Renzaburo Şibata

Renzaburo Şibata (柴田錬三郎, Şibata Renzaburo?, 26 mart 1917[1], Tsuruyama[d], Okayama prefekturası30 iyun 1978[1], Tokio)Yaponiya romançısı.

Renzaburo Şibata
yap. 柴田錬三郎
Doğum tarixi 26 mart 1917(1917-03-26)[1]
Doğum yeri
Vəfat tarixi 30 iyun 1978(1978-06-30)[1] (61 yaşında)
Vəfat yeri
Təhsili
  • Keyo Universiteti[d]
Fəaliyyəti roman yazıçısı, söz yazıçısı[d], ssenarist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Renzaburo Şibata 1917-ci ildə Yaponiyanın Okayama prefekturasında doğulmuşdur.[2] Keyo Universitetini bitirmişdir.[2] "İesu no sue" adlı qısa hekayəsinə görə 1951-ci ildə Naoki mükafatını qazanmışdır.[2] 1956–1958-ci illərdə "Shukan shincho" həftəlik jurnalında nəşr olunan "Nemuri Kyoşiro buray hikae" adlı tarixi romanı ilə məşhurlaşmışdır.[2] Roman kobud və hissiz qılınc ustası olan Nemuri Kyoşirodan bəhs edir.[2] Roman o qədər uğurlu olmuşdur ki, tempi sürətli olan, döyüş üslubunda olan bir çox davam romanı yazmışdır.[2] Qomi Yasusuke ilə birlikdə 1950-ci illərdə məşhurlaşan kenqo (güclü qılınc ustası) janrını yaratmışdır.[2]

Digər əsərlərinə "Akay kaqeboşi" (1960) daxildir.[2]

  1. 1 2 3 4 Bibliothèque nationale de France Renzaburo Shibata // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 85. ISBN 0-87011-627-4. İstifadə tarixi: 27 yanvar 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]