Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tutsi
Tutsilər — müasir Burundi və Ruandada yaşayan etnik xalqlardan biri. Dünyada daha çox Ruanda soyqırımı ilə tanınırlar. Tutsilər Birinci Dünya müharibəsinin axırında Almanların müharibədə məğlub olmasıyla birlikdə Almaniya müstəmləkəsi olmaqdan çıxaraq Belçika Mandatı olublar. Belçika hökumətinin irqçi siyasəti nəticəsində Tutsilər ilə Hutular arasında 1994-cü ildə iki etnik qrup arasında tarixin ən qanlı soyqırımlarından biri olan Ruanda soyqırımı baş vermiş, soyqırımda 1 milyon Tutsi və Hutu öldürülmüşdür.
Euseius tutsi
Euseius tutsi (lat. Euseius tutsi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Françesko Totti
Françesko Totti (it. Francesco Totti; 27 sentyabr 1976, Roma, İtaliya) — İtaliya futbolçusu, Roma futbol klubunun kapitanı, İtaliya milli futbol komandasının oyunçusu. Totti FİFA-nın "Dünyanın ən yaxşı 125 futbolçusu" siyahısında yer alır. 2 dəfə İtaliya milli futbol çempionatında ilin futbolçusu, 5 dəfə isə ilin italyan futbolçusu seçilmişdir. İtaliya milli futbol çempionatı tarixində ən çox qol vuran futbolçular sırasında 250 qol ilə 2-ci sıradadır. UEFA Çempionlar Liqasında və UEFA Avropa Kubokunda toplam 270 qol vurmuş və 143 qola assistentlik etmişdir. 2011-ci ildə Kriştiano Ronaldo, Ueyn Runi kimi futbolçuları qabaqlayaraq Avropanın ən yaxşı futbolçusu seçilmişdir. == Həyatı == Fraçesko Totti 27 sentyabr 1976-cı ildə İtaliyanın paytaxtı Roma şəhərində anadan olub. Roma futbol klubunun "Qızıl uşağı", "Qladiatoru" ləqəblərini daşıyır.
Tuti (jurnal)
"Tuti" jurnalı (az-əbcəd. طوطی‎) — həftəlik satirik, şəkilli jurnal. == Haqqında == "Tuti" jurnalı "Molla Nəsrəddin" jurnalının təsiri altında həftədə bir Bakıda Azərbaycan türkcəsində nəşr olunmuşdur. Siyasi, ədəbi, ictimai türk məzhəkə məcmuəsi idi. "Tuti" jurnalının redaktoru "Səda" qəzetinin mühərriri Cəfər Bünyadzadə, naşiri və sahibi Tağı Nağıyev idi. Jurnalın ilk nömrəsi 1914-cü il 27 dekabrda, sonuncu nömrəsi 1917-ci il 29 iyunda (cəmi 112 nömrə) buraxılmışdır. Birinci il bir nömrə, ikinci il 44 nömrə, üçüncü il 1916 - cı il iyulun 30 - na kimi 28 nömrə çıxmışdır. Dördüncü il "Tuti" inqilaba qədər çıxmışdır. Həmin il müdirliyi Dadaş Bünyadzadə dəröhdə edib. Məcmuə 15 gündə bir nəşr olunmağa başlamışdır.
Tuti Bikə
Tuti Bikə (Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. == Həyatı == 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Butti qraflığı (Kaliforniya)
Byutt — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 220,000 nəfər olmuşdur. Mərkəzi Orovill şəhəridir.
Əbülfət xan Tuti
Əbülfət xan Tuti (1766, Şuşa – 1839, Təbriz) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu. == Həyatı == Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi".
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Hatti
Hattlar — e.ə. 2,500–2,000/1,700-cü illərdə Anadolunun mərkəzi və cənub-şərq hissəsində yerləşən Hatti ölkəsində (indiki Türkiyə) erkən və orta tunc dövründə məskunlaşan xalq. Ölkənin və xalqın adı sonradan onları fəth edən, Hind-Avropa dil ailəsinə mənsub olan hetlərə miras qalmışdır. == Məskunlaşma == Hattlar bir neçə şəhər dövlətində yaşayırdılar. Həmçinin, yaşadıqlara şəhərlərə bunlar aiddir: Arinna — əsas müqəddəs şəhər, Günəş ilahəsi Vurusemunun şəhəri. Purusxanda — eramızdan əvvəl 2400-cü il və sonrasında baş tutmuş hadisələr haqqında mənbələrdə qeyd edilmişdir. Alaca Höyükdə əvvəlki qazıntı təbəqəsində tapılmış, adı bilinməyən şəhər; Nerik — İldırım tanrısına sitayiş edildiyi şəhər. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Akurgal, Ekrem. The Hattian and Hittite Civilizations. Ankara: Ministry of Culture.
