Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uorvik
Uorvik (ing. Warwick) — İngiltərədə şəhər. Eyvon çayı üzərində yerləşir. Əhalisi 25 434 nəfərdir (2001).
Lev Tornik
Lev Tornik (yun. Λέων Τορνίκιος) — XI əsr Bizans generalı və zadəganı. O, 1047-ci ildə əmisi, Bizans imperatoru IX Konstantin Monomaxa qarşı üsyan qaldırır. Lev Tornik Frakiyadakı ordusu ilə paytaxt Konstantinopol şəhərinə doğru yürüş etmiş və onu mühasirəyə almışdır. İki uğursuz hücum cəhdindən sonra geri çəkilən Tornikin ordusu fərarilik etmiş, özü isə imperatora sadiq qüvvələr tərəfindən əsir götürülmüşdür. O, 1047-ci ilin Milad bayramında kor edilmişdir. Onun sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. == Həyatı == Lev Tornik Adrianopol şəhərində anadan olmuşdur. O, erməni və ya gürcü əsilli tanınmış torniklər zadəgan ailəsinin üzvü idi. Onun həməsri Mixail Psell Lev Torniki "qısaboylu, hiyləgər, qürurlu və iddialı" bir insan kimi təsvir etmişdi.
Toksik maddə
Toksiklik — maddənin və ya orqanizmin digər orqanizmə zərərli təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su toksikologiyasında 2 toksiklik ayırd edilir. Su mühitinin təbii proseslərlə (mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni toksiklik – insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması, qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi, atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi.
Uorvik Universiteti
Vorvik Universiteti (ing. University of Warwick) — İngiltərənin Koventri şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Reytinqi == Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Vorvik Universiteti 100 ən yaxşı ali məktəb arasında 58-ci yerdə sıralanmışdır. 2010-cu il üzrə "Times Higher Education World University Rankings"in 200 universitetdən ibarət olan reytinq cədvəlinə Vorvik Universiteti daxil edilməmişdir. 2011-2012-ci tədris ilinin yekununa əsasən Vorvik Universiteti QS World University Rankings tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 3-cü pillədə olmuşdur. == Məşhur məzunları == Yakubu Qovon – Nigeriyanın sabiq prezidenti; Valentina Ştrasser – Syerra-Leone Respublikasının sabiq rəhbəri; Vernon Koaker – Böyük Britaniyanın Dövlət Təhlükəsizlik, Terrorizmlə Mübarizə, Cinayət və Mühafizə naziri; Kim Hauells – Böyük Britaniyanın xarici işlər naziri; Devid Devis – Britaniya Mühafizəkarlar partiyasının siyasətçisi; Baronessa Amos – Avropa İttifaqının Afrika İttifaqında (53 Afrika dövlətindən ibarət) xüsusi nümayəndəsi, Böyük Britaniya lordlar palatasının sabiq lideri; Baronessa Morris – Böyük Britaniyanın təhsil məsələləri üzrə sabiq dövlət katibi, Leyborist partiyasının üzvü; Çan Yun Han – Honq-Konq Qanunvericilik şurasının sabiq üzvü; Corc Saitoti – Keniyanın sabiq vitse-prezidenti; Devid Li – Şərqi Asiya bankının sədri və baş icraçı direktoru; Corc Kanyeihamba – Uqanda prezidentinin hüquq məsləhətçisi; Merfin Cons – BBC İdarəçilər Şurasının üzvü, Banqor Uels Universitetinin vitse-kansleri; Ouayn Ceyms – Milli Tələbə Təşkilatının sabiq prezidenti; Tomas Samner (Stinq) – məşhur musiqiçi; Tom Solesbari – avarçılıq üzrə Olimpiya çempionu; Stiv Heyuey – "Liverpul" klubunun futbolçusu; Mark Hyuz – futbol meneceri. == Mənbə == Lamiyə Əliyeva, Dünya universitetləri: Uorvik Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 24.12.2010, № 50.
Uorvik qalası
Uorvik qalası (ing. Warwick Castle) — 1068-ci ildə I Vilhelm Fateh tərəfindən inşa edilmiş orta əsr qəsri. Uorvik İngiltərənin Uorvikşir qraflığında, Eyvon çayı üzərində yerləşən şəhərdir. Ağacdan olan orijinal qala "mott və beyli" (ing. motte-and-bailey) XII əsrdə yenidən qurulmuşdur. Yüzillik müharibə zamanı şəhərin əks fasadı bərpa edildi ki, bu da onu XIV əsr hərb memarlığının ən tanınmış nümunələrindən birinə çevirdi. XVII əsrin əvvəllərinə qədər, yəni onun 1604-cü ildə I Ceyms tərəfindən Ser Falk Qrevilə verilməsinə qədər ondan istehkam kimi istifadə edilmişdir. Qrevil onu Qrevillər ailəsinə məxsus ölkə-evə (ing. country house) çevirdi və bu ev 1759-cu ildən 1978-ci ilə, Tussaud qrupu (ing. the Tussauds Group) tərəfindən alınana qədər Uorvik qrafının oldu.
