Volta qövsü və ya elektrik qövsü — güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırıldıqda bu naqillərin ucları arasında yaranan parlaq işıq saçan alov hadisəsidir. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuqdan da istifadə etmək olar. O zaman bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.
Volta qövsü adlanan bu hadisəni ilk dəfə 1803‐cü ildə rus alimi Vasili Petrov müşahidə etmiş, 1810‐cu ildə isə eyni ixtiranı ingilis fiziki Devi etmişdir. Onların hər ikisi Volta qövsündən işıqlandırma üçün istifadə etməyin mümkünlüyünü göstərmişdir. 1844‐cü ildə fransız fiziki Fuko ilk qövs lampasını düzəltdi. O, ağac kömüründən olan çubuqları bərk koksdan olan çubuqlarla əvəzlədi və qövs lampasını ilk dəfə Paris meydanlarından birini işıqlandırmaq üçün tətbiq etdi.[1]
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |