Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Boris Teplov
Boris Mixayloviç Teplov (rus. Борис Михайлович Теплов; 8 (20) oktyabr 1896, Tula – 28 sentyabr 1965, Moskva) — doğuşdan yaranan fərdi fərqliliklər və istedad problemlərini (məsələn, musiqi istedadları, sərkərdəlik qabiliyyəti) tədqiq edən bir rus psixoloqu idi. O, həmçinin Sovet Psixoloji Differensial psixologiya məktəbinin banisidir. Tanınmış rəqibi Aleksey Leontyev idi ki, o insanların istedadlarının doğuşdan əmələ gəldiyini deyil, təhsil və digər xarici təsirlərdən təsirləndiyini bildirirdi. Boris Teplov Voprosy Psikhologii adlı əsas rus psixoloji jurnalının baş redaktoru idi.
Mello Yello
Mello Yello- yüksək kofeinli, sitrus tamlı, The Coca-Cola Company tərəfindən PepsiCo şirkətinin Mauntin Dyu içkisi ilə rəqabət üçün çıxarılan sərinləşdirici içki. 1990-cı illərin əvvəllərində Mello Yello Avstraliyada onunla oxşarlıq təşkil edən, lakin kofeinsiz Lift içkisi ilə əvəz olundu. İçkinin dadına görə 3 variantı vardır: Mello Yello Cherry, Mello Yello Melon və Mello Yello Afterglow. Mello Yello Cherry (vişnə dadlı) "Mountain Dew Code Red"lə rəqabət üçün hazırlanmışdır. Mello Yello Afterglow şaftalı tamlı, Mello Yello Melon isə yemiş tamlıdır.
Otello
Otello (ing. The Tragedy of Othello, the Moor of Venice) — Vilyam Şekspirin yazdığı faciələrdən biri və eyni zamanda oyunun baş qəhrəmanının adıdır. Covanni Bokkaççonun şagirdi Cinthio tərəfindən yazılan "Un Capitano Moro" adlı qısa hekayəyə əsaslanaraq yazılan əsər təxminən 1603-cü ildə qələmə alınmışdır. Oyun dörd ana xarakter ətrafında dönür: Otello — Venesiya ordusunda müsəlman general, onun sevimli həyat yoldaşı Desdemona, sadiq leytenantı Cassio və etibar etdiyi vəfasız giziri İago. Müxtəlif və günümüzdə hələ də aktuallığını qoruyan mövzulara — irqçilik, eşq, qısqanclıq, xəyanət və s. toxunması sayəsində günümüzə qədər sevilən və oxunan bir əsər olaraq qalmış və peşəkar, həmçinin, qeyri-peşəkar bir çox aktyor tərəfindən səhnələndirilmişdir. Eyni zamanda bir çox film, opera və ədəbi mövzuya adaptasiya edilmişdir. == Personajlar == Otello — Venesiya ordusunda general, baş qəhrəman Desdemona — Otellonun həyat yoldaşı Iago — Otellonun praporşiki Cassio — Otellonun leytenantı Emilia — Iagonun həyat yoldaşı və Desdemonanın qulluqçusu Bianca — Cassionun sevgilisi Brabantio — Venesiyalı senator və Desdemonanın atası Roderigo — saf venesiyalı, Desdemonaya aşiq Venesiya baş naziri Gratiano — Brabantionun qardaşı Lodovico — Brabantionun qohumu Montano — Otellonun Kirpdəki Venesiya əsilli sələfi Clown — xidmətçi Senatorlar Dənizçilər Zabitlər, cənablar, carçılar, elçilər, musiqiçilər və başqaları Hadisə Venesiya və Kiprdə baş verir.
Perlo
Perlo (Averon)
Qəmlo
Qəmlo (tam adı: Qəmbəralı İsmayıl oğlu Abbasov; 1893-1931) — Azərbaycan xalq qəhrəmanı. == Həyatı == Qəmbəralı İsmayıl oğlu Abbasov 1893-cü ildə Vedi rayonunun Hand kəndində doğulub və 1931-cı ildə orada vəfat edib. Qəmlo kimi tarixdə və Vedi camaatının yaddaşında iz qoyan Qəmbəralı İsmayıl oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərdi. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı "Özünümüdafiə dəstəsi”nin (1921-ci ildən “Qırmızı Tabor” adlandırılmışdır) ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-çi illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı. Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır.
Tendo
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Tesla
Nikola Tesla (1856–1943), Elektrik mühəndisi və ixtiraçı
Təhlə
Təhlə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Təhlə (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd.
Təklə
Təklə (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Təklə (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Təklə (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Təklə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Təklə (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Təklə (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Ağtəklə — Gürcüstanda kənd.
Venlo
Venlo - Niderlandda yerləşən şəhər. == Coğrafiya və etnoqrafiya == Venloda şəhər əhalisi əsasən niderlandlıdılar. Ancaq onlarla yanaşı almanlar, türklər və mərakəşlilərdə sayca çoxluq təşkil edir.Əsas din cərəyan katoliqlərdir. == Tarixi == Şəhər XI əsrdə yaradılıb. Hanza ittifaqına daxil olub. 1839-1866-cı illərdə Lüksemburqun tərkibinə daxil olub.Sonradan Niderlanda qaytarılıb. I və II dünya müharibəsində Almaniyanın əsas hava aviasiyası burda yerləşib. == İqtisadiyyat və nəqliyyat == Əsasə ticarət şəhəridir. Buraya Fransa və Almaniyadan çoxlu turistlər gəlir. Dəmir və avtomobil yolları ilə Avropanın digər şəhərləri ilə əlaqə saxlanılır.
Çəpli
Çəpli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kənd inzibati ərazi dairəsində kənd. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Çəpli Kəlbəcər rayonunun Çəpli inzibati ərazi vahidində kənd. Lev çayının sahilində, dağlıq ərazidədir. Tədqiqatçıların fikrincə, toponim oğuz tayfalarından çəpnilərin (cəbni/cabanı) adı ile bağlıdır. Etnotoponimdir.
TEP80
TEP80 (rus. ТЭП80) 1988–1989-cu illərdə istehsal edilmiş sovet teplovozudur. Bu modeldən cəmi iki ədə istehsal olunub. TEP80–0002 nömrəli model 5 oktyabr 1993-cü ildə 271 km/saat sürət yığmaqla rekorda imza atıb.
Tablo
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Templ
Templ — soyad. Şirli Templ — ABŞ aktrisası. Templ Qrandin — ABŞ-nin Kolorado Ştat Universitetinin professoru.
2244 Tesla
2244 Tesla— cırtdan planet və ya asteroiddir. O 22 oktyabr, 1952-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının paytaxtı Belqradda (hal-hazırda Serbiya) kəşf edilib. Bu cırtdan planet müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsindəki töhfələri ilə məşhur olan Serb əsilli Amerikalı ixtiraçı və elektrik mühəndisi Nikola Teslanın şərəfinə adlandırlıb. Onun siderik dövrü 4 il 261 günə bərabərdir.
Ağ-Təhlə
Ağ-Təhlə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiası == Gürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir. İnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir. 2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb. 2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 93 %-i etnik azərbaycanlılardan ibarətdir. Kənddə 1 Azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır.
Ağ Təklə
Ağ Təklə Tiflis quberniyasının Tiflis qəzasında (indi Qardabani rayonunda) kənd adı. == Toponimkası == Ağ Təklə- Tiflis quberniyasının Tiflis qəzasında (indi Qardabani rayonunda) kənd adı. Gürcücə yazılış forması Aqtaqla. Təklə tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Bəzi tədqiqatçıların toponimin "ağ" komponentini "şərq", Qara Təklə adında qara sözünün "qərb" mənasında olması fikri düz deyil. Əsli Əxi Təklə, yəni "Əxiyə (Sufi ordeninin üzvünə) mənsub Təklə" məntəqəsi mənasındadır.
Bala Təklə
Bala Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 467 nəfərdir. == Toponimiyası == Keçmiş adı Abdulla Təkləli olmuşdur. Abdulla həmin kənddə məskunlaşmış təklə tayfasına mənsub ailələrin başçısının adıdır. "Təklə yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Etnotoponimdir.
Balkon (tablo)
Balkon (fr. Le Balcon) — Eduard Mane tərəfindən 1868–1869-cu illərdə çəkilmiş rəsm əsəri.
Bruk Teylor
Bruk Teylor (ing. Brook Taylor; d.18.8.1685, Edmonton — v.29.12.1731, London) — ingilis riyaziyyatçısı. == Bioqrafiya == Teylor 1685-ci il avqustun 18-də Edmonton şəhərində anadan olub və 1701-ci ildə Müqəddəs İohan kollecinə daxil olub, 1709-cu ildə bakalavr dərəcəsi aldı və 1714-cü ildə hüquq doktoru oldu. London Kral Cəmiyyətinin üzvü (1712), funksiyanı qüvvət sırasına ayırmaq üçün ümumi düstur vermiş, simin rəqsinə dair məsələnin riyazi öyrənilməsinin başlanğıcını qoymuşdur. Sonlu fərqlər nəzəriyyəsinin öyrənilməsində böyük rolu olmuşdur. Teylor perspektiv, yırğalanma mərkəzi, mərminin uçuşu, maqitlərin qarşılıqlı təsiri, kapillyarlıq və s. sahələrdə də əsərlər yazmışdır. == Xatirəsi == 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Teylorun adına ayın görünən tərəfində krateri adlandırıb.
Böyük tablo
Cənubi Tepoto
Cənubi Tepoto (fr. Tepoto Sud) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hiti atolundan 20 km cənub-qərbdə yerləşir. == Coğrafiya == Atoll 3 km uzunluğa, 2,4 km enə malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean suları ilə kiçik keçidlə birləşir. Fransa Polineziyasının ən kiçik adasıdır. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Elayza Teylor
Elayza Teylor (ing. Elayza Jane Taylor-Cotter, 24 oktyabr 1989-cu ildə anadan olub) — "100" serialında Klark Qriffin rolu ilə tanınan avstraliyalı aktrisa. == Bioqrafiya == Elayza Teylor Melburnda anadan olub. Bir qardaşı və iki bacısı var. Onun anası qrafik dizayner, atası isə keçmiş stend-up komediyaçısıdır. "Calder High" məktəbində oxuyub. O yeniyetmə vaxtlarında dəniz bioloqu olmaq istəyirdi. == Karyera == Elayza karyerasına hələ yeniyetmə ikən Avstraliyanın "Pirat adaları" və "Gecə əyləncəsi" serialında baş rollarla başlayıb. 2005-ci ildə o, 2008-ci ilə qədər Janai Timmins rolunu oynadığı "Network Ten "Qonşular"" adlı sabun operasına qoşuldu. Taylor şoudan ayrıldıqdan sonra Böyük Britaniyaya getdi və burada bir filmdə rol aldı.
Elizabet Teylor
Elizabet Teylor (ing. Elizabeth Rosemond Taylor, 27 fevral 1932[…] – 23 mart 2011[…], Los-Anceles, Kaliforniya) — Böyük Britaniya əsilli ABŞ aktrisası. Hollivudun "Qızıl dövrü"ndə kino kraliçası, habelə iki dəfə ən yaxşı qadın roluna görə "Oskar" mükafatı laureatı (1961, 1967). Qonorarı bir milyon dollar təşkil edən ilk aktrisa olmuşdur. O, daha çox şəxsi həyatı ilə və ilk növbədə səkkiz dəfə ailə həyatı qurması ilə diqqət mərkəzində olmuşdur. == Həyatı == Fevralın 27-i 1932-ci ildə İngiltərənin paytaxtı Londonda anadan olmuşdur. Valideynləri əslən Arkansas şəhərindən olmuşlar və ikisi də incəsənət adamı idilər. == Yaradıcılığı == "Batterfild 8" (BUtterfield 8) və "Virciniya Vulfdan kim qorxur?" (Who’s Afraid of Virginia Woolf?) filmlərindəki rollarına görə "Oskar" mükafatına layiq görülsə də, 1963-cü ildə çəkildiyi "Kleopatra" filmindəki Kleopatra rolu ilə daha çox tanınır. == Şəxsi həyatı == === Evlilikləri === Teylor 7 nəfərlə 8 dəfə ailə qurmuşdur. Konrad "Niki" Hilton (6 may 1950 – 29 yanvar 1951) (boşanıb) Maykl Uildinq (21 fevral 1952 – 26 yanvar 1957) (boşanıb) Maykl Todd (2 fevral 1957 – 22 mart 1958) (dul qalıb) Eddi Fişer (12 may 1959 – 6 mart 1964) (boşanıb) Riçard Barton (15 mart 1964 – 26 iyun 1974) (boşanıb) Riçard Barton (10 oktyabr 1975 – 29 iyul 1976) (boşanıb) Con Uorner (4 dekabr 1976 – 7 noyabr 1982) (boşanıb) Larri Fortenski (6 oktyabr 1991 – 31 oktyabr 1996) (boşanıb) Teylor Maykl Todd və Eddi Fişerlə evliliyi arasında dinini dəyişərək xristianlıqdan iudaizmə keçmişdir.