Böyük Karnak yazısı — Qədim Misirdə heroqlif yazısı. Bu, firon Merneptahın XIX sülaləsi dövrünə aiddir. Yazı 1828–1829-cu illərdə Karnakda tapılmışdır. Vilhelm Maks Müllerə görə, bu, "Misirologiyada uzun illər tədqiqatçılar üçün ən böyük sirrlərdən biri olan tanınmış kitabədir". Əvvəlcə Jan-Fransua Şampolyon tərəfindən müəyyən edilmiş, daha sonra qismən Karl Rixard Lepsi tərəfindən nəşr edilmişdir.[1] Fironun dəniz xalqlarına qarşı yürüşləri haqqında məlumatlar var.[2][3] Misirdə indiki dövrə qədər qorunub saxlanmış ən uzun mətndir.[3]