Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suvolta
Suvolta xanım — türk və altay mifologiyasında həyat tanrıçası. Suğolta xanım da deyilir. Həyat ağacının qoruyucusu olan tanrıçadır. Ayığ Xanın arvadıdır. Həyat ağacının yanında yaşar, onu güdər. Uşaqları Həyat Ağacının budaqları arasında oynayarlar. == Etimologiya == (Su/Suv) kökündən törəmişdir. Su kökü ilə əlaqəlidir. Susamaq feli ilə əlaqədardır. Su verən (və ya alan) deməkdir.
Cosefine Svoboda
Cosefine Svoboda (29 yanvar 1861[…], Vyana – 27 oktyabr 1924[…], Vyana) — Avstriyalı portret rəssamı. Dövrünün ən aktiv portret rəssamlarından biri idi. == Həyatı == Cosefine Svoboda Vyanalı sənətçi ailəsində doğulmuşdur. Portret rəssamı Eduard Svobodanın (1814-1902) və ikinci həyat yoldaşı Cosefinenin (1839-1906) qızı və rəssam Rudolf Svobodanın (1859-1914) qardaşıdır. Əmiləri mənzərə və heyvan rəssamı Rudolf Svoboda (1819-1859) və şərqşünas Leopold Carl Müllerdir (1834-1892). Atası ilə birlikdə ilk rəsm dərslərindən sonra 1878-dən 1886-a qədər Vyana Tətbiqi Sənət Universitetində Ferdinand Laufberger və Julius Victor Bergerin rəhbərliyi ilə Österreichisches Museum für Kunst und Industrie (İmperator Avstriya İncəsənət və Sənaye Muzeyi) işinə başladı. Constantin von Vurzbach 1880-ci ildə Avstriya İmperiyasının Bioqrafik Ensiklopediyasında onun haqqında bunları yazmışdır: "Mükəmməl əsəri sürətli satışlar tapır və ən yaxşı ümidləri layiq görən yeganə 19 yaşlı sənətkardır." Cosefine Svobodanın əsərləri əsasən sulu boya, əksəriyyəti portretdir. 1886-cı ildən müntəzəm olaraq Vyana Künstlerhausda təmsil olundu və Hamburq (1887), Münhen və Berlin (1888) sərgilərində iştirak etdi. Rəsmləri 1893-cü ildə Çikaqo Dünya Sərgisindədə sərgiləmişdi. 1890-cı ildə İngiltərə krallığında rəssam işləmiş qardaşı Heinriç von Angelinin tövsiyəsi ilə Kraliça Viktoriyanın saray rəssamı adına layiq görüldü.
Vitex evoluta
Vitex evoluta (lat. Vitex evoluta) — dalamazkimilər fəsiləsinin viteks cinsinə aid bitki növü.
Rimavska Sobota
Rimavska Sobota (slovak. Rimavská Sobota, alm. Großsteffelsdorf‎, mac. Rimaszombat, bəzən rus. Римавская Суббота) — Slovakiyanın cənubunda şəhər. Bansko-Bistritse bölgəsində yerləşir. Əhalisi 24 min nəfərdir. Şəhər Rimava çayının sahilində, Rudoqorye dağ massivinin yamacında yerləşir.
Lbov Qolota
Lbov Qolota (ukr. Любов Голота 31 dekabr 1949, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb. 1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur. Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir.
Alessandro Volta
Alessandro Volta (italiyanca tam adı: Alessandro Giuseppe Antonio Anastasio Graf von Volta; 18 fevral 1745[…], Komo, Milan hersoqluğu, Habsburq monarxiyası – 5 mart 1827[…], Komo, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan fizikidir. O, Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır. Volt isveçrənin yaxınlığında yerləşən Komo şəhərində varlı bir ailədə dünyaya gəlmişdir. Onun 8 bacı qardaşından 5-i bəzi əmiləri kimi keşiş olur. Voltun valideynləri Filippo Volt və Maria Maddalena Volt əslində övladları Alessandro üçün tamam başqa bir yol seçmişdilər. Volt hüquqçu olmalı idi və buna görə də 1758–1760-cı illərdə o Yezuitlər məktəbinə göndərilir. Boş vaxtlarında kitablardan elektrik haqqında məlumat alan Volt həmçinin bu sahənin alimləri ilə də söhbətlərlə biliyini dərinləşdirirdi. 1769-cu ildə Volt öz ilk əsərini çap etdirir. 1774-cü ildə o Komoda məktəb direktoru təyin olunur. Bu zaman o həm də ixtira etdiyi Elektrofor ilə daha məşhurlaşır.
Volta qövsü
Volta qövsü və ya elektrik qövsü — güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırıldıqda bu naqillərin ucları arasında yaranan parlaq işıq saçan alov hadisəsidir. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuqdan da istifadə etmək olar. O zaman bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir. Volta qövsü adlanan bu hadisəni ilk dəfə 1803‐cü ildə rus alimi Vasili Petrov müşahidə etmiş, 1810‐cu ildə isə eyni ixtiranı ingilis fiziki Devi etmişdir. Onların hər ikisi Volta qövsündən işıqlandırma üçün istifadə etməyin mümkünlüyünü göstərmişdir. 1844‐cü ildə fransız fiziki Fuko ilk qövs lampasını düzəltdi. O, ağac kömüründən olan çubuqları bərk koksdan olan çubuqlarla əvəzlədi və qövs lampasını ilk dəfə Paris meydanlarından birini işıqlandırmaq üçün tətbiq etdi.
Zolotıe vorota metrostansiyası
«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎) — Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir. == Dizayn == Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi.