"Virtus" (İtalyan dilində:Virtus) - Boloniya şəhəri təmsil edən İtaliya basketbol klubu.
Virtus, Bolonya | |||
---|---|---|---|
Liqalar | Basketbol üzrə İtaliya çempionatı | ||
Yaranma tarixi | 1927 | )||
Arena | "Futurşou" stadionu, Bolonya | ||
Yer | Bolonya şəhəri | ||
Klub rəngləri | Ağ, Qara, | ||
Prezident | Romano Bertossi | ||
Baş məşqçi | Mateo Bonitsiolli | ||
Sayt | http://www.virtus.it | ||
Formalar | |||
|
"Virtus" basketbol komandası hələ XIX əsrin sonlarında tələbələrdən ibarət komanda kimi yaranmış, 1927-ci ildə rəsmi klub statusu almış və dərhal Basketbol üzrə İtaliya çempionatında əsas klublardan biri olmuş, dəfələrlə İtaliya çempionatının və ölkə kubokunun qalibi olmuşdur. "Virtus" basketbol komandası Avropa çempionlar kubokunda ilk uğuru 1981-ci ildə qazanmışdır. Həmin il Amerikalı məşqçi Terri Driskollanın rəhbərliyi ilə Virtus komandası finala qədər irəliləmiş, yalnız finalda 1 xal fərqlə İsrailin Makkabi basketbol klubuna (Tel-Əviv) məğlub olmuşdur.
Bu turnirdə əsas müvəffəqiyyət "Virtus" basketbol komandasının baş məşqçi Ettore Messinanın vəzifəsinə keçməsi nəticəsində mümkün olmuşdur. Artıq 1998-ci ildə final turunda Yunanıstanın AEK basketbol klubunu (Afina) məğlub edərək Avropa çempionlar kubokunu qazanmışdır[1]. Növbəti ildə də "Virtus" basketbol komandası Avropa çempionlar kubokunun "Jalgiris" basketbol komandası ilə final mərhələsinə çıxsalar da, bu dəfə uğur litvalıların tərəfində olmuşdur.
İki ildən sonra, 2001-ci ildə "Virtus" basketbol komandası finalda Vitoriyanın "Tauqres" komandasına qalib gələrək ikinci dəfə Avropa çempionlar kubokuna yiyələndi. 2002-ci ildə "Virtus" final mərhələsində "Panatinaiskos basketbol klubuna məğlub olmuşdur, bu komandanın son nailiyyəti oldu. Bu oyundan sonra komandanını əsas sponsoru olan Ferrero şokolad fabrikinə məxsusu Kinder zavodunun "Virtus" komandasını tərk etməsi nəticəsində ciddi maliyyə problemləri yarandı. 2003-cü ildə A seriyası üzrə 18 komanda arasında 14-cü yeri tutan "Virtus" komandası aşağı liqaya keçdi[1][2][3], yalnız 2005-ci ildə komanda bu liqadan çıxa bildi və iki il sonra finalda "Siene" komandasına uduzaraq gümüş medal qaznmağa müvəffəq oldu. 2009-cu ildə Çağırış kubokunun qalibi oldu[4]. Hazırda A2 seriyası üzrə çıxış edir.