Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silikon Vadisi
Silikon vadisi və ya silisium vadisi ― Şimali Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı bölgənin adı. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. Kaliforniya ştatının Palo-Alto şəhəri rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə "Electronic News" jurnalının müxbiri Don Höfler bu rayonu Silikon vadisi adlandırıb. Silikon vadisinin bazası Stenford Universitetində yerləşir. Kompüterlər üçün proqram təminatı buraxan, İnternet vasitəsilə mal və xidmətlər satan çoxlu müəssisələrin burada cəmləşməsini nəzərə alaraq son zamanlar bu regionu İnternet Vadisi də adlandırırlar. Burada bir çox böyük şirkətin mərkəzi yerləşir: Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla,Yahoo! == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 779 s.
İdarəolunan silikon düzləndirici
idarəolunan silikon düzləndirici (SCR) 1. (silicon controlled rectifier, кремниевый управляемый выпрямитель, silikon kontrollü doğrultucu)-sabit cərəyan üçün bloklayıcı açar kimi fəaliyyət göstərən elektron komponent.2. Ekran qoruyucusu (SCREEN SAVER) fayllarının uzantısı. Windows əməliyyat sistemində . SCR faylı . EXE faylı kimidir, sadəcə, o, ekran qoruyucusu kimi quraşdırıla bilər; hesab edilir ki, o, ekranda qrafika əks etdirəcək. İnsanların aldanaraq ziyanverici proqramları başlatmaları üçün belə bir praktika geniş yayılıb: həmin proqramlara . EXE uzantısı deyil (çünki bu faylları hamı tanıyır), . SCR uzantısı verilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,750 s.
Soliton
"Soliton LTD" (Soliton chain of stores) — mağazalar şəbəkəsi məişət texnikaları, elektronika məhsulları satışını həyata keçirməklə yanaşı müştərilərə satış sonrası quraşdırma və texniki xidmət də göstərir. Solitonun əsas ofisi Bakida yerləşir. 2020-ci ilədək 2000 işçi sayı ilə 80-ə yaxın mağazasını açaraq fəaliyyətini davam etdirir. == Tarix == 1992-ci ildə fəaliyyətə başlamış Soliton Mağazalar Şəbəkəsi məişət texnikası və elektronika məhsullarının satışı, quraşdırılması və texniki xidməti ilə fəaliyyətini davam etdirməkdədir. İlk mağazasını 28 May metrosu yaxınlığında açmışdır. Bu Mağazalar Şəbəkəsi şəhərin 20 Yanvar, Memar Əcəmi, Elmlər Akademiyası, Xalqlar Dostluğu, Qara Qarayev və digər metro stansiyaları yaxınlığında fəaliyyət göstərməyə başlamışdır. Şəbəkə olaraq yalnız Bakı şəhərində deyil, həmçinin Quba, Xaçmaz, İsmayıllı, Mingəçevir, Zaqatala, Gəncə, Cəlilabad və Azərbaycanın digər bölgərində də fəaliyyətini göstərir. == Fəaliyyət == Soliton Mağazalar Şəbəkəsi dünyanın məşhur markalarının satışını və satış sonrası servisini həyata keçirir. Avropanın ən böyük ikinci bəyaz əşya istehsalçısı olan Beko, komputer, səs və görüntü sistemləri sektorunun qabaqcıl markalarından olan Grundig, 1 əsrdən artıq tarixə malik Alman markası Blomberg, Türkiyənin məşhur kompüter markası Casper və digər dünya markalarının məhsulları kimi məişət və elektronika məhsullarını təklif edir. == Logistika == 2004-cü ildə məhsulların saxlanılması üçün 10.000 kv.m-dən qapalı anbar sahəsi, ehtiyat hissə anbarı, malların təmiri üçün böyük servis mərkəzi və ofis binası tikilərək istifadəyə verilmişdir.
Falikon
Falikon (fr. Falicon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Nitsa-13 kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,17 km², əhalisi — 1789 nəfərdir (2006) artım tendensiyası ilə: 1920 nəfər (2012), əhalinin sıxlığı 371,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1907 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1920 nəfər.
