Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hipatia
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi. == Həyatı və elmi == Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır. Hipatiya riyaziyyatçı, astronom və filosof idi.
Şibata
Şibata – soyad. Keyta Şibata – Yaponiya biokimyaçısı və bitki fizioloqu. Kyuo Şibata – Yaponiya təbliğatçısı Hanae Şibata — Yaponiya qadın futbolçusu. Renzaburo Şibata – Yaponiya romançısı. Şibata Katsuie – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi.
Frenk Sinatra
Frenk Sinatra (ing. Francis Albert "Frank" Sinatra; 12 dekabr 1915[…], Hoboken, Nyu Cersi – 14 may 1998[…], Los-Anceles, Kaliforniya) — ABŞ müğənnisi və aktyoru. Romantik ifa stili ilə məşhurdur. Onun ifasındakı mahnılar estradanın və caz musiqisinin svinq janrının klassikaları arasına daxil olmuş, amerikalıların bir neçə nəsli bu mahnılar üzərində tərbiyə olunmuşdur. == Fəaliyyəti == Svinq musiqisinin populyar olduğu dövrdə karyerasına başlayan Sinatra 1940-cı illərin əvvəllərində məşhurluq qazanmağa başladı və gənclərin sevimlisinə çevrildi. 50-ci illərin əvvəllərində karyerasında eniş dövrü yaşansa da, 1954-cü ildə "Bundan sonra əbədiyyətədək" (From Here to Eternity) filmindəki Ancelo Madjio roluna görə layiq görüldüyü "ən yaxşı arxa plan kişi roluna görə" Oskar mükafatı onun şöhrətini yenidən artırdı. 1965-ci ildə Frenk Sinatra 50 yaşını qeyd etdi, Emi mükafatına layiq görülmüş "Frenk Sinatra: İnsan və onun musiqisi" (Frank Sinatra: A Man and His Music) televiziya filmində çəkildi və özünün ən məşhur mahnılarından olan "Strangers in the Night" və "My Way" mahnılarını ifa etdi. 50 illik aktiv yaradıcılıq fəaliyyəti dövründə Sinatra 100-ə yaxın populyar sinql-disk yazdırmış, ABŞ-nin ən məşhur bəstəkarlarının – Corc Gerşvin, Kol Porter və İrvinq Berlinin əsərlərini ifa etmişdir. 1971-ci ildə karyerasını başa çatdırdığını elan etsə də, nadir hallarda konsertlər verməkdə davam edirdi. 1973-cü ildə bir neçə albom yazdırdı, 1979-cu ildə isə başqa bir məşhur mahnısını "New York, New York"u ifa etdi.
Nensi Sinatra
Nensi Sinatra (ing. Nancy Sandra Sinatra, d. 8 iyun, 1940, Nyu Cersi) - ABŞ-lı müğənni və aktrisa. Sinatra, 1940-cı ilə Nyu Cersidə doğuldu. Məşhur müğənni və aktyor Frenk Sinatranın ilk həyat yoldaşı Nensi Barbatodan olan qızıdır. Dördüncü yaş günündə Phil Silvers və Jimmy Van Heusen özünə "Nancy (With the Laughing Face)" mahnısını yazmışdır, atası da bu mahnını səsləndirmişdir. Nensi Sinatra, 1966-cı ilin sevilən mahnısı "These Boots Are Made for Walk" və Şerin ilk dəfə səsləndirdiyi "Bang Bang (My Baby Shot Me Down)" mahnısını yenidən səsləndirərək tanınmışdır. Daha sonra bu yenidən səsləndirmə Kventin Tarantinonun "Billi öldürmək" filminin açılış musiqisi olaraq istifadə edildi. Onun digər məşhur səsləndirmələri arasında "Sugar Town", "How Does That Grab You, Darlin' ?" və Ceyms Bond filmi You Only Live Twice'ın tema musiqisi də vardır. Sinatra karyerasına bir müğənni və aktrisa olaraq 1960-cı illərdə başladı.
İsgəndəriyyəli Hipatia
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi. == Həyatı və elmi == Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır. Hipatiya riyaziyyatçı, astronom və filosof idi.
Bipaşa Basu
Bipaşa Basu (ing. Bipasha Basu, hind. बिपाषा बासु, d. 7 yanvar 1979) — hind aktrisası və modeli. == Həyatı == 7 yanvar 1979-cu ildə Dehli şəhərində anadan olmuşdur. Bipaşha hind, ingilis, benqal dillərində sərbəst danışır. Bipaşhanın iki bacısı var. Uşaqlıqda dərisinin qara rənginə görə onu "çirkin" deyə çağırıblar. Məktəbdə oxuyanda basketbol oynamağı sevərmiş. Ən böyük arzusu həkim olmaq idi.
Hanae Şibata
Hanae Şibata (d. 27 iyul 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nao Şikata
Nao Şikata (d. 5 noyabr 1979) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Sapata yarımadası
Sapata yarımadası (isp. Península de Zapata) - Kubanın cənub hissəsində, Matansas vilayəti ərazisində yerləşir. Yarımadada Sapata milli parkı yerləşir. Yarımadanın şərqində Batabano, şimalında Kazones (en), şərqində Donuzlar körfəzi, cənubda Ensenada de la Broa körfəzləri yerləşir.
