port. Isabel dos Santos; 20 aprel 1973, Bakı, SSRİ) — ictimai xadim, Anqola prezidenti Joze Eduardu duş Santuşun qızı. Forbes jurnalının 2013-cü ilin martına olan məlumatına görə, Afrikanın ilk milyarder qadınıdır. == Həyatı == İzabel Bakıda, Anqola inqilabçısı Joze Eduardu duş Santuşun və sovet vətəndaşı ailəsində doğulmuşdur. Luandanın dövlət məktəbində təhsil almışdır. Valideynlərinin boşanmasından sonra (1979), İzabel anası ilə Londonda yaşayır. Orada o məşhur Kings kollecində oxuyur. İzabel 2002-ci ildə incəsənət əsərləri kolleksiyaçısı Sindika Dokolo ilə ailə həyatı qurmuşdur. == İstinadlar == == Xarici keçidlər == Afrikanın bakılı milyarderi- Fotolar Arxivləşdirilib 2015-08-24 at the Wayback Machine.
Joze Eduardu duş Santuş
Joze Eduardu duş Santuş (port. José Eduardo dos Santos; 28 avqust 1942[…], Luanda, Portuqaliya Qərbi Afrikası[d] – 8 iyul 2022, Barselona) — Anqolanın ikinci prezidenti (1979–2017). == Həyatı == Eduardu San-Tome və Prinsipidən olan fəhlə-inşaatçı ailəsində doğulub. 1954-cü ildə hələ məktəb vaxtlarında, Xose Eduardo MPLA partiyasına üzv olmaqla öz siyasi karyerasına qədəm qoyur. 1961-ci ildə müstəmləkə hökumətinin repressiyaları nəticəsində o könüllü şəkildə sürgünü Fransada keçirir, daha sonra isə Konqoya köçür və burada MPLA ilə əməkdaşlıq etməyə başlayır. Tezliklə dos Santos prezident müavini vəzifəsini icra etməyə başlayır və təhsilini davam etmək üçün SSRİ-yə yollanır. Burada o Azərbaycan Neft və Kimya İnstitutunu bitirir. 1979-cu ildə Anqolanın ilk prezidenti Aqostinyo Netonun vəfatından sonra bu vəzifəyə seçilən Xose Eduardo 2017-ci ilədək 38 il Anqola Prezidenti vəzifəsini icra etmişdir. Ölkənin ikinci prezidenti 1992-ci və 2001-ci illərdə keçirilən seçkilərdə də qalib gəlib. Sonuncu seçkilərdən sonra bir daha namizədliyini irəli sürməyib.
Taduz-us-Santus körfəzi
Taduz-us-Santus körfəzi (Bütün müqəddəslərin buxtası) — Braziliyanın Baya ştatı ərazisində yerləşən buxta. Braziliyanın ən iri körfəzlərindən biridir. Sahəsi 1052 km² təşkil edir. Maksimal dərinliyi 42 meyrdir. Buxta ərazisində 66 ada yerləşir.