Betti Alver (est. Betti Alver 23 noyabr 1906[1][2][…], Yıgeva[4] – 19 iyun 1989[1][3][…], Tartu) — Estoniya şairəsi, nəsr yazıçısı, tərcüməçi. Aleksandr Puşkinin Yevgeni Onegin romanını eston dilinə tərcümə etmişdir. Estoniya SSR-nin əməkdar yazıçısı (1966). Estoniya SSR xalq yazıçısı (1981).
Betti Alver | |
---|---|
est. Betti Alver | |
Doğum tarixi | 23 noyabr 1906[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyun 1989[1][3][…] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair, romançı, tərcüməçi, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Elizabet Alver 23 noyabr 1906-cı ildə Yıgevada anadan olmuşdu. 1924-cü ildə Tartudakı gimnaziyanı bitirir. 1924-1927-ci illərdə Tartu Universitetində eston dili və ədəbiyyatını öyrənir.
1927-ci ildə "Küləyin sevgilisi" romanı nəşr olunur. Betti Alverin ilk kitabı "Toz və atəş" 1936-cı ildə çap edilir. Betti Alver Aleksandr Puşkinin "Yevgeni Onegin" romanını (1964), Maksim Qorkinin "Uşaqlıq" və "Mənim Universitetlərim" şeirlərini eston dilinə tərcümə etmişdir. Kristyan Jaak Petersonun şeirlərini də tərcümə edir. Betti Alverin şeirləri rus, polyak, alman, ingilis, çex, italyan və digər dillərə tərcümə edilmişdir. Betti Alver şeirlərini rus dilinə Yunna Morits tərcümə etmişdir.
Betti Alverin şərəfinə, doğma şəhəri Yıgevada "Ulduz saatı" poeziya payız günləri keçirilir. 2013-cü ildə Merkuri üzərində bir krater (Alver)[1] Betti Alverin şərəfinə adlandırılmışdır.
Yuhan Smuula adına Estoniya SSR Ədəbi Mükafatının qalibidir (1980).
Şair Hayti Talviklə evli olmuşdur. 1956-cı ildə Marta Lepik (ədəbiyyatşünas, Ədəbiyyat Muzeyinin ilk direktoru, 1940-45.) ilə evlənir. Qohumları - Eduard Alver (Azadlıq müharibəsini komandiri) və Siim Kallas (Estoniyanın baş naziri).