Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
Sony
Sony Corporation (yap. ソニー Sony) — transmilli şirkət. Mənzil qərargahı Yaponiya və ABŞ-dadır. 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb. "Sony" sözü latın dilindən sonus (“səs”) və ingilis sözlərindən “sunny boys” (“günəşli oğlanlar”) sözlərindən yaradılmışdır. Morita dünyanın heç bir dilində olmayan sözü tapmaq istəyirdi. Yapon dilində “Sonny” sözünün tələffüzü (“sonni”) uğursuz biznesi xatırladan söz mənasını verdiyindən, o, “n” hərflərindən birinin pozulmasına qərar verir. Hazırda Sony Corporation — Sony Group holdinqin tərkibinə daxildir. == Fəaliyyəti == Sony Group əsas əməliyyat seqmenti: Sony Corporation Sony Computer Entertainment (Sony Playstation, video oyunlar ) Sony Pictures Entertainment Sony Music Entertainment (musiqi alətləri). Sony Financial Holdings (maliyyə sferasında əməliyyatlar — sığorta, banklar) Sony (mobil telefonlar) Sony Vaio (noutbuklar) Sony Bravia (televizorlar) 2005-ci il üçün əməkdaşlarının sayı 151400 nəfər olmuşdur.
Son
Son: hansısa sırada axırıncı; ən yeni olan; hansısa ana qətiləşmiş vəziyyət, hal, forma; axıra qalan, yerində qalan nəsə.
Aleks Sonq
Aleks Dimitri Sonq Bilonq (fr. Alexandre Dimitri Song Billong; 9 sentyabr 1987[…], Duala), daha çox Aleks Sonq kimi tanınır — Cibutinin "Arta/Solar7" klubunda mərkəzi və müdafiəyə meyilli yarımhücumçu qismində çıxış edən Kamerun futbolçusu. O, həmçinin mərkəz müdafiəçisi mövqeyində oynayır. 2008-2009 mövsümündən "Arsenal" klubunun önəmli oyunçusuna çevrilən Sonq 2012-ci ildə 15 milyon avroya "Barselona"ya transfer olundu. O, 2010 və 2014-cü illərdə keçirilən Dünya Çempionatlarında Kamerun millisini təmsil etmişdir. O, həmçinin 2010 Afrika Millətlər Kubokunda iştirak etmək üçün milliyə cəlb edilmişdir və yeganə Kamerun oyunçusu idi ki, adı "Turnirin Heyəti"nə salınmışdır. Sonq həmçinin Fransa vətəndaşıdır. O, keçmiş futbolçu Riqober Sonqun qardaşı oğludur. == Həyatı == Sonq Kamerunun Duala şəhərində anadan olmuşdur və üç yaşındaykən atası vəfat etmişdi. O andan sonra əmisi Riqober Sonq ona ata əvəzi olmuşdur və futbolçu karyerasını seçməkdə böyük təsir göstərmişdir.
Alex Song
Aleks Dimitri Sonq Bilonq (fr. Alexandre Dimitri Song Billong; 9 sentyabr 1987[…], Duala), daha çox Aleks Sonq kimi tanınır — Cibutinin "Arta/Solar7" klubunda mərkəzi və müdafiəyə meyilli yarımhücumçu qismində çıxış edən Kamerun futbolçusu. O, həmçinin mərkəz müdafiəçisi mövqeyində oynayır. 2008-2009 mövsümündən "Arsenal" klubunun önəmli oyunçusuna çevrilən Sonq 2012-ci ildə 15 milyon avroya "Barselona"ya transfer olundu. O, 2010 və 2014-cü illərdə keçirilən Dünya Çempionatlarında Kamerun millisini təmsil etmişdir. O, həmçinin 2010 Afrika Millətlər Kubokunda iştirak etmək üçün milliyə cəlb edilmişdir və yeganə Kamerun oyunçusu idi ki, adı "Turnirin Heyəti"nə salınmışdır. Sonq həmçinin Fransa vətəndaşıdır. O, keçmiş futbolçu Riqober Sonqun qardaşı oğludur. == Həyatı == Sonq Kamerunun Duala şəhərində anadan olmuşdur və üç yaşındaykən atası vəfat etmişdi. O andan sonra əmisi Riqober Sonq ona ata əvəzi olmuşdur və futbolçu karyerasını seçməkdə böyük təsir göstərmişdir.
Earth Song
"Earth Song" (azərb. Yer Mahnısı‎) — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, opera və gospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər. Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür.
Faylın sonu
Faylın sonu – bəzən proqram tərəfindən faylın axırıncı baytında yerləşdirən kod. EOF simvolu əməliyyat sisteminə verilənlərin sonunu bildirən nişandır. Bu gərəksiz görsənə bilər, ancaq EOF simvolu faylın gerçək sonluğunu göstərdiyindən, çox zaman faydalı olur: çünki fayl üçün tam sayda klaster ayrıldığından, faylın həqiqi sonluğu klasterin ortasına düşdükdə, həmin sonluq faylın fiziki sonluğu (faylın axırıncı klasterinin axırıncı baytı) ilə üst-üstə düşməyəcək. ASCII kodunda EOF simvolu onluq 26 (onaltılıq 1Ah) qiyməti ilə və ya Control+Z idarəedici simvolu ilə göstərilib.
Maya Şöne
Maya Şöne (alm. Maja Schöne‎; 1976, Ştutqart) — alman aktrisa. == Bioqrafiya == Şöne 1 yanvar 1976-cı ildə Ştutqartda anadan oldu. Özündən böyük bir qardaşı var. 1997-ci ildə aktrisa olmağa qərar verdi və 2001-ci ildə Westphalian Drama School-da təhsil almağa başladı. Şöne 2001-ci ilin fevral ayında Hamburqa köçdü. 2004-cü ildə Cowgirl filmi ilə film karyerası başladı. 2008-ci ildən 2013-cü ilə qədər Tatort serialında rol aldı. 2011-ci ildə The Brand filmində rol aldı. O, 2017-ci ildə Neu in unserer Familie adlı miniserialda rol aldı.
Qabriella Sonç
Qabriella Sonç (d. 7 mart 1988) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Qabriella Sonç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Qabriella Sonç, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Sona Aslanova
Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956). == Həyatı == Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hcıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsinə isə "Arşın Mal Alan" -da Gülçöhrə, "Əsli və Kərəm" — də Əsli, "Koroğlu" -da Nigar obrazını yaradır. Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür.
Sona Axundova
Axundova-Bağırbəyova Sona Əbdül qızı (23 avqust 1896, Şamaxı – 1982, Bakı) — tibb elmləri doktoru, professor (1952), Azərbaycan SSR əməkdar elm xadimi (1964), Azərbaycan SSR əməkdar həkimi (1960) == Həyatı == Sona Axundova 1896-cı ildə Şamaxı şəhərində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakıda Hacı Zeynalabdin Tağıyevin təşkil etdiyi qızlar gimnaziyasında alıb, "Müqəddəs Nina" pansionunda qalıb. Bu təhsil ocağını qurtardıqdan sonra Kiyev Universitetinin Tibb fakültəsinə qəbul olunub. Tələbə ikən inqilabı iş aparıb, 1918-ci ildə təhsilini başa vurmamış Bakıya qayıtmaq məcburiyyətu qarşısında qalıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Təhsilini Moskva Dövlət Universitetinin Tibb fakültəsində davam etdirib və 1923-cü ildə həkimlik diplomu alıb. Tələbəlik dövründə dəfələrlə Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Sultan Məcid Əfəndiyev ilə görüşüb. Həkimlik fəaliyyətinin ilk illərində Bakı, Gəncə, Yevlax xəstəxanalarında işləyib, Azərbaycanda geniş yayılmış traxoma və qeyri-infeksion göz xəstəliklərinin müalicə və profiliktikasında yaxından iştirak edib. 1940-cı ildə dünyada şöhrət qazanmış göz xəstəlikləri üzrə alim-akademik V.P.Filatovun klinikasına ezam edilib. Sonra Azərbaycanda ilk dəfə Filatov üsulu ilə toxuma terapiyası və geratoplastika cərahiyyə əməliyyatları aparmağa başlayıb.
