Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konnak
Konnak (fr. Connac, oks. Colnac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12075. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 37 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 113 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 64 yaşda (15-64 yaş arasında) 43 nəfər iqtisadi cəhətdən fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə bu 68.6%).
Vornak
Vornak, Vurnak, (1935–ci ildən) Akner (erm. Ակներ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həm Vornak, həm də Vurnak kimi qeyd edilir; Ermənistan SSR təşkil edildikdən 1935–ci ilədək rəsmən Vornak adlansa da, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935–ci il tarixli fərmanı ilə kəndin adı Akner olaraq dəyişdirildi. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Allahverdi şəhəri ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 512 nəfərdir.
Şırnak
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Karnak siyahısı
Karnak hökmdar siyahısı ya Karnak siyahısı III Tutmosisin Heb-Sed mərasimi üçün Karnakda tikmiş olduğu Amon məbədində Misirin firon hökmdarlarının adları qeyd olunmuş kitabə. Burada III Tutmosis və onun 61 sələfinin adları həkk olunmuşdur. 1843 cü ildə fransız arxeoloqu Emil Priss d`Avenn gizlin olaraq bu siyahı barelyefi sökərək Fransaya aparmışdır. Karnak hökmdar siyahısı hal-hazırda Luvrda saxlanılmaqdadır. == Mənbələr == Chronologie des pharaonischen Ägypten. Die Zeitbestimmung der ägyptischen Geschichte von der Vorzeit bis 332 v. Chr. = Münchner Ägyptologische Studien, Bd. 46. Philipp von Zabern, Mainz 1997.
Koryak dairəsi
Koryak dairəsi (kory. Чав’чываокруг) — Rusiyanın Kamçatka diyarının tərkibinə daxil olan inzibati-ərazi vahidliyi. Şimaldan Çukot muxtar dairəsi və Maqadan vilayəti ilə sərhətdənir. İnzibati mərkəzi — Palana yaşayış məntəqəsidir. == Tarixi == 10 dekabr 1930-cu ildə Koryak muxtar dairəsi təşkil edilmişdir. 22 iyul 1934 ildə MİK Kamçatka vilayəti ərazisinə Çukot muxtar dairəsi və Koryk milli dairəsi daxil edilir. Müstəqil federal qurum olduqdan sonra Koryak muxtar dairəsi Uzaqşərq federal dairəsi və Kamçatka vilayəti ərazisinə daxil edilir. 23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi Koryak muxtar dairəsi ilə Kamçatka vilayətlərinin birləşdirilməsi olmuşdur. Əhali səs vermədə bu təşkili qəbul etmişdir.
Koryak dili
Koryak dili — koryakların dili, paleoziat dillərinin çukot-kamçat ailəsinə aiddir. 1930—1940-cı illərdə koryak dili «koryak dili», «nımılan dili» adlanmağa başaldı. Nımılanlar ( nımnım — kənd) oturaq koryaklar, çavçuvenlər isə (çavçıvav') — köçəri maralotaran koryaklar adlanır. «Nımılan» əsl ad deyil. Oturaq koryaklar özlərini veyemlenqu adlandırırlar. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısıı == Koryak dili üzrə materiallar == === Lüğətlər === Корсаков Г. М. Нымыланско-русский словарь. — Л., 1939. Молл Т. А. Корякско-русский словарь. — Л., 1960. Жукова А. Н. Русско-корякский словарь.
Sonnak (Averon)
Sonnak (fr. və oks. Sonnac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12272. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 411 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 252 nəfər (15–64 yaş arasında) arasında 183 nəfər iqtisadi fəal, 69 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,6%, 1999-cu ildə 71,2%).
Yanuş Korçak
Yanuş Korçak , əslində ''Henrik Qoldşmit, həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan (22 iyul 1878 və ya 1879-cu ildə Varşavada, 5 avqust və ya 6 avqust 1942-ci ildə Treblinkada alman ölüm düşərgəsində vəfat etmişdir) – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa Ordusunun zabiti. Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. “Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi” – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi. Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk “Qısa xülasə” adlı jurnalını yaratmışdır. Uşaq psixologiyası və inkişafı, həmçinin tərbiyə diaqnostikası sahəsində araşdırmalarının təşəbbüsçülərindən biri di. Bütün həyatı boyu iki xalqa da mənsubiyyətini elan edən polyak yəhudisi idi.
Şırnak ili
Şırnak ili — Türkiyədə il. == Əhali == Əhalisi — 353 000 nəfərdir, (2000). Əhalinin əksəriyyəti — kürdlərdir. İri şəhərlərі — Şırnak, Cizre, Silopi. == İnzibati bölgüsü == Şırnak 7 ilçəyə bölünür.
Allan Kormak
Allan Maklaud Kormak (ing. Allan McLeod Cormack; 23 fevral 1924[…], Yohannesburq, Transvaal[d], Cənubi Afrika Birliyi – 7 may 1998[…]) — Cənubi Afrikalı və amerikalı fizik, " kompüter tomoqrafiyasının inkişafına görə" 1979-cu ildə fiziologiya və ya tibb üzrə Nobel Mükafatı laureatı (Godfrey Hounsfield ilə birlikdə). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1983).
Konak (İzmir)
Konak (türk. Konak) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-şərqində Bayraqlı, şərqində Bornova, cənubunda Buca və Qarabağlar, qərbində Balçova ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 24 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 351,572 nəfərdir.
Konak məscidi
Konak məscidi (türk. Konak Camii) və ya Yalı məscidi — İzmirin Konak ilçəsində, Konak Meydanında, hökumət sarayı qarşısında yerləşən məscid. 18-ci əsrdə klassik Osmanlı memarlığı üslubunda tikilmiş firuzəyi plitələrlə bəzədilmiş məscid Konak Meydanı ilə eyniləşdirilmiş bir tikilidir. Məscidin yanında İzmir saat Qülləsi və 15 May 1919-cu ildə Yunanlar tərəfindən şəhid olan Həsən Təhsin üçün qurulan "İlk kuşun" abidəsi yerləşir. == Tarixi == Məscidin hansı tarixdə, kim tərəfindən tikildiyi barədə dəqiq bir məlumat yoxdur. Tikildiyi dövrdə dəniz kənarında yerləşdiyinə görə "Yalı" adını aldığı deyilir. Bəzi mənbələrdə məscidin tikinti tarixi 1755-ci il olaraq verilmişdir. Bəzi mənbələrdə isə məscidin 1774-cü ildə İzmir ayanı Katipzade Mehmet Paşanın həyat yoldaşı Ayşe Xanımın yanında bir mədrəsə ilə birlikdə inşa etdiyi bildirilir. Katipzadeler ailəsinin əcnəbilərlə də yaxın əlaqələri olduğu bilindiyindən "İngilis Ayşe Məscidi" olaraq da tanınır. Məscidin yanında yerləşdiyi düşünülən mədrəsə isəgünümüzə gəlib çatmamışdır.
Böyük Karnak yazısı
Böyük Karnak yazısı — Qədim Misirdə heroqlif yazısı. Bu, firon Merneptahın XIX sülaləsi dövrünə aiddir. Yazı 1828–1829-cu illərdə Karnakda tapılmışdır. Vilhelm Maks Müllerə görə, bu, "Misirologiyada uzun illər tədqiqatçılar üçün ən böyük sirrlərdən biri olan tanınmış kitabədir". Əvvəlcə Jan-Fransua Şampolyon tərəfindən müəyyən edilmiş, daha sonra qismən Karl Rixard Lepsi tərəfindən nəşr edilmişdir. Fironun dəniz xalqlarına qarşı yürüşləri haqqında məlumatlar var. Misirdə indiki dövrə qədər qorunub saxlanmış ən uzun mətndir.
Karnak (məbəd kompleksi)
Karnak məbəd kompleksi və ya sadəcə olaraq Karnak (ərəb. خورنق‎ Xurnak sözündən; mənası – "istehkamlı kənd") — indiki Misirdə, Nil çayının sağ sahilində, qədim Teben şəhərinin mərkəzi meydanının şimal-şərq hissəsində bir qrup məbəd kompleksi. == Tarixi == Karnak Teben padşahlığı bütün Misirə genişləndikdən sonra (XI–XII sülalələr) bu ərazi ölkənin mərkəzi ziyarətgahına çevrilmişdir. Teben triadasının tanrıları Amon, Mut və Xonsuya həsr edilmişdir. Tarixin bütün sonrakı dövrlərində burada iz qoyulmuşdur. Hər bir firon öz adını burada əbədiləşdirməyə çalışırdı. Hətta XVI sülalənin nümayəndələri də məbədin şimal iqamətgahında öz izlərini qoymuşdular. Əsas məbədin ziyarətgahının tikintisi III Tutmos tərəfindən tamamlanmışdır. Məbədin şərq yarısının digər hissələrinin tikintisi XVIII sülalənin digər padşahlarının hakimiyyət dövrünə təsadüf edir. Məbədin bir zolaqla ayrılmış qərb yarısı daha yaxşı qorunub saxlanılmışdır.
Koryak muxtar dairəsi
Koryak muxtar dairəsi (kory. Чав’чываокруг) — 1 iyul 2007 ilə qədər Rusiyanın uzaq şərqində yerləşən federal ərazi. Hazırda Kamçatka diyarının ərazisinə daxildir və Koryak dairəsi adlanır. Əvvəllər şimaldan Çukotka Muxtar Dairəsi və Maqadan vilayəti, cənubdan isə Kamçatka vilayəti ilə sərhəd olmuşdur. İnzibati şərkəzi Palana qəsəbəsi olmuşdur. == Tarixi == İnzibati ərazi 10 dekabr 1930-cı ildə yaradılmışdır 22 iyul 1934 ildə Kamçatka vilayətinə birləşdirilir. İlk əvvələr ayrı izibati dairə olmuş və Dalnevostov Federal dairəsinə daxil edilmişdi. 23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi Koryak muxtar dairəsi ilə Kamçatka vilayətlərinin birləşdirilməsi olmuşdur. Əhali səs vermədə bu təşkili qəbul etmişdir.
Kormak-Leheyn təsnifat sistemi
Kormak-Leheyn təsnifat sistemi birbaşa larinqoskopiya zamanı görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1984 cü ildə R.S. Kormak və C. Leheyn tərəfindən tərtib edilmişdir. Gənc həkim anesteziyoloqların ixtisas hazırlıqlarında, çətin intubasiyaların icra vərdiş və texnikalarına yiyələnmələri üçün müxtəlif mümkün senarili modul vasitəsi kimi tətbiq edilməkdədir.