Kormak-Leheyn təsnifat sistemi

Cormack-Lehane təsnifat sistemi
Larinqoskop tiyəsi üzərindən görünən strukturlar

Kormak-Leheyn təsnifat sistemi birbaşa larinqoskopiya zamanı görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1984 cü ildə R.S. Kormak və C. Leheyn tərəfindən tərtib edilmişdir. Gənc həkim anesteziyoloqların ixtisas hazırlıqlarında, çətin intubasiyaların icra vərdiş və texnikalarına yiyələnmələri üçün müxtəlif mümkün senarili modul vasitəsi kimi tətbiq edilməkdədir.[1]

Kormak-Leheyn təsnifat sistemi.[1]
Dərəcə Şərhi Rastgəlmə tezliyi Çətin intubasiya ehtimalı
I Qırtlaq tam görünür 68% <1%
IIa Qırtlaq qismən görünür 24% 4.3%
IIb Qırtlağın yalnız tək arxa ətrafi və ya çalovabənzər qığırdaq görünür 6.5% 67.4%
III Qırtlağın yalnız tək qapağı görünür 1.2% 87.5%
IV Qırtlaqqapağı tamamilə görünmür çox nadir qəti
  1. 1 2 Cormack, R.S.; Lehane, J. (1984). "Difficult tracheal intubation in obstetrics". Anaesthesia 39 (11): 1105–11. doi:10.1111/j.1365-2044.1984.tb08932.x. PMID 6507827.