Kuşti

Zərdüşti keşişi sədrəpüşi mərasimində uşağa kuşti bağlamağı öyrədir.

Kuştizərdüştilərin bellərinə taxdıqları müqəddəs qurşaq. Bu, sədrə ilə yanaşı zərdüştilərin ritual geyiminin bir hissəsidir.[1][2]

Müqəddəs sap üçün Avesta dilində olan termini "aivyaonqana"dır. Kuşti sonradan Pəhləvi dilində formalaşmış terminidir.[3]

Həm İranda, həm də Hindistanda kuşti adətən kahinlik vəzifələrindən olan qadınlar tərəfindən hazırlanır. Bu, ikili bir dini vəzifə funksiyasına malikdir. Bəzən kuştilər mobədlər ( tərəfindən toxunurdular,. 1920-ci illərdən etibarən İranın Yəzd ostanında zərdüşti behdin qadınlara kuşti toxuması qaydası öyrədilirdi.[4]

Zərdüştilik fəlsəfəsinə əsasən kuşti toxumaq prosesində qadınlar mahnı oxuyurlar, həm dini, həm də dünyəvi hekayələr paylaşırlar.[4]

  1. "Parsi Khabar".
  2. "Zoroastrians sudreh / kushti".
  3. Modi, (1914)
  4. 1 2 Kushti Arxivləşdirilib 2024-03-31 at the Wayback Machine at Encyclopædia Iranica

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]