Uorvik İncəsənət Mərkəzi

Vorvik İncəsənət Mərkəzi (ing. Warwick Arts Centre) — Böyük Britaniyanın Londondan kənarda yerləşən ən böyük mədəniyyət mərkəzidir[1]; Vorvik Universitetinə məxsusdur.[1]

Vorvik İncəsənət Mərkəzi
Xəritə
52°22′31″ şm. e. 1°33′36″ q. u.
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vorvik İncəsənət Mərkəzi

Mərkəz Cek Martin ailəsinin Vorvik Universitetinə xeyriyyə yardımları hesabına yaradılmışdır.[1]

2009-cu ilin yazında yenidən tikilmiş binası istifadəyə verilmişdir.[1]

Mərkəzdə hər il 3000-dən çox müxtəlif tədbirlər keçirilir.[1] Bu tədbirlərə klassik və müasir musiqi, dram, rəqs, komediya, film və təsviri incəsənət aiddir.[1]

Mərkəzin ildə 300000-dən çox ziyarətçisi olur.[1]

Burada konsert zalı, iki teatr, kinozal, Mid qalereyası, musiqi mərkəzi, konfrans zalları, lüks otaqlar, restoran, kafe, mağazalar, iki bar, kitab mağazası və s. mövcuddur.[1]

Mərkəzin Battervort zalı 1500-dən çox tamaşaçı tutumuna malikdir.[1]

Lilian Lijnin "Ağ Koan" əsəri

Vorvik İncəsənət Mərkəzinin girişində rəssam Lilian Lijna aid müasir incəsənət əsəri olan "Ağ Koan" yerləşir. 6 metr hündürlüyündə olan ağ rəngli koan flüoressensiya (işıqlanma təsiri altında bəzi cisimlərin işıqvermə xassəsi) lampaları ilə elliptik işıqlandırılmaya malikdir və elektrik mühərrikin köməyi ilə fırlanır. Koan cavabsız suallar ətrafında buddistlərin axtarışlarını təcəssüm etdirən abidədir. Koan 1971-ci ildə Plimutda Piter Stayvesant Fondu Şəhər Abidə Layihəsinin bir hissəsi kimi yaradılıb. Daha sonra koan Londonda Heyvord Qalereyasında yerləşdirilib, 1972-ci ildə isə Vorvik Universiteti tərəfindən alınıb.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Lamiyə Əliyeva, Dünya universitetləri: Uorvik Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 24.12.2010, № 50.  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]