Robert Törsk
Robert Törsk (ing. Robert Thirsk; 17 avqust 1953, Nyu-Uestminster[d], Britaniya Kolumbiyası) — Kanadalı mühəndis və fizik. Keçmişdə Kanada Kosmosda Agentliyində kosmonavt olmuşdur. Ən uzun kosmosa uçuş (187 gün 20 saat) və ən çox vaxt kosmosda qalmaq üzrə (204 gün 18 saat) Kanada rekordlarına sahibdir. 2013-cü ildə Kanada Ordeni zabiti və 2012-ci ildə Britaniyanın Kolumbiya ordeni adına layiq görülmüşdür. == Həyatı == Törsk Nyu-Uestminsterdəndir və həyat yoldaşı olan Brenda Biasutti isə Montreal şəhərindəndir. Üç övladı var: Lisan Biasutti Törsk, Elyot Biasutti Törsk və EydEn Biasutti Törsk. O, ailəsi ilə hokkey, skvoş oynaraq, piano çalaraq zaman keçirir. O, Ontarionun Professional Mühəndislərinin, Kanada Ailə Həkimləri Kollecinin, Kanada Aeronavtika və Kosmos İnstitutunun, Aerokosmik Tədqiqatlar Assosiasiyasının və Ontario Həkim və Cərrahiyyə Kollecinin üzvüdür. O, Beynəlxalq Kosmos Universitetinin Kanada fondunun direktorudur.
Torsi (rayon)
Torsi (fr. Torcy) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Torsi. Rayon əhalisi 2006-cı ildə 378 585 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1254 nəf / km². Rayon sahəsi — 302 km².
Uorvik Tibb Məktəbi
Vorvik Tibb Məktəbi (ing. Warwick Medical School) — Vorvik Universitetinin Tibb fakültəsinin nəzdində olan təhsil müəssisəsi. == Tarixi və fəaliyyəti == 2000-ci ilin sentyabrında fəaliyyətə başlamış və ilk tələbələrini də elə həmin il qəbul etmişdir. 2004-cü ildə bu məktəbi 64 məzun bitirmişdir. Həmin ilin oktyabrında isə məktəbə 403 tələbə qəbul edilmişdir. Məktəbin fəaliyyəti sayəsində Vorvik Universiteti 2007-ci ildən tibb üzrə elmi dərəcə vermək hüququ əldə etmişdir. == Xarici əlaqələri == Vorvik Tibb Məktəbi universitetin bir çox bölmələri ilə birgə fəaliyyət göstərərək beynəlxalq səviyyədə tibbi araşdırmalar aparır. Məktəb Koventri və Vorvikşir NHS Trust universitet xəstəxanaları, Vorvikşir Diabet, Endokrinologiya və Metabolizm İnstitutu ilə əməkdaşlıq edir. == Təhsil haqqı == 2009-2010-cu tədris ilində Vorvik Tibb Məktəbində 1 il təhsil alan əcnəbi tələbələr üçün 13720, 2-4 il təhsil alan tələbələr üçün isə 24990 funt-sterlinq olmuşdur.
Uorvik İncəsənət Mərkəzi
Vorvik İncəsənət Mərkəzi (ing. Warwick Arts Centre) — Böyük Britaniyanın Londondan kənarda yerləşən ən böyük mədəniyyət mərkəzidir; Vorvik Universitetinə məxsusdur. == Tarixi == Mərkəz Cek Martin ailəsinin Vorvik Universitetinə xeyriyyə yardımları hesabına yaradılmışdır. 2009-cu ilin yazında yenidən tikilmiş binası istifadəyə verilmişdir. == Fəaliyyəti == Mərkəzdə hər il 3000-dən çox müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərə klassik və müasir musiqi, dram, rəqs, komediya, film və təsviri incəsənət aiddir. Mərkəzin ildə 300000-dən çox ziyarətçisi olur. Burada konsert zalı, iki teatr, kinozal, Mid qalereyası, musiqi mərkəzi, konfrans zalları, lüks otaqlar, restoran, kafe, mağazalar, iki bar, kitab mağazası və s. mövcuddur. Mərkəzin Battervort zalı 1500-dən çox tamaşaçı tutumuna malikdir.
Diffuz toksik zob
Qreyv xəstəliyi və ya Eroziv osteoartrit – OA iltihabı yarımtipidir, ən çox 40–50 yaşlı qadınlarda olur. Ailə anamnezi xəstələrin 2/3 izlənir. Oynaqda iltihab əlamətləri degenerasiyanı üstələyir, PİF, DİF, I MKF zədələnir. İltihab əlamətləri illər sonrası sönür və deformasiyaya gətirir. X-ray – osteofitlər və mərkəzi eroziyalar ("qağayı qanadları simptomu və ya tərsinə çevrilmiş "T" hərf) olur. Bir qismində ankiloz yaranır.