Uorvik Tibb Məktəbi

Vorvik Tibb Məktəbi (ing. Warwick Medical School) — Vorvik Universitetinin Tibb fakültəsinin nəzdində olan təhsil müəssisəsi[2].

Vorvik Tibb Məktəbi
Xəritə
52°22′27″ şm. e. 1°33′09″ q. u.
Əsası qoyulub 2000
Ölkə

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2000-ci ilin sentyabrında fəaliyyətə başlamış və ilk tələbələrini də elə həmin il qəbul etmişdir.[2]

2004-cü ildə bu məktəbi 64 məzun bitirmişdir.[2] Həmin ilin oktyabrında isə məktəbə 403 tələbə qəbul edilmişdir.[2]

Məktəbin fəaliyyəti sayəsində Vorvik Universiteti 2007-ci ildən tibb üzrə elmi dərəcə vermək hüququ əldə etmişdir.[2]

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Vorvik Tibb Məktəbi universitetin bir çox bölmələri ilə birgə fəaliyyət göstərərək beynəlxalq səviyyədə tibbi araşdırmalar aparır.[2] Məktəb Koventri və Vorvikşir NHS Trust universitet xəstəxanaları, Vorvikşir Diabet, Endokrinologiya və Metabolizm İnstitutu ilə əməkdaşlıq edir.[2]

2009-2010-cu tədris ilində Vorvik Tibb Məktəbində 1 il təhsil alan əcnəbi tələbələr üçün 13720, 2-4 il təhsil alan tələbələr üçün isə 24990 funt-sterlinq olmuşdur.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]