Sona Babayeva
Sona Babayeva — Azərbaycan aktrisası. == Həyatı == 8 noyabr 1941-ci ildə Bakıda doğulub. 24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 13 sentyabr 1963-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 57 ildir Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. == Mükafatları == 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Sona Bağırova
Sona Bağırova (jurnalist)
Sona Hacıyeva
Sona Salman qızı Hacıyeva (25 iyun 1907, Nuxa – 24 dekabr 1979, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1949). == Həyatı == Sona Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə Əzizə Məmmədovanın ailəsində dünyaya gəlib. Bir yaşında ikən atası vəfat etdiyindən onu və qardaşını babası Əbdülbağı Zülalov saxlamalı olub. Vaxtilə Tiflisin məşhur xanəndələrindən sayılan Əbdülbağının da həyat yolu müxtəlif şəhərlərdən keçib. Gah Tiflisdə yaşayıb, gah Aşqabada köçüb, sonra isə Bakıya gəlib. Beləliklə, 1919-cu ildən Bakıda yaşayan Sona Hacıyevanın anası Əzizə Məmmədova elə o vaxtdan taleyini teatra bağlayıb. Ana-bala ikisi də Bakıda səhnəyə eyni ildə gəlib. S. M. Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü olub. Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər, kənd zəhmətkeşləri qarşısında çıxış edərdi.
Sona Mehmandarova
Sona Mehmandarova (1894, Lənkəran, Lənkəran qəzası – XX əsr, Bakı) — 1912-ci ildə dünya əhəmiyyətli gözəllik yarışmasının qalibi azərbaycanlı qadın. O, Rusiya imperiyasında təşkil olunan gözəllik müsabiqələrinin də laureatı olmuşdu. == Həyatı == Sona Mehmandarova 1894-cü ildə (və ya 1896) Lənkəranda dünyaya gəlmişdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarovun qız idi. Anası Bikə xanım praporşik Əbulfət xan Talışınskinin qızı idi. Lənkəranın qradonaçalniki-şəhər rəisi olan Nağı bəy dövrün Avropada təhsil almış Azərbaycan ziyalılarından biri idi. Atası Sonanın da təhsil almağını istəmiş və onu gimnaziyada oxutmuşdur. O, xüsusi müəllimlərdən fransız və rus dillərini mükəmməl səviyyədə öyrənmişdir. Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə öncəlik verdiyini bildirərək, qızına olan evlilik təkliflərini rədd edirdi.
Sona Mikayılova
Sona Məmmədağa qızı Mikayılova (2 fevral 1957) — Azərbaycan Respublikasının əməkdar artisti (2011), Azərbaycan Respublikasının əməkdar müəllimi (2023), Azərbaycan teatr, kino və dublyaj aktrisası. == Həyatı == Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z. Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K. Əzimzadənin "İsmayıl bəyin sandıqçası" filmində Ana, K. Əzimzadənin "İmtahan" filmində Ana, Ənvər Əblucun "Sarı köynək" filmində Zəminə, E. Qasımovun "Köhnə bərə" filmində Əminə, Ş. Nəcəfzadənin "Kral ölüb yaşasın kral" filmində kraliça, E. Səfərovun "Məhbus" filmində Ana, K. Rüstəmbəyovun "Bakı" filmində Jurnalist, V. İbrahimoğlunun "Qurama" filmində Ana, R. Mirzəyevin "Əkinçi" filmində Hənifə xanım, "Dronqo" filmində Nərminə obrazlarını yaratmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Təkcə Azərbaycan filmindəki rolları ilə kifayətlənməyən aktrisa 1989-cu ildə "Yuğ" teatrına gəlmiş və ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilmişdir. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli…" layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Olsun" tamaşalarında maraqlı obrazlar yaratmışdır. O, bu gün də Azərbaycan Dövlət Yuğ Teatrında çalışır və gənclərin yetişdirilməsində yaxından iştirak edir. Aktrisa Türkiyədə, Rusiyada, Tatarıstanda keçirlmiş Beynəlxalq Teatr festivallarının iştirakçısı olmuşdur.
