Strekov Anatoli Sergeyeviç (22 oktyabr 1945, Moskva) — texnika elmləri doktoru.[1]
Anatoli Strekov | |
---|---|
Strekov Anatoli Sergeyeviç | |
Doğum tarixi | 22 oktyabr 1945 (79 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Təhsili |
Strekov Anatoli Sergeyeviç 1945-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1975-ci ildə "Neft və qaz quyularının qazılması" AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1967-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Layların neftveriminin artırılması üsulları" laboratoriyasında laborantdan laboratoriya rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1980-1984-cü illərdə bu institutun dissertantı olub. 1987-ci ildə o "Neft hasilatında suda həll olunan polimerlərin reoloji xassələrinin tənzimlənməsi yolu ilə, tətbiq edilməsi səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1994-cü ildə isə "İşçi agentlərin hərəkətliyinin tənzimlənməsi yolu ilə layların neft veriminin artırılmasının fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Layların neftveriminin artırılması üsulları" laboratoriyasının rəhbəri işləyir.
Strekov A.S. neft yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: laya fiziki və kimyəvi sahələrlə təsir zamanı neftin sıxışdırılmasının fiziki-kimyəvi qanunauyğunluğunun tədqiqi və onların bazasında neftveriminin artırılmasının və neft hasilatının intensivləşdirilməsinin artıq məlum olan və yeni yaradılan üsul və texnologiyalarının təkmilləşdirilməsi.
Strekov A.S. 110-dən artıq elmi məqalənin müəllifidir. İxtiralara görə 2 müəlliflik şəhadətnaməsi alıb.[2]