Müfti
Müfti (ərəbcə مفتى) - dini məhkəmə sistemində vəzifəli şəxsdir; qazilərin iş təcrübəsindəki oxşar hadisələrdən istifadə edərək müxtəlif dini-hüquqi məsələlər barəsində qərarlar çıxarır (fətva verir). Hazırda hər bir müsəlman dövlətində ölkənin baş müftisi vardır. Əslində o, icmanın başçısıdır, çox böyük nüfuza malikdir və istər dövlət proqramlarına dair (onların dini cəhətlərinə dair), istərsə də sırf dini məsələlərə dair (məsələn, dini bayramların və orucluğun başlanması vaxtı haqqında) qərarlar qəbul edir. Yeni və ən yeni dövrlərdə dünyəvi hakimiyyət orqanlarının və müsəlman ölkələrinin geniş əhali kütlələrinin bir çox məişət yeniliklərinə, iqtisadi və siyasi yeniliklərə münasibəti müftilərin qərarından asılı olmuş və asılıdır.
Suiti
Suiti (lat. Phoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. İki növü var: Ləkəli suiti, Phoca largha Adi suiti, Phoca vitulina Adı suiti öz növbəsində iki yarımnövə bölünür: Avropa yarımnövü P. v. vitulina və Kuril yarımnövü (ya Steyneqer suitisi) P. v. stejnegeri. Kuril suitisi hazırda Rusiyanın Qırmızı kitabına daxildir. Suitilər balıqlarla, pinqvinlərlə qidalanan yırtıcı məməlilərdir. Tez-tez quruya çıxırlar, çoxalmaları quruda gedir. Bu canlılar geniş coğrafiyada yaşayırlar. Qütblərdə yaşayan suitilər buzda dəlik açırlar.
Taiti
Taiti (fr. Tahiti, taiti Tahiti) — Sakit okeanda, Cəmiyyət adaları qrupunda ən böyük ada. Fransa Polineziyası tərkibindədir, sahəsi 1042 km2-dir. Əhalisi 178,133 nəfərdir (2007-ci ildə). Ən böyük şəhəri - Papeetedir. Ada iki dağ massivindən ibarətdir. Mərcan rifləri ilə əhatə olunmuşdur. İllik yağıntı 1400 mm. Rütubətli tropik meşələri var. Kokos palması, banan, şəkər qamışı, ananas və s.
Tatlı
Kəndlər Tatlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Tatlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Tatta
Tatta (urdu ٹھٹہ) — Pakistanın Sind əyalətində tarixi şəhər. Tatta orta əsrlərdə Sindin paytaxtı idi və ardıcıl üç sülalə üçün hakimiyyət yeri olaraq xidmət etdi. YUNESKO-nun Dünya İrsi Siyahısında olan Tattanın Makli Nekropolu, dünyanın ən böyük qəbiristanlıqlarından biridir və həmçinin 14-18-ci əsrlər arasında alt Sindin sincretik cənazə üslubunda tərtib edilmiş çox sayda monumental məzarı var. 17-ci əsrdə tikilmiş Şah Cahan məscidi dekorativ plitələrlə zəngindir və Cənubi Asiyada kafel işlərinin ən mükəmməl abidəsi sayılır. == Etimologiyası == Sindlilərin fikrində Thattanın Sindhi adı əslində Tatto olmalıdır və ya çay kənarındakı yaşayış məntəqələrinə aid olan Sindhi 'Tatti' və ya 'Tatto' sözlərindən qaynaqlana bilər.
Tetri
Tetri (gürc. თეთრი) — Gürcüstanda istifadə edilən metal pul vahidi. 1 lari = 100 tetri. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Təqti
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Kuşti
Kuşti — zərdüştilərin bellərinə taxdıqları müqəddəs qurşaq. Bu, sədrə ilə yanaşı zərdüştilərin ritual geyiminin bir hissəsidir. == Mənşəyi == Müqəddəs sap üçün Avesta dilində olan termini "aivyaonqana"dır. Kuşti sonradan Pəhləvi dilində formalaşmış terminidir. == İstehsalı == Həm İranda, həm də Hindistanda kuşti adətən kahinlik vəzifələrindən olan qadınlar tərəfindən hazırlanır. Bu, ikili bir dini vəzifə funksiyasına malikdir. Bəzən kuştilər mobədlər ( tərəfindən toxunurdular,. 1920-ci illərdən etibarən İranın Yəzd ostanında zərdüşti behdin qadınlara kuşti toxuması qaydası öyrədilirdi. Zərdüştilik fəlsəfəsinə əsasən kuşti toxumaq prosesində qadınlar mahnı oxuyurlar, həm dini, həm də dünyəvi hekayələr paylaşırlar. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "The Kushti ritual".