Sona Mirzəyeva
Sona Qədir qızı Mirzəyeva (6 iyul 1950, Bakı – 27 avqust 1985, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1984).[mənbə göstərin] == Həyatı == 1950-ci il iyul ayının 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" şöbəsinə daxil olmuşdur. İnstitutda oxuyan zaman tələbə aktrisa kimi dolğun, məzmunlu rolları ilə nəzəri cəlb etmişdir. Sonanın kurs rəhbəri, Azərbaycan SSR xalq artisti, Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru Tofiq Kazımov onun istedadını görmüş və Azərbaycan Dövlət Akademik Teatrına işə dəvət etmişdir. Sona Mirzəyeva orada Ə. Haqverdiyevin "Pəri cadu" əsərində baş rolu — Pəri obrazını oynamışdır. Sonanın ciddi yaradıcılığ səyi nəticəsində Pərini xarakter səviyyəsinə yüksəldə bilmişdir. 1972-ci ildə Cəfər Cabbarlı adına kinostudiyanın çəkdiyi "Xatirələr sahili" filmində gənc analardan birinin rolunu oynayıb. Ailəyə bağlılıq hissi sonradan Sonanı C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına çəkib gətirmişdir. Həyat yoldaşı Vəli Babayev Naxçıvan teatrında rejissor işləyirdi. Sonanın Naxçıvana bağlılığı da bundan irəli gəlirdi.
Soni Mustivar
Soni Mustivar - (12 fevral 1990) - Azərbaycan Premyer Liqası klublarından olan Neftçi PFK-da oynayan Haitili futbolçu .
Sonq Donqlun
Sonq Donqlun (d. 28 aprel 1991) — Çini təmsil edən su poloçusu. == Karyerası == Sonq Donqlun, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu. Sonq Donqlun, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Sonu Niqam
Sonu Nigam (Hind: सोनु निगम; 30 iyul 1973) — Hind müğənnisidir. Xüsusi ilə də Bollivud filmləri üçün oxuduğu mahnıları ilə tanınır (İngiliscə: “playback singer”). Musiqiçi ailədən çıxmışdır. Əsasən Hind dilindəki mahnıları ilə tanınsa da, Benqalca, Pəncabca, Teluquca da mahnıları mövcuddur. Sonu Nigam, Madhurima Mishra ilə evlidir və bu evlilikdən Neevan adlı bir oğlan uşağı dünyaya gəlmişdir.
Sony Ericsson
Sony Mobile Communications AB (keçmiş Sony Ericsson Mobile Communications AB) — transmilli mobil telefon istehsalçısı. Sony şirkətinin bölməsi. Mərkəz-qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir. Əsası Sony Ericsson adı altında və ortaq şirkət formasında 1 oktyabr 2001-ci ildə Sony şirkəti və İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan Ericsson şirkəti tərəfindən qoyulmuşdur. 2012-ci il 16 fevral tarixində Sony şirkəti Ericssonun şirkətdəki payını satın almışdır. Sony Mobile Communications şirkətinin Tokio (Yaponiya), Çennai (Hindistan), Lund (İsveç), Pekin (Çin) və Silisium vadisində (ABŞ) tədqiqat və istehsal mərkəzləri var. Dünya bazarındakı payı baxımından Sony Mobile 2012-ci ilin I rübünün nəticələrinə görə dünyanın 10-cu böyük mobil telefon istehsalçısı və 2012-ci ilin 3-cü rübündə dünyanın 3-cü böyük smartfon istehsalçısıdır.
Sony Music
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Sony Pictures
Sony Pictures Entertainment Inc. (qısaca Sony Pictures və yaSPE) film və televiziya proqramlarının istehsalını, ticarətini və distribütorluğunu edən Amerika mərkəzli əyləncə şirkətidir. Yaponiya texnologiyası və media şirkəti olan Sony-ə aid şirkətdi r. 2007-ci ildə dəyəri 8,58 milyard $ olaraq açıqlanmışdır.
Sony Records
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Steinway & Sons
Steinway & Sons, qısaca Steinway — məşhur alman və amerikalı əl istehsalı piano istehsalçısı.