Şelikan — Oxot dənizində, Amaxton körfəzi ərazisində yerləşən ada. Sahəsi 0,1 km², hündürlüyü 70 m təşkil edir. Sahilləri hündür və sıldırımlıdır. Adada qağayılar koloniya əmələ gətirir[1] . Bitki örtüyü zəngin deyil. Ərazisində daş ağcaqayını meşə əmələ gətirir. Burada 53 növ bitkiyə rast gəlmək olur. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında yerləşən kiçik Umara və Vdovuşka adası ilə birlikdə materikə yaxın yerləşir. İnzibati cəhətdən Maqadan vilayəti ərazisində yerləşir[2].
Şelikan adası | |
---|---|
rus. Шеликан | |
Ümumi məlumatlar | |
Sahəsi | 0.1 km² |
Hündür nöqtəsi | 70 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
59°35′00″ şm. e. 149°09′00″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|