Qlikon
Qlikon (q.yun. Γλυκών) — təbabət tanrısı Asklepinin insan başlı ilan və ya at yallı şir şəklində təcəssümü. Qlikon kultu II əsrdə yalançı peyğəmbər Abonotixli Aleksandr tərəfindən təqdim edilmişdir. Arxeoloji tapıntılara əsasən, Antonin Piy və Mark Avrelinin hakimiyyəti illərində Roma imperiyasında Qlikon təsviri olan sikkələr geniş yayılmışdır. Lukianın Aleksandr haqqında yazdıqlarında xristianlar və epikürçülər onun xüsusi düşməni və nifrətinin əsas obyekti kimi təqdim edilmişdir. İctimaiyyətin fikri onun qurduğu kultu ifşa etmək istiqamətində inkişaf edən zaman Aleksandr xalqı qorxutmaq üçün elan vermiş və bildirmişdir ki, "Pont ona qarşı ən mənfur təhqirləri söyləməyə cəsarət edən ateistlər və xristianlarla doludur". Aleksandr əlavə etmişdir ki, "tanrının lütfünü arzulayanlar onları daşqalaq etməlidir".
Siligo
Siligo (italyanca:Siligo) — İtaliyanın Sardiniya vilayətində şəhər.
Suliko
Suliko (gürc. სულიკო) — Varenka Tseriteli Akakiya Tseriteli sözlərinə yazılan mahnı.
Movses Silikian
Movses Silikyan (erməni: Մովսես Սիլիկյան; rus: Мовсес Силиков/Movses Silikov; 14 sentyabr 1862, Vartaşen, Nuxa qəzası – 10 dekabr 1937, İrəvan), erməni hərbçisidir. Silikyan Moskva Hərbi Gimnaziyasında və Gümrü Hərb Məktəbində təhsil almışdır. 1884-cü ildə isə rus ordusunda rota komandiri olmuşdur. Birinci Dünya Müharibəsində Qafqaz cəbhəsində rus ordusunun cərgələrində xidmət etmişdir. Vanda və Ərzurumda böyük xidmətlər göstərmiş və general rütbəsinə yüksəldilmişdir. O, həmçinin Müqəddəs Georgi ordeninə də layiq görülmüşdür. Osmanlı ordusuna qarşı uzun müddət döyüşmüş, lakin sonunda məğlub edilmişdir. İrəvana çəkilən Silikyan Oktyabr İnqilabında bolşeviklərə qarşı müharibə aparmış, lakin yenə də məğlub edilmişdir və buna görə də Ermənistandan qaçmaq məcburiyyətində qalmasıdır. 1937-ci ildə isə Sovet qoşunları tərəfindən əsir götürülmüş və Stalinin göstərişi ilə edam edilmişdir.
Movses Silikyan
Movses Silikyan (erməni: Մովսես Սիլիկյան; rus: Мовсес Силиков/Movses Silikov; 14 sentyabr 1862, Vartaşen, Nuxa qəzası – 10 dekabr 1937, İrəvan), erməni hərbçisidir. Silikyan Moskva Hərbi Gimnaziyasında və Gümrü Hərb Məktəbində təhsil almışdır. 1884-cü ildə isə rus ordusunda rota komandiri olmuşdur. Birinci Dünya Müharibəsində Qafqaz cəbhəsində rus ordusunun cərgələrində xidmət etmişdir. Vanda və Ərzurumda böyük xidmətlər göstərmiş və general rütbəsinə yüksəldilmişdir. O, həmçinin Müqəddəs Georgi ordeninə də layiq görülmüşdür. Osmanlı ordusuna qarşı uzun müddət döyüşmüş, lakin sonunda məğlub edilmişdir. İrəvana çəkilən Silikyan Oktyabr İnqilabında bolşeviklərə qarşı müharibə aparmış, lakin yenə də məğlub edilmişdir və buna görə də Ermənistandan qaçmaq məcburiyyətində qalmasıdır. 1937-ci ildə isə Sovet qoşunları tərəfindən əsir götürülmüş və Stalinin göstərişi ilə edam edilmişdir.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. == Alınması == Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ == Quruluşu == Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O == Fiziki xassələri == Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. == Kimyəvi xassələri == Silikat turşusunun duzlarına silikatlar deyilir.
Şelikan adası
Şelikan — Oxot dənizində, Amaxton körfəzi ərazisində yerləşən ada. Sahəsi 0,1 km², hündürlüyü 70 m təşkil edir. Sahilləri hündür və sıldırımlıdır. Adada qağayılar koloniya əmələ gətirir . Bitki örtüyü zəngin deyil. Ərazisində daş ağcaqayını meşə əmələ gətirir. Burada 53 növ bitkiyə rast gəlmək olur. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında yerləşən kiçik Umara və Vdovuşka adası ilə birlikdə materikə yaxın yerləşir. İnzibati cəhətdən Maqadan vilayəti ərazisində yerləşir.
Əhməd Salikov
Əhməd Salikov (1882, Noqkau[d], Alagir rayonu və ya Terek vilayəti – 2 sentyabr 1928, Varşava) — Osetiyalı yazıçı və publisist, Rusiya dövlət və ictimai xadimi. == Bioqrafiyası == Müsəlman Osetin ailəsində anadan olmuşdur. Stavropol klassik gimnaziyasını bitirir. 1899-cu ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur, tələbə hərəkatında, 1905-ci ilin dekabrında Vladiqafqazdakı inqilabi hadisələrdə iştirak edir. 1902–1904-cü illərdə "Şimali Qafqaz" qəzetinin əməkdaşı kimi fəaliyyət göstərir. 1910-cu ildən "Otkliki Qafqaza" qəzetində və "Na Qafqaz" jurnalında məqalələr dərc edir. 1917-ci ildə Ümumrusiya Müsəlmanları Şurasının "İzvestiya" qəzetinin redaktoru olur. 1919-cu ildə Tiflisdə nəşr olunan "Volnı Qoreç" qəzetinin redaktoru işləyir İyuldan 1920-ci ilin dekabrına qədər Tiflisdəki "Noq Sard" (Yeni Şəfəq) qəzetinin naşiri və redaktoru olur. Rusiya Sosial Demokrat Fəhlə Partiyası Menşevik fraksiyasının liderlərindən biri olur. 8 may 1917-ci ildə Əhməd Salikov Ümumrusiya Müsəlmanları Konqresinin təşkilat komitəsinin üzvü olur və orada məruzə ilə çıxış edir.
Osisanq Şilton
Osisanq Şilton (23 fevral 1996) — Palaulu üzgüçü. Osisanq Şilton Palaunu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Osisanq Şilton birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:46.60 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Piter Şilton
Piter Lesli Şilton (18 sentyabr 1949, Lester; ing. Peter Leslie Shilton) - məşhur ingilis futbol qapıçı.
Suliko Jqenti
Suliko İliç Jqenti (rus. Сулико Ильич Жгенти; 22 iyun 1920, Çoxatauri bələdiyyəsi – 3 fevral 2000) — sovet sovet ssenarist və aktyoru. Gürcüstan SSR əməkdar incəsənət xadimi (1967). Lenin mükafatı laureatı.
Vladislav Şuliko
Mattia De Şiliyo
Mattia De Şiliyo — İtaliyalı peşəkar futbolçu. Cinah müdafiəçisi kimi çıxış edir. İtaliya milli komandasının üzvudur. == Karyerası == "Milan" klubunun yetirməsi olan Mattia, klubun gənclər sistemində bir neçə mövsüm keçirdikdən sonra 2011-ci ildə "Milan"ın əsas heyətində peşəkar debüt etdi və sonradan sağ və ya sol cinah müdafiəçisi kimi oynaya bilərək, iki dəfə "Supercoppa Italiana" titulunu qazanır. O,20 iyul 2017-ci ildə 12 milyon avroya "Yuventus" klubuna transfer edilir. O, klubla ilk mövsümündə "qızıl dubl" edir, ardınca daha iki ardıcıl A Seriyası çempionluğu titulunu və İtaliya Superkubokunu qazanıb. Milli komanda səviyyəsində Mattia De Şiliyo 2013-cü ilin martında böyük komandada debüt etdi və o, 2013 FIFA Konfederasiyalar Kuboku (burada bürünc medal qazandı), 2014 FIFA Dünya Kuboku və UEFA Avro 2016 üçün İtaliya milli komandasına dəvət edilir.