Keyta Şibata
Keyta Şibata (柴田 桂太, Şibata Keyta, 20 sentyabr 1877, Tokio – 19 noyabr 1949) – Yaponiya biokimyaçısı və bitki fizioloqu. == Həyatı == Keyta Şibata 1877-ci ildə Tokioda doğulmuşdur. Tokio Universitetindən məzun olmuş və elə bu universitetdə işləməyə başlamışdır. Almaniyada təhsil almış və bitki fizioloqu Vilhelm Pfefferin tələbəsi olmuşdur. Şibata bitki dünyasında flavonoid birləşmələrinin yayılması üzrə araşdırmalar aparmaqla yanaşı, tənəffüs və metabolizma sahələrində də uğurlu tədqiqatlara imza atmışdır. Bir çox tanınmış alim yetişdirmişdir. == Ailəsi == Şibatanın atası Şokey Şibata tanınmış farmakoloq olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha.
Kyuo Şibata
Kyuo Şibata (柴田 鳩翁, Şibata Kyuo, 4 iyun 1783, Kioto – 13 iyun 1839) və ya digər adı ilə Kenzo – Yaponiya təbliğatçısı və Edo dövründə yaranmış Şinqaku etika məktəbinin alimi. == Həyatı == Kyuo Şibata 1783-cü ildə Kiotoda doğulmuşdur. Buddist keşişi olduqdan sonra Kyuo adını götürmüşdür. O, 20 yaşlarında olanda qəhrəmanlıq nağıllarının – kodanın peşəkar nəqlçisi olmuş, bu sənətdəki bacarıqlarına görə məşhurlaşmışdır. 30 yaşlarının sonunda Satta Tokukenin şagirdi olmuş və ondan Şinqaku dərsləri almağa başlamışdır. Həyatının qalan hissəsini sənətlə, səyahət etməklə və mühazirələr verməklə keçirmişdir. 44 yaşında görmə qabiliyyətini itirmişdir. Sadə və inandırıcı üslubu fermerlər, samuraylar və zadəganlar tərəfindən bəyənilməsinə səbəb olmuşdur. 1835-ci ildə nəşr olunmuş və Bayqan İşida tərəfindən tərtib olunmuş "Kyuo dova" adlı əsəri Şinqaku alimlərinin əsərləri arasında ən əhəmiyyətli işlərdən biri hesab olunur. == İstinadlar == == Ədəbiyyat == The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II).
Renzaburo Şibata
Renzaburo Şibata (柴田錬三郎, Şibata Renzaburo, 26 mart 1917, Tsuruyama[d], Okayama prefekturası – 30 iyun 1978, Tokio) – Yaponiya romançısı. == Həyatı == Renzaburo Şibata 1917-ci ildə Yaponiyanın Okayama prefekturasında doğulmuşdur. Keyo Universitetini bitirmişdir. "İesu no sue" adlı qısa hekayəsinə görə 1951-ci ildə Naoki mükafatını qazanmışdır. 1956–1958-ci illərdə "Shukan shincho" həftəlik jurnalında nəşr olunan "Nemuri Kyoşiro buray hikae" adlı tarixi romanı ilə məşhurlaşmışdır. Roman kobud və hissiz qılınc ustası olan Nemuri Kyoşirodan bəhs edir. Roman o qədər uğurlu olmuşdur ki, tempi sürətli olan, döyüş üslubunda olan bir çox davam romanı yazmışdır. Qomi Yasusuke ilə birlikdə 1950-ci illərdə məşhurlaşan kenqo (güclü qılınc ustası) janrını yaratmışdır. Digər əsərlərinə "Akay kaqeboşi" (1960) daxildir. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Şibata Katsuie
Şibata Katsuie (柴田 勝家, ən geci 1530, Ovari vilayəti[d], Tokaydo[d] – 6 iyun 1583 və ya 14 iyun 1583, Fukui) – Senqoku dövrünün yapon samurayı və hərbi xadimi. O, Oda Nobunaqanın ən çox güvəndiyi generallardan biri olmuşdur. == Hərbi karyerası == Şibata Oda Nobunaqa ilə kiçik qardaşı Nobuyuki arasında baş vermiş münaqişə zamanı Nobuyukinin tərəfini tutsa da, daha sonra ona xəyanət etmiş və Nobunaqanın tərəfinə keçmişdir. O, Nobunaqanın bir çox hərbi əməliyyatında iştirak etmişdir: 1569-cu ildə İsedə döyüşmüş, 1570–1573-cü illərdə daymyolar Asay Naqamasa və Asakura Yoşikaqenin devrilməsində iştirak etmiş, 1570–1575-ci illərdə Eçizen və Osakada İkko İkki silahlı qruplaşmalarına qarşı mübarizə aparmışdır. Eçizen əyalətinin 1575-ci ildə ələ keçirilməsindən sonra əyalətin idarəçiliyi ona verilmiş və Nobunaqanın təyin etdiyi üç müfəttişin nəzarəti altında əyaləti idarə etməyə başlamışdır. Şibatanın Eçizendə tətbiq etdiyi bir çox siyasət – kəndlilərin samuray zümrəsindən uzaqlaşdırılması, qılınc ovu, torpaq soğrusu, dini inkvizisiya Nobunaqa rejiminin əyalət idarəçiliyinə olan yanaşmasını əks etdirir. Onun tətbiq etdiyi bu siyasətlər Nobunaqanın davamçıları olan Toyotomi Hideyoşi və Tokuqava İeyasu tərəfindən mənimsənilmiş, genişləndirilmiş, sistematikləşdirilmiş və bütün Yaponiyada tətbiq olunmuşdur. İkko sektasının Kaqa və Notoda yerləşən ərazilərinin 1580-ci ildə ələ keçirilməsi onun Nobunaqa üçün gördüyü sonuncu əsas iş olmuşdur. Nobunaqanın 1582-ci ildəki ölümündən sonra Hideyoşinin rəqibi olmuşdur. Hideyoşi 11 iyun 1583-cü ildə Şizuqatake döyüşündə Şibatanı məğlub etmişdir.