Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Strelna
Strelna (rus. Стрельна, alm. Strelne‎) — Rusiya ərazisində yerləşən qəsəbə. Strelna federal əhəmiyyətli Petrodvorets rayonunun bir hissəsi sayılır. Şəhər Fin körfəzinin sahilində, Strelka və Kikenka çaylarının sahilində yerləşir. 2002-ci ilin əhalinin siyahıya alınmasına görə qəsəbədə 12 751 nəfərin, 2010-cu ildə isə cəmi 12 452 nəfərin yaşadığı müəyyən olunmuşdu. Strelnanın mərkəzindən Peterhof yolu keçir, həmin yolda Sankt-Peterburq tramvayının 36 nömrəli marşrutunun son dayanacağı yerləşir. Hazırkı tramvay yolu, Rusiya imperiyasının şəhərətrafı qatarları birləşdirilməsi məqsədilə tərtib etdiyi ilk layihə, yəni ORANEL adlı unikal nəqliyyat xəttinin mirası hesab olunur. Həmçinin qəsəbənin mərkəzindən Oktyabr dəmir yolunun Baltik xətti keçir və buradakı stansiyada şəhərətrafı istiqamətlərə gedən qatarlar dayanır. == Tarix == 1500-cü ilin qeydiyyat sənədlərində Strelna kiçik kənd kimi qeyd edilir, Stolbovo sülh müqaviləsindən sonra həmin ərazilər İsveçin tərkibinə qatılır və 1630-cu illərdə İsveç siyasi xadimi İohann Şütte Strallın Hoffdakı mülkləri arasında qeyd edilir.
Streymoy
Streymoy (far. Streymoy) Farer adalarının Ən çox əhalili adasıdır. Paytaxt Torshavn burada yerləşir. adanın sahəsi — 374,17 km². == Coğrafiyası == Ada şimal-qərbdən-cənub-şərqə 47 km məsafədə uzanır. Onun eni 10 km-dir. Adanın cənub-qərb quracağında iki fiord vardır. Əsasən dağlıq ərazilərdən ibarətdir. Ən heündür nöqtəsi Kopsenni dağıdır (789 m). == Əhali == Adada 22,400 əhali yaşayır.
Anatoli Strekov
Strekov Anatoli Sergeyeviç (22 oktyabr 1945, Moskva) — texnika elmləri doktoru. == Həyatı == Strekov Anatoli Sergeyeviç 1945-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1975-ci ildə "Neft və qaz quyularının qazılması" AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1967-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Layların neftveriminin artırılması üsulları" laboratoriyasında laborantdan laboratoriya rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1980-1984-cü illərdə bu institutun dissertantı olub. 1987-ci ildə o "Neft hasilatında suda həll olunan polimerlərin reoloji xassələrinin tənzimlənməsi yolu ilə, tətbiq edilməsi səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1994-cü ildə isə "İşçi agentlərin hərəkətliyinin tənzimlənməsi yolu ilə layların neft veriminin artırılmasının fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Layların neftveriminin artırılması üsulları" laboratoriyasının rəhbəri işləyir. == Elmi fəaliyyəti == Strekov A.S. neft yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: laya fiziki və kimyəvi sahələrlə təsir zamanı neftin sıxışdırılmasının fiziki-kimyəvi qanunauyğunluğunun tədqiqi və onların bazasında neftveriminin artırılmasının və neft hasilatının intensivləşdirilməsinin artıq məlum olan və yeni yaradılan üsul və texnologiyalarının təkmilləşdirilməsi. Strekov A.S. 110-dən artıq elmi məqalənin müəllifidir.
Strela adası
Strela adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Sedov arxipelaqının mərkəzində yerləşir. Adanın qərb sahillərindən 200 m şimalda Otdelnıy yarımadası (Sredniy adasının şərq qutaracağında), şərq sahillərindən 300 m şimalda Fiqurnıy adası yerləşir. == Təsviri == Uzunluğu 5,2 kilometr, eni isə 900 metr təşkil edir. Adada çay yoxdur. Şimal-qərbində isə şirindulu göl vardır. Mərkəzi hissəsində 23 metrlik qaya vardır.
Yolüstü saray (Strelna)
I Pyotrun Yolüstü sarayı (rus. Путевой дворец Петра I) — Peterburqun şəhərətrafı sayılan Strelna qəsəbəsində yerləşən saray. Bura Pyotrun zamanından günümüzə kimi qorunub saxlanılmış ən erkən tikililərdən biridir. Saray Fin körfəzinin sahilində, Neva buxtasının cənub hissəsində, buzlaqların çəkilməsindən sonra qalan təpənin üzərində yerləşir və çoxlu yarğan və Strelka çayı ilə əhatə olunur. Ölçü və dekorativ tərtibatına görə sadə olan taxta saray, imperatorun Sankt-Peterburqdan tikilən Kronştadt şəhərinə müntəzəm səfərləri zamanı dayanacaq və istirahəti üçün nəzərdə tutulmuşdur. == Tarix == Sarayın tikinti işləri 1716-cı ildə başlamışdı (başqa bir versiyaya əsasən 1710—1711-ci illərdə). Sarayın ilkin memarı məlum deyil. Özünün "Şimal Versaliyası" sayılan Peterhofla məşğul olan Pyotr, Strelna qəsəbəsinə marağını azaltmışdı. Buna baxmayaraq, onun əmri ilə 1719-1720-ci illərdə ev yenidən qurulmuş və genişləndirilmişdir. Tezliklə məlum oldu ki, ətrafda böyük miqdarda suyun olmasına baxmayaraq (Kikenka və Strelka çayları), Pyotrun Versala bənzər, böyük fəvvarə və kaskadlarla dolu park ansamblının yaradılması mümkün deyil.
Belka və Strelka
Belka və Strelka — kosmonavt-itlər. 19 avqust 1960-cı il tarixində Sputnik 5 kosmik gəmisində kosmosa uçmuşlar. Missiyanın məqsədi orqanizmlərin kosmosun çəkisizlik şəraitinə reaksiyalarını yoxlamaq idi. Onları 42 siçan, boz dovşan, iki siçovul, milçək və bir neçə bitki və göbələk müşayiət edirdi. Sputnik 5 Yer ətrafında 17 dövr edib və orbitdə 27 saat olub. Onlar Yer kürəsinin orbitinə çıxan və sağ-salamat qayıdan ilk yerdə doğulmuş canlılar idi. Strelka yer əsaslı kosmos təcrübələrində iştirak edən lakin heç vaxt kosmosda olmayan Puşok adlı erkək itdən altı bala sahibi oldu. Balalardan birinə Puşinka (rus. Пушинка) adı verildi və 1961-ci ildə Nikita Xruşşov tərəfindən prezident Con Kennediyə hədiyyə edildi. == İrsi == 2010-cu ildə Belka və Strelka: Ulduz İtlər(ru) adlı rus bədii cizgi filmi buraxıldı.
Martin Strel
Martin Strel (1 oktyabr 1954, Mokronoq[d]) — Sloveniyalı uzun məsafəli üzgüçü. Bu intizamda bir neçə dünya rekordu vurubdur . 2007-ci ildə 53 yaşlı sloveniyalı üzgüçü Martin Strel Amazonka çayını üzüb keçərək Ginnesin rekordlar kitabına düşmüş ilk insan olmuşdur. 66 gün ərzində gündəlik 80 km məsafəni üzərək ümumilikdə 5268 km məsafəni qət edə bilmişdir. İdmançının əsəs məqsədi isə ictimaiyyətin diqqətini Amazon meşələrinin kəsilməsi probleminə yönəltmək idi. Bundan əvvəl Martin Strel Dunay (84 saat fasiləsiz 504 kilometr məsafə), Mississippi (68 gündə 3800 kilometr məsafə qət etdi), Yanszı və Cəbəllütariq Boğazı kimi çayları fəth etdi. Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. 2009-cu ildə Streldən bəhs edən "Böyük çay adamı" sənədli filmi nümayiş olundu.
9K32 Strela-2
“Strela-2” (QRAU indeksi 9K32, NATO kod adı ilə SA-7 “Grail”) – Sovetlərin daşınan zenit raket kompleksidir. Kompleks üzərində çalışmalar SSRİ-də 1960-cı ildə başlayıb. Hökumətin 1968-ci il 10 yanvar tarixli qərarı əsasında “Strela-2” DZRK silahlanmaya qəbul edildi, sentyabrın 2-də isə “Strela-2M” və “Strela-3” kompleksinin təkmilləşdirilmiş versiyalarının hazırlanmasına başlandı. “Strela-2M” 1970-ci ildə silahlanmaya qəbul edildi. 1970-ci illərin ortalarında 9M32 raketli “Strela-2” kompleksi “hava-hava” tipli raketlərlə Mi-2 helikopterlərində (hər birində 4 raket olmaqla) sınaqdan keçirildi. Komplekslərin seriyalı istehsalı 1980-ci illərin ilk yarısına qədər davam etdi. Bu kompleks müxtəlif vaxtlarda dünyanın 60 ölkəsinin ordularında uğurla istismar edildi. Enerji mənbəyi olan atıcı konteynerdən, 9M32 zenit raketindən və atıcı qurğudan ibarət olan “Strela-2” hava hücumundan müdafiə kompleksinin aparıcı qurucusu olaraq SKB QKOT dizayn bürosu seçildi. SKB QKOT dizayn bürosunun baş mühəndisi, İkinci dünya müharibəsi dövründə Qızıl Ordu tərəfindən istifadə edilən çoxsaylı minaatanların əksəriyyətinin yaradılmasını təmin edən B.İ. Şavirin idi. Müharibədən sonrakı illərdə Kolomnada yerləşən büro 406 mm-lik özüyeriyən “Oka” sisteminin də daxil olduğu müxtəlif hərbi qurğuların yaradılması işlərini davam etdirirdi.
9K34 Strela-3
Strela-3 (rus. 9К34 «Стрела-3», QRAU indeksi – 9K34, NATO təsnifatına görə – SA-14 Gremlin) — SSRİ DZRK-si. Strela-2-nin zəif performansına cavab olaraq hazırlanmışdır. O, yeni infraqırmızı hədəf başlığı və konik faza modullaşdırılmış siqnal skanı ilə 9M36 raketlərindən istifadə edirdi. Strela-2-dən əsas fərqi soyudulmuş axtarış aparatının olmasıdır. Bu, raketdən yağış olduğu halda və təbii müdaxilə fonunda istifadə etməyə imkan yaradırdı. 1974-cü ilin yanvarında Sovet Ordusunda xidmətə qəbul edilmişdir. == Xidmətə verilməsi == 1974-cü ilin yanvar ayından SSRİ Silahlı Qüvvələrində xidmətə verilmişdi, lakin əslində 1985-ci ilin sonunda qoşunlarla birlikdə kütləvi şəkildə xidmətə girməyə başlamışdır. Onun Qərbdə istifadə olunan "Javelin"in analoqu olduğuna inanılırdı. Sonradan İqla (9K38) DZRK-si ilə əvəz olunmuşdur.