Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956).
Sona Aslanova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Los-Anceles, Kaliforniya, ABŞ |
Vəfat səbəbi | xəstəlik |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan→ ABŞ |
Fəaliyyəti | opera müğənnisi, musiqi pedaqoqu, aktrisa |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID3383618 |
Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərinin Binəqədi kəndində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hcıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsinə isə "Arşın Mal Alan" -da Gülçöhrə, "Əsli və Kərəm" — də Əsli, "Koroğlu" -da Nigar obrazını yaradır.
Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür. 2008-ci ildə iflic olduqdan sonra isə səsini itirir. 2011-ci ildə 87 yaşlı Sona Aslanova Los-Ancelesda vəfat edir. ABŞ-də dəfn xərcləri çox baha olduğundan cənazəsinin yandırılmasını vəsiyyət edir. Ölümündən sonra isə cənazəsi vəsiyyətinə uyğun olaraq yandırılır.
Üzeyir Hacıbəyov onu "səsi ürəkləri fəth edən qadın" deyə tanıdıb.