Keyta Şibata

Keyta Şibata (柴田 桂太, Şibata Keyta?, 20 sentyabr 1877, Tokio19 noyabr 1949)Yaponiya biokimyaçısıbitki fizioloqu.[1]

Keyta Şibata
yap. 柴田桂太
Doğum tarixi 20 sentyabr 1877(1877-09-20)
Doğum yeri
Vəfat tarixi 19 noyabr 1949(1949-11-19) (72 yaşında)
Vətəndaşlığı
Atası Şokey Şibata[d]
İş yerləri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Keyta Şibata 1877-ci ildə Tokioda doğulmuşdur.[1] Tokio Universitetindən məzun olmuş və elə bu universitetdə işləməyə başlamışdır.[1] Almaniyada təhsil almış və bitki fizioloqu Vilhelm Pfefferin tələbəsi olmuşdur.[1]

Şibata bitki dünyasında flavonoid birləşmələrinin yayılması üzrə araşdırmalar aparmaqla yanaşı, tənəffüs və metabolizma sahələrində də uğurlu tədqiqatlara imza atmışdır.[1] Bir çox tanınmış alim yetişdirmişdir.[1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Şibatanın atası Şokey Şibata tanınmış farmakoloq olmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 84. ISBN 0-87011-627-4. İstifadə tarixi: 26 yanvar 2023.