Anatoli Solomonoviç Falkoviç (4 oktyabr 1923, Bakı – 1 noyabr 1994, Hayfa) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1972).
Anatoli Falkoviç | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Hayfa, İsrail |
Vətəndaşlığı | |
Fəaliyyəti | teatr və kino aktyoru |
Fəaliyyət illəri | 1941–1994 |
Mükafatları |
|
IMDb | ID0266281 |
Anatoli Falkoviç 4 oktyabr 1923-cü ildə Bakıda anadan olub. Bakı Teatr Məktəbində (1943) təhsil alıb. S.Vurğun adına Rus Dram Teatrında (1941–1942, 1945–1968, 1970–1994), Rostov-na-Donu M.Qorki adına Teatrda (1968–1970) çalışıb. Kinoda 1957-ci ildən çəkilməyə başlayıb.[1] 8 filmdə F.Dzerjinskinin rolunu canlandırıb (1965–1975). Dövlət mükafatı laureatı (1972), xalq artisti (1972) Anatoli Falkoviç 1 noyabr 1994-cü il tarixində qastrol zamanı İsraildə səhnədə vəfat edib[2] .
Anatoli Falkoviçin "Azərbaycanfilm" kinostudiyasında ilk və ən yaddaqalan uğuru "Sehirli xalat" filmindəki İo-Kio adlı sehirbaz obrazıdır.
Feliks Dzerjınski obrazının yaratması isə Falkoviçə SSRİ-də ümumittifaq tanınmasınıa səbəb oldu.