Böyük tablo

Böyük tablo (Big board) - Amerika Birləşmiş Ştatlarının əsas fond birjası olan Nyu-York fond birjası (New York Stock Exchange, NYSE). Dünyanın ən iri birjası olub Dou Cons və NYSE Composite indekslərini müəyyənləşdirir.“Böyük tablo” termini təkcə bu birjanın çox böyük elektron tabloya malik olmasını deyil, həm də burada bütün iri şirkətlərin səhmlərinin dövr etdiyini və onun aparıcı mövqe tutmasını ifadə edir. Birja 1972-ci il 17 may tarixində yaranmışdır. 1975-ci ildə 1336 üzvdən ibarət sərbəst qeyri-kommersiya təşkilatına çevrilmişdir. Üzvlük yerləri satıla bilir. 2006-ci ildə Nyu-York fond birjası elektron Archipelago Holdings birjası ilə birləşdi. Artıq, NYSE Groupun öz səhmləri də birja dövriyyəsindədir. Birjada 1.5 mindən çox şirkətin minlərlə səhm və digər qiymətli kağızlarının dövriyyəsi baş verir və müxtəlif əməliyyatlar aparılır.[1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.51