9K34 Strela-3

Strela-3 (rus. 9К34 «Стрела-3», QRAU indeksi9K34, NATO təsnifatına görə – SA-14 Gremlin) — SSRİ DZRK-si. Strela-2-nin zəif performansına cavab olaraq hazırlanmışdır. O, yeni infraqırmızı hədəf başlığı və konik faza modullaşdırılmış siqnal skanı ilə 9M36 raketlərindən istifadə edirdi. Strela-2-dən əsas fərqi soyudulmuş axtarış aparatının olmasıdır. Bu, raketdən yağış olduğu halda və təbii müdaxilə fonunda istifadə etməyə imkan yaradırdı.[1] 1974-cü ilin yanvarında Sovet Ordusunda xidmətə qəbul edilmişdir.

9K34 Strela-3
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1974
Xüsusiyyətləri
Ağırlığı 10,3 kq
Uzunluğu
  • 1,47 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xidmətə verilməsi

[redaktə | mənbəni redaktə et]

1974-cü ilin yanvar ayından SSRİ Silahlı Qüvvələrində xidmətə verilmişdi, lakin əslində 1985-ci ilin sonunda qoşunlarla birlikdə kütləvi şəkildə xidmətə girməyə başlamışdır. Onun Qərbdə istifadə olunan "Javelin"in analoqu olduğuna inanılırdı.[2] Sonradan İqla (9K38) DZRK-si ilə əvəz olunmuşdur.

  1. ""Стрела-3" (9К34, SA-14, Gremlin), переносный зенитный ракетный комплекс ближнего действия — ОРУЖИЕ РОССИИ, Каталог вооружения, военной и специальной техники". 2008-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-09.
  2. New Soviet SAM In Service. // Air Defense Artillery. — Winter 1986. — No. 1 — P. 60 — ISSN 0740-803X.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]