Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anatoli Falkoviç
Anatoli Solomonoviç Falkoviç (4 oktyabr 1923, Bakı – 1 noyabr 1994, Hayfa) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Anatoli Falkoviç 4 oktyabr 1923-cü ildə Bakıda anadan olub. Bakı Teatr Məktəbində (1943) təhsil alıb. S.Vurğun adına Rus Dram Teatrında (1941–1942, 1945–1968, 1970–1994), Rostov-na-Donu M.Qorki adına Teatrda (1968–1970) çalışıb. Kinoda 1957-ci ildən çəkilməyə başlayıb. 8 filmdə F.Dzerjinskinin rolunu canlandırıb (1965–1975). Dövlət mükafatı laureatı (1972), xalq artisti (1972) Anatoli Falkoviç 1 noyabr 1994-cü il tarixində qastrol zamanı İsraildə səhnədə vəfat edib . Anatoli Falkoviçin "Azərbaycanfilm" kinostudiyasında ilk və ən yaddaqalan uğuru "Sehirli xalat" filmindəki İo-Kio adlı sehirbaz obrazıdır. Feliks Dzerjınski obrazının yaratması isə Falkoviçə SSRİ-də ümumittifaq tanınmasınıa səbəb oldu.
Talnikovıy şəlaləsi
Talnikovıy (və ya Talnikovski) şəlaləsi — Rusiyanın ən hündür şəlaləsi, bəzi mənbələrə görə həm də Asiyanın ən hüdür şəlaləsi. Krasnoyarsk diyarında, Orta Sibr yaylasının Putoran platosunda yerləşir. Şəlalə Putorana qoruğunda, Dyupkun gölünün sağ sahilində, Birinci Qaqari və İkinci Qaqari çaylarının mənsəbləri arasındadır. Şəlalə mövsümü suların hesabına formalaşır və 1-2 ay davam edir. Trapesiya şahid dağı üzərində meydana gələn su kütləsi zirvədən ətəyə doğru on beş pilləkəni keçərək ümumən böyük bir kaskad sistemi yaradır. Şəlalənin hündürlüyü 600 metrdir. Turistlərin diqqətini cəlb edən şəlaləyə nəqliyyat və mehmanxana infrastrukturunun olmaması üzündən sıyahət çətinlik yaradır == Hündürlüyü == İlk öncə bir çox elmi ədəbiyyatlarda Talnikovıy çayı üzərində yerləşən şəlalənin hündürlüyü vizual olaraq 600 metr göstərilirdi. Dəqiq, xüsusi cihazlarının (teodolit) köməyi ilə ölçmə işlərinin aparılması təklifini ilk dəfə olaraq "Coğrafi kaleydoskop" kitabının müəllifi Petro Kravçuk irəli sürmüşdür. 1990-cı ilin 7 sentyabrında Dnepropetrovsk metallurgiya zavodunun "Stal" su-idman turist bölməsinin 8 nəfər üzvü ekspedisiya təşkil etdilər. Onlara SSRİ idman ustası Boris İliç rəhbərlik edirdi.
İqor Talkov
İqor Vladimiroviç Talkov (rus. Тальков, Игорь Владимирович) (d. 4 noyabr 1956, Tula vilayəti, Şyokino rayonu - 6 oktyabr 1991, Sankt-Peterburq) — sovet rok musiqiçisi, müğənnisi, bəstəkarı, şairi, kino aktyoru. == Yaradıcılığı == Yaradıcılığının ilk illərində "Aprel", "Kaleydoskop", "Elektroklub" qrupları ilə birgə işləyib. Bu müddətdə bir sıra musiqilər yazmış, amma onları ifa etmək imkanı olmamışdır. Geniş ictimaiyyətə ilk dəfə olaraq 1987-ci ildə "İlin Musiqisi" (rus. Песня Года) festivalında ifa etdiyi "Чистые пруды" mahnısından sonra tanınmışdır. Bundan sonra öz yazdığı mahnıları ifa etmək məqsədilə "Спасательный круг" adlı qrupu yaratmış və tezliklə bir sıra qastrollarda iştirak etmişdir. == Ölümü == 1991-ci il 6 oktyabr tarixində Sankt-Peterburqda "Yubiley" idman sarayında silahla atəş açılaraq qətlə yetirilmişdir.