Achnophora tatei
Adi suiti
Adi suiti (lat. Phoca vitulina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın qütb ətrafı bütün dənizlərində rast gəlinir. İki yarımnövü: Avropa və Steyneqer suitisi Qırmızı kitaba daxil edilmişdir. Əsasən Atlantik okean, Sakit okean sularında yaşayıırlar. Xüsusi ilə Baltik dənizi və Şimal dənizi sularında onlar üstünlük təşkil edir. Onlar əsasən qəhvəyi və ya boz rəngdə olurlar. Yetkin fərd 1,85 m uzunluğa və 132 kq çəkiyə malik olurlar. Erkəklər 30–35, dişilər isə 20–25 il yaşayırlar. Onlar əsasən qayalıqlar üzərində yerləşirləki, yırtıcılar onları ovlaya bilməsinlər.
Aldo Tonti
Aldo Tonti (it. Aldo Tonti) - İtaliyanın məşhur kino operatorlarından biridir.
Aleksandra Kotti
Aleksandra Kotti (d. 13 noyabr 1988) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Aleksandra Kotti, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Aleksandra Kotti, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Antti Palola
Antti Palola (fin Antti Palola; 1 may 1959, Finlandiya) — Finlandiya Əməkçilərinin Konfederasiyasının rəhbəri (2013-cü ildən). == Həyatı == 1 may 1959-cu ildə Finlandiyanın Kaarlela şəhərində anadan olmuşdur. 2005–2013-cü illərdə "Pardia"nın rəhbəri olmuşdur. 2013-cü ilin dekabr ayında Finlandiya Əməkçilərinin Konfederasiyasının rəhbəri seçilmişdir.
Antti Revonsuo
Antti Revonsuo (fin Antti Revonsuo; 1963) — Fin psixoloqu və nevroloqu, pedaqoq, idrak ​​filosofu. O, XX əsrin son onilliyinin əvvəllərindən idrak fəlsəfəsinə yiyələnir, həmçinin iki elmi nəzəriyyəsi sayəsində elmi dairələrdə geniş beynəlxalq şöhrət qazanmışdır: təhlükənin modelləşdirilməsi nəzəriyyəsi (Threat Simulation Theory) və yuxuların təkamül-psixoloji nəzəriyyəsi (Evolutionary–Psychological Theory of Dreaming). Hazırda Antti Revonsuo Şövde Universitetinin (İsveç) Koqnitiv Neyrologiya professoru və Turku Universitetində (Finlandiya) Psixologiya professoru, həmçinin Koqnitiv Nevrologiya Mərkəzində Şüur Araşdırma Qrupunun direktorudur . Antti Revonsuo öz tədqiqat laboratoriyalarını idarə edən azsaylı filosoflardan biridir. Turku Universitetinin Koqnitiv Nevrologiya Mərkəzində onun rəhbərliyi altında həyata keçirilən neyrofəlsəfə layihələrinin maliyyələşdirilməsi Finlandiya Akademiyası tərəfindən təmin edilir. == Yuxu nəzəriyyəsi == Revonsuoya görə, yuxular heç bir halda təkamülün təsadüfi yan məhsulu deyil və əvvəllər düşünüldüyü kimi heç bir təbii funksiyanı yerinə yetirmir. Kabuslar yuxuların ümumi növlərindən biri olduğundan, onların orijinal funksiyası əlavə təcrübə və müvafiq olaraq reproduktiv üstünlük təmin edən reallığın təhlükəli vəziyyətlərini təkrar etmək və simulyasiya etmək ola bilər. == Seçilmiş əsərləri == === Kitabları === ==== Rus dilində ==== Антти Ревонсуо. Психология сознания. Мастера психологии.
Betti Alver
Betti Alver (est. Betti Alver 23 noyabr 1906[…], Yıgeva – 19 iyun 1989[…], Tartu) — Estoniya şairəsi, nəsr yazıçısı, tərcüməçi. Aleksandr Puşkinin Yevgeni Onegin romanını eston dilinə tərcümə etmişdir. Estoniya SSR-nin əməkdar yazıçısı (1966). Estoniya SSR xalq yazıçısı (1981). == Bioqrafiyası == Elizabet Alver 23 noyabr 1906-cı ildə Yıgevada anadan olmuşdu. 1924-cü ildə Tartudakı gimnaziyanı bitirir. 1924-1927-ci illərdə Tartu Universitetində eston dili və ədəbiyyatını öyrənir. 1927-ci ildə "Küləyin sevgilisi" romanı nəşr olunur. Betti Alverin ilk kitabı "Toz və atəş" 1936-cı ildə çap edilir.
Betti DeVos
Yelizavet "Betti" DeVos" (8 yanvar 1958[…]) — Holland əsilli ABŞ siyasətçisi, Miçiqan ştatından iş adamı, filantrop, təhsil fəalı. Bir neçə il Respublikaçılar Partiyası Miçiqan ştatı təşkilatının sədri olub. 23 noyabr 2016-cı il tarixində ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp onu təhsil naziri təyin edəcəyini elan edib.