Bruk Teylor

Bruk Teylor (ing. Brook Taylor; d.18.8.1685, Edmontonv.29.12.1731, London) — ingilis riyaziyyatçısı.

Bruk Teylor
ing. Brook Taylor
Doğum tarixi
Doğum yeri Midlseks, Edmonton
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri London, Böyük Britaniya
Vətəndaşlığı İngiltərə İngiltərə
Elm sahəsi Riyaziyyat
Tanınmış yetirmələri John Machin, John Keill
Tanınır Teylor sırası
Üzvlüyü
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teylor 1685-ci il avqustun 18-də Edmonton şəhərində anadan olub və 1701-ci ildə Müqəddəs İohan kollecinə daxil olub, 1709-cu ildə bakalavr dərəcəsi aldı və 1714-cü ildə hüquq doktoru oldu. London Kral Cəmiyyətinin üzvü (1712), funksiyanı qüvvət sırasına ayırmaq üçün ümumi düstur vermiş, simin rəqsinə dair məsələnin riyazi öyrənilməsinin başlanğıcını qoymuşdur. Sonlu fərqlər nəzəriyyəsinin öyrənilməsində böyük rolu olmuşdur. Teylor perspektiv, yırğalanma mərkəzi, mərminin uçuşu, maqitlərin qarşılıqlı təsiri, kapillyarlıq və s. sahələrdə də əsərlər yazmışdır.

Methodus incrementorum directa et inversa, 1715

1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Teylorun adına ayın görünən tərəfində krateri adlandırıb.[1]

  1. Azərbaycan Sovet Ensiklopediyası, A. Balzak. I cild, Bakı, 1976, səh.187

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]