Talnikovıy şəlaləsi

Talnikovıy (və ya Talnikovski[1]) şəlaləsi — Rusiyanın ən hündür şəlaləsi, bəzi mənbələrə görə həm də Asiyanın ən hüdür şəlaləsi[2][3][4][5]. Krasnoyarsk diyarında, Orta Sibr yaylasının Putoran platosunda yerləşir. Şəlalə Putorana qoruğunda, Dyupkun gölünün sağ sahilində, Birinci Qaqari və İkinci Qaqari çaylarının mənsəbləri arasındadır.

Talnikovıy
rus. Тальниковый
Ümumi məlumatlar
Hündürlüyü ≈600 m
Yerləşməsi
68°26′44″ şm. e. 93°17′40″ ş. u.HGYO
Ölkə  Rusiya
Region
Talnikovıy xəritədə
Talnikovıy
Talnikovıy
Talnikovıy xəritədə
Talnikovıy
Talnikovıy

Şəlalə mövsümü suların hesabına formalaşır və 1-2 ay davam edir. Trapesiya şahid dağı üzərində meydana gələn su kütləsi zirvədən ətəyə doğru on beş pilləkəni keçərək ümumən böyük bir kaskad sistemi yaradır. Şəlalənin hündürlüyü 600 metrdir.[6][7]

Turistlərin diqqətini cəlb edən şəlaləyə nəqliyyatmehmanxana infrastrukturunun olmaması üzündən sıyahət çətinlik yaradır[8][9]

İlk öncə bir çox elmi ədəbiyyatlarda Talnikovıy çayı üzərində yerləşən şəlalənin hündürlüyü vizual olaraq 600 metr göstərilirdi[6]. Dəqiq, xüsusi cihazlarının (teodolit) köməyi ilə ölçmə işlərinin aparılması təklifini ilk dəfə olaraq "Coğrafi kaleydoskop" kitabının müəllifi Petro Kravçuk irəli sürmüşdür. 1990-cı ilin 7 sentyabrında Dnepropetrovsk metallurgiya zavodunun "Stal" su-idman turist bölməsinin 8 nəfər üzvü ekspedisiya təşkil etdilər. Onlara SSRİ idman ustası Boris İliç rəhbərlik edirdi. Bölgədə aparılan ölçmə işləri sonucu şəlalənin hündürlüyü 482 metr qeyd edilmiş. Nəticə Petra Kravçukun Təbiət rekordları kitabında qeydə alınmış.[2][10]

Daha sonralar növbəti layihə həyata keçirilməyə başlanıldı: «Тальниковый водопад: миф или реальность?». Mənbədə göstərilir ki, ölçmə işləri doğru aparılmamış. Məhs bu bölgədə onlarca şəlalə mövcud olduğundan ekspedisiya başqa şəlalədə ölçmə işləri aparmış. Bu dəfə ki, ölçmə işləri nəticəsində Talnikovıy şəlaləsinin hündürlüyü 600-700 metr arasında göstərildi.[11] Həmçinin başqa mənbələr də şəlalənin hündürlüyünün 600-700 metri arasında olduğunu təsdiq edir.[1][3][9]

Şəlalə müasir dövrdə yenə də, mübahisə mövzusu olaraq qalır. İlin 10-11 ayı çox vaxt su donmuş vəziyyətdə olduğundan, bol sulu dövrün hər il eyni vaxtda müşahidə edilməməsi ölkə coğrafiyaçıları üçün böyük çətinlik yaradır.[12] Suyun ancaq 1-2 ay bol sulu olması nəticəsində nə commonsda, nə də digər internet mənbələrdə Talnikovıy şəlaləsinin bol sulu şəkli yoxdur.[13] Bəzən yanılış olaraq onu Putoran platosunda olan digər şəlalələrlə qarışdırırlar. Şəlalənin mif olduğunu belə söyləyənlər tapılır.

Şəlaləyə çayla (motorlu qayıqla) və helikopterlə çatmaq mümkündür.

  1. 1 2 Шумихина О., Утко Е. Плато Путорана. Сокровища человечества. 981 памятник Всемирного наследия ЮНЕСКО. c.225
  2. 1 2 Кравчук П. А. Рекорды природы. Любешов. Эрудит. 1993. c.216. ISBN 5-7707-2044-1
  3. 1 2 Гальчук А. П. Плато Путорана. 100 чудес природы России. Эксмо. 2014. c.96. ISBN 978-5-699-69553-9
  4. Арсеев. Г. Т. Крупнейшие водопады СССР и мира. Мысль. 1987. c.121
  5. Клитин А. К. Хроника географических заблуждений Arxivləşdirilib 2018-11-23 at the Wayback Machine Вестник Сахалинского музея. 443-450
  6. 1 2 Арсеев. Г. Т. Водопады Советского Союза . Мысль. 1987. c. 59
  7. Афанасьев М. В. В краю водопадов. 1975. c.8
  8. Бутова Т. Г., Мутовин С. И., Судьин К. Н. Туризм как фактор устойчивого развития северных территорий Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine| Сервис в России и за рубежом. Красноярск. 2013. 3 (41)
  9. 1 2 Астанин Д. М. Влияние транспортной инфраструктуры на рекреационное зонирование региона (на примере территории Красноярского края) Arxivləşdirilib 2015-11-18 at the Wayback Machine 2013
  10. Кравчук П. А. Географический калейдоскоп. — Киев: Радянська школа, 1988. ISBN 5-330-00384-9
  11. "Тальниковый водопад. Плато Путорана". 2014-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-14.
  12. https://www.revolvy.com/main/index.php?s=Talnikovy%20Waterfall
  13